Məhkəmə qərarları › İş №2(008)-3391/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3391/2025

03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3391/2025 03.07.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2025-ci il tarixli kredit müqaviləsi üzrə 32.200 manat məbləğində borcun və 186,60 manat dövlət rüsumunun tutularaq, xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, Cavabdeh onun tanışıdır. xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında borc verən olaraq o, borc alan Cavabdeh 32.200 manat borc vermişdir. Kredit müqaviləsinin 2-ci bəndinə əsasən, cavabdeh xx.xx.2024-cü il tarixinədək borcundan hər ay 1610 manat ödəməyi öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Dəfələrlə ondan borcunu ödəməsini tələb etsə də, zənglərinə cavab vermir. Bu səbəbdən, məhkəməyə müraciət etmişdir. xx.xx.2025-ci il tarixində cavabdehə pretenziya məktubu göndərmiş, lakin həbsdə olduğundan, pretenziya məktubuna cavab verməmişdir. Göstərilənlərə əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh 6 saylı cəzaçəkmə müəssisəsi vasitəsilə göndərdiyi xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, o, X1 xx.xx.2025-ci il tarixli kredit müqaviləsi əsasında 32.200 manat məbləğində borc almış və həmin borc müqaviləsinə əsasən borcunu hər ay 1610 manat olmaqla xx.xx.2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin borc müqaviləsi imzalandıqdan 2 ay sonra həbs olunmuşdur. Məhz bu səbəbdən öhdəliyi yerinə yetirmək iqtidarında olmamışdır. Belə olan halda X4 borcun qəsdən ödənilmədiyi qənaətinə gəlmişdir və məhkəməyə iddia ərizəsi ilə müraciət edərək sözügedən məbləğin alınaraq, ona verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Borcunu ödəməkdən bilərəkdən və ya qəsdən boyun qaçırmır. Qeyd etdiyi kimi, borcunu ödəməməsinin səbəbi hazırda həbsdə olmasıdır. İddiaçı X3, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasında aldığı 32.200 manat məbləğində borcunu azadlığa çıxan gündən etibarən ödəyəcəkdir. Həbsdə olması ilə əlaqədar məhkəmə baxış iclasında iştirakının mümkün olmamasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan "borc verən" X4 və "borc alan" Cavabdeh arasında bağlanan xx.xx.2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, "borc verən" "borc alana" 32.200 manat məbləğində pul borc verir. “Borc alan" krediti xx.xx.2024 tarixinədək "borc verənə" hər ay 1610 manat olmaqla notariusun depozit hesabı vasitəsilə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. "Borc alan" müqavilə üzrə müəyyən edilmiş müddətdə krediti qaytarmadıqda və ya faizləri ödəmədikdə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqdır. İş materiallarında olan X4 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli kredit müqaviləsi əsasında xx.xx.2022-ci il tarixində 53 saylı notariat ofisində kredit müqaviləsi bağlanmışdır. Cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini həmin günə kimi icra etmədiyi nəzərinə çatdırılmışdır. Bu səbəbdən ondan kredit müqaviləsi üzrə yerinə yetirməli olduğu öhdəliklərin yerinə yetirilməsi tələb olunmuşdur. Öhdəliklərini xx.xx.2023cü il tarixinə qədər icra etməzsə, qanunvericiliklə müəyyən olunmuş formada barəsində aidiyyatı məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “icra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən bildiriş”dən görünür ki, xx.xx.2025-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh tərəfindən iddiaçıdan alınan 32.200 manat borcun ona qaytarılmadığı halda, barəsində notarius tərəfindən icra qeydi aparılcağı bildirilmişdir. İş materiallarında olan X4 tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziyadan görünür ki, xx.xx.2025-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh tərəfindən ondan alınan 32.200 manat borcun tam olaraq ona qaytarılması tələb olunmuşdur. Əks təqdirdə, mübahisənin həlli üçün məhkəməyə müraciət edəcəyi ilə bağlı cavabdehi məlumatlandırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa bir şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İşin məhkəmə iclasında araşdırılan hallarından müəyyən olunur ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasən borc verən olaraq İddiaçı borc alan olaraq Cavabdeh 32.200 manat məbləğində borc vermişdir. Həmin kredit müqaviləsinin 2-ci bəndinə əsasən cavabdeh xx.xx.2024-cü il tarixinədək hər ay 1610 manat olmaqla borcunu ödəməyi öhdəliyinə götürmüşdür. Lakin bugünə kimi həmin borcdan heç bir ödəniş edilməmişdir. İddiaçı hazırkı iddia ilə müraciət edərək, cavabdehdən xx.xx.2022-ci il tarixli kredit müqaviləsi əsasən ödənilməmiş 32.200 manat borcu tutulmasını xahiş etmiş, cavabdeh isə, məhkəməyə yazılı ərizə ünvanlayaraq həmin məbləğdə borcu olduğunu etiraf etmişdir. Belə olan halda, məhkəmə təqdim edilmiş sübutları, o cümlədən cavabdehin iddianın etirafı barədə ərizəsini nəzərə alıb belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən 32.200 manat məbləğində borc İddiaçı xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddianın qaldırılması ilə əlaqədar 186,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 186,60 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən, 32.200 (otuz iki min iki yüz) manat məbləğində borc və 186,60 (yüz səksən altı manat, altmış qəpik) manat dövlət rüsumunun əvəzi tutularaq, İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar