Məhkəmə qərarları › İş №2(008)-34/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-34/2021

13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-34/2021 13.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı-nin cavabdeh Borclu qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Borclu qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunan iddia ərizəsi məhkəmə baxışına təyin olunduqdan sonra məlum olmuşdur ki, cavabdeh Borclu xx.xx.2013-cü il tarixdə ölmuşdur. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 633394 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, iş üzrə cavabdeh Borclu xx.xx.2013-cü il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2013-cü il tarixdə 872 nömrə ilə qeydiyyat aparılmışdır. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat Borclu hüquqi varisi müəyyən olunanadək və işə cəlb olunana qədər dayandırılması qərara alınmış və Azrbaycan Respublikası Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinə sorğu verilmişdir. Qeyd olunan sorğuya Azrbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsi tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, «Elektron Notariat» İnformasiya sistemində saxlanılan məlumatlara əsasən Borclu adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılması aşkar olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X5 oğlu mülki iş üzrə icraata xitam verilməsinə etiraz etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh Borclu öldüyündən və mübahisə edilən hüquq münasibəti varisliyə yol vermədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə hesab edir ki, ləğv prosesində olan İddiaçı-nin cavabdeh Borclu qarşı borc tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ləğv prosesində olan İddiaçı-nin cavabdeh Borclu qarşı borc tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar