Məhkəmə qərarları › İş №2(008)-3325/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3325/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3325/2023 20.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-427/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmünə əsasən 2 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Qərarın icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilmişdir. 5 yanvar 2023-ci il tarixdə böyük icra məmuru Nicat Bayramov məhkumun iştirakı müvafiq protokol tərtib edilmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmşdir. Elə həmin gün müvafiq aktla 1 ədəd elektron mobil qurğu (attenti maralı), 1 ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, 1 ədəd mobil qurğunun qoruyucu kabrosu və 1 ədəd elektron qolbaq məhkum, hazırki iş üzrə cavabdeh olan Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Cavabdeh Ağasəlim oğlu xx.xx.2023-cü il tarixdə Bakı Şəhər Probasiya İdarəsində olarkən izahatı alınmış, izahatında o, avtobus ilə yaşadığı evə gedən zaman üzərində gəzdirdiyi elektron mobil qurğunu əynində olan idman gödəkçəsinin yan cibindən düşürdüyünü və itirdiyini bildirmişdir. İddiaçı hesab edir ki, cavabdehin günahı ucbatından elektron mobil nəzarət qurğusu itirilmiş və Ədliyyə Nazirliyinə maddi ziyan dəymişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qəbul etmədiyini, aparatın cibindən çıxarıldığını, xəbərinin olmadığını oğurlandığını bildirərək məhkəmədən iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 1(010)- 427/2022 nömrəli, xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh 2 il 8 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan göstərişin surətindən görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(010)-427/2022 nömrəli hökmü xx.xx.2022-ci il tarixdə icraya yönəldilmişdir. İş materiallarında olan azadliğin məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, məhkum Cavabdeh komplekt: 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd seriya nömrəli sadə elektron qolbaq təhvil verilib. Məhkuma məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edildi və ona yaddaş kitabçası verimiş. İş materiallarında olan xx.xx.2023-ci il tarixli iltizamın surətindən görünür ki, Cavabdeh iltizam verilir ondan ötrü ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 7(010)- 427 nömrəli, xx.xx.2022-ci il hökmü (qərarı) üzrə ona təhkim edilmiş: mobil qurğu, mobil qurğunun enerji adapteri, mobil qurğunun enerji toplayıcı kabeli, sadə elektron qolbaq qəbul etmiş və ona izah edilmişdir ki, ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələri korlayarasa, zədələyərsə barəsində qanunamüvafiq tədbirlər görüləcəkdir. İş materiallarında olan Azərbayjan Respublikası Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatının dəyəri 2277.40 manat təşkil edir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 21- 1/3-310802-20 nömrəli məktubunun surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 1(010)-427/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarına əsasən ona təhkim olunmuş elektron nəzarət vasitəsi olan 1 ədəd mobil qurğunun dəyəri olan 2277,40 ( iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəməyinin ondan tələb olunması, elektron nəzarət vasitəsi olan 01 ədəd mobil qurğunun dəyərinin onun tərəfindən könüllü ödənilmədiyi halda həmin pulun ondan məcburi tutulması üçün məhkəməyə mürciət olunacağı barədə xəbərdarlıq edilmişdir Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh tərəfindən elektron nəzarət qurğusunun dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat dəyərində olması sübut olunur. Azərbaycan Respublikası MM-nin 21.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsinə görə, Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddia təmin edilərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277.40 manat dəyərində vəsait alınıb Bakı Şəhər Probasiya İdarəsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaiti alınıb dövlət büdcəsinə köçürülsün (Bakı şəhər Maliyyə İdarəsinin müvafiq hesabına: müxbir hesab:AZ41NABZ013601*********03944; kod: 21***5; swift: CTREAZ22; təsnifat kodu: 142330; valyuta:azen, VÖEN: **********). Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar