Məhkəmə qərarları › İş №2(008)-3337/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3337/2022

14.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3337/2022 14.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili X7 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il tarixdə doğulmuş X15, xx.xx.2014-cü il tarixdə doğulmuş X16 və xx.xx.2014-cü il tarixdə doğulmuş X1 üçün cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 200 (iki) yüz manat məbləğinin Cavabdeh tutularaq iddiaçı X5 ödənilməsi, Mediasiya Şurasına ödənilən xərcin 50 %-nin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh arasında 02 noyabr 2011ci il tarixdə nikah bağlanmışdır. Həmin nikahdan 29 iyul 2012-ci il təvəllüdlü X15, 21 mart 2014-cü il təvəllüdlü X16 və 21 mart 2014-cü il təvəllüdlü X19 adlı övladları dünyaya gəlmişdirlər. 1 dekabr 2020-ci il tarixdə cavabdehlə aralarında olan nikah pozulmuşdur. Övladları onun himayəsindədir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli, iş 2(008)- 6062/2021 saylı qətnaməsi ilə tərəflərin birgə nikahdan doğulmuş X15, X16 və X12 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşaq üçün 175 manat məbləğində aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Buna baxmayaraq, Bakı şəhəri Sabunçu rayon Məhkəməsi tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə yetmir. Hazırda o, təyin edilmiş aliment vəsaitini "yaşayış minimumu haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təyin edilməsini istəyir. Qeyd olunan qanun normasına görə 2022-ci il üçün uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu 193 manat təşkil edir. Buna görə də görə o, "aliment məbləğinin artırılması" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X17 etiraz ərizəsi ilə müraciət edərək iddiaçı X8 məhkəməyə ona qarşı aliment məbləğinin artırılması tələbi ilə müraciət edərək yetkinlik yaşına çatmamış xx.xx.2012 il tarixdə anadan olmuş X15,xx.xx.2014 il tarixdə anadan olmuş X16 və X2 üçün ondan hər bir uşaq üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq hər uşaq üçün 200 (iki yüz) manat tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi ilə razılaşmır və hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia tələbi rədd olunmalıdır. İddiaçı iddia tələbini onunla əsaslandırır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021 il tarixli qətnaməsi ilə üç uşağın saxlanması üçün ondan hər bir uşaq üçün 175 manat məbləğində alimentin tutulması qət olunmuşdur. İddiaçı iddia tələbində Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə istinad edirək göstərir ki, həmin maddəya əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda,uşaqların saxlanmasl üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Məhkəmənin nəzərinə çatdırır ki,qanunun bu maddəsinin bir neçə tələbi vardır ki, onun hazirkı vəziyyəti bu tələblərə cavab vermir.

1. Aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa. Məlumat üçün bildirir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021 il tarixli qətnaməsi çıxarılarkən o, Daxili İşlər orqanlarında işləmişdir və indi də işləyir,qazancı (gəliri) sabit və müntəzəm olmuşdur. Hal hazırda onun aylıq əmək haqqım 915 manat 60 qəpik təşkil edir.

2. Aliment verməyə borclu olan valideynin qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallar. O, dövlət işində işləyir və qazancım vardır. Qazancından alimentin bir hissə kimi tutulması mümkündür. Tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallara gəldikdə bildirir ki, Bakı şəhəri Sabunçu rayon məhkəməsinin xx.xx.2021 il tarixli qətnaməsinin çıxarılmasından elə böyük bir vaxt keçməmişdir və hər hansı bir marağın əhəmiyyətli dərəcədə pozulmasını özündə əks etdirən elə bir hal baş verməmişdir. Onun əmək haqqından iddiaçıdan başqa, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsinə əsasən birinci həyat yoldaşının xeyrinə 154 manat aliment 20 manat isə əlavə xərclərə görə aliment tutulur. Hal hazırda onun əmək haqqısı 915 manat 60 qəpik təşkil etsə də o, hər ay cəmi 182 manat 52 qəpik əmək haqqı alır. Hesab erdir ki, işin belə halında iddiaçının iddia tələbi təmin oluna bilməz. İddiaçı X3 ona qarşı, yetkinlik yaşına çatmamış xx.xx.2012 il tarixdə anadan olmuş X18,xx.xx.2014 il tarixdə anadan olmuş X16 və X2 üçün müəyyən olunmuş alimentin məbləğinin artırılaraq hər uşaq üçün hər ay 200 (iki yüz) manat alimentin tuututlaraq iddiaçıya verilməsi barədə iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-6062/2021 saylı, 31 avqust 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-1756/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş X15, xx.xx.2014-cü il tarixdə doğulmuş X16 və xx.xx.2014-cü il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 175 manat olmaqla, 525 (beş yüz iyirmi beş) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1185/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2010-ci il tarixli, 2(011)-964/2010 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il tarixdə doğulmuş X13 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 154 manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X6 verilməsi qət edilmişdir. Bakı şəhəri Baş Polis İdarəsi X29 048-124 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən Bakı şəhəri Suraxanı RPİ NH məsul növbətçisi, polis mayoru Cavabdeh 2022-ci il aprel ayı üçün hesablanmış əmək haqqı 915 (doqquz yüz on beş) manat 60 qəpikdən ibarətdir. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17 aprel 2018-ci il tarixli, 873 nömrəli doğum haqqında şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X15 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17 aprel 2018-ci il tarixli, 875 nömrəli doğum haqqında şəhadətnaməsindən çıxarışın surətindən görünür ki, X19 xx.xx.2014-cü ildə Bakı şəhərində doğulmuşdur. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.2014-cü il tarixdə doğulmuşdur. İlkin Mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2021-ci il tarixli, MŞB/1- 0227 saylı arayışdan görünür ki, X4 alimentin artırılması mübahisəsi üzrə qarşı tərəf olan Cavabdeh müdiyasiya prosesində iştiak etmədiyindən mediyasiya prosesini davam etdirmək mümkün olmamışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, cavabdeh ilə iddiaçının birgə nikahından doğulmuş üç övladlarından savayıda, cavabdehin başqa nikahdanda bir övladı vardır. Və cavabdeh məhkəmənin qətnaməsi ilə həmin uşağın saxlanması üçün də 154 manat məbləğində aliment ödəyir. Belə olan halda məhkəmə hesab edir ki, hazır ki, mülki iş üzrə iddiaçının himayəsində olan 3 azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)-6062/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il tarixdə doğulmuş X9, xx.xx.2014-cü il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən mediyasiya xidmətinə ödənmiş 60 manat mediyasiya xərcinin 30 (otuz) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 31 avqust 2021-ci il tarixli 2(008)- 6062/2021 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2012-ci il tarixdə doğulmuş X9, xx.xx.2014-cü il tarixdə doğulmuş X10 və xx.xx.2014-cü il tarixdə doğulmuş X12 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 180 (bir yüz səksən) manat cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq, iddiaçı X5 ödənilsin. Mediyasiya xərcinin 30(otuz) manat hissəsi Cavabdeh tutularaq iddiaçı X5 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar