Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3406/2023 27.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3859 (üç min səkkiz yüz əlli doqquz) manat pulun və iddia ərizəsi üçün ödənilmiş 60 (altımış) manat dövlət rüsumunun tutularaq, o - İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində bildirmişdir ki, o, X2 tarixdə iş yoldaşı və qardaşının baldızı X3 xahişi ilə Cavabdeh maşının təmiri üçün 5000 (beş min) manat məbləğində borc pul vermişdir. Pulu Şəfaya onunla birlikdə gələn və həmin vaxt maşında olan Fəxrinin yanında vermişdir. Sonradan Şəfanın xahişi ilə və onun yanında o Fəxriyə daha 3000 (üç min) manat pul vermişdir. Aralarında olan şifahi razılaşmaya əsasən Fəxri həmin pulları ayda 500 (beş yüz) manat olmaqla hissə-hissə qaytarmalı idi. O, dəfələrlə Fəxridən pulu istəməyinə baxmayarq o, hər dəfə də “Bu ay verəcəm, ayın axırı verəcəm” deyərək, hər dəfə borcu ödəməkdən boyun qaçırdı. O, Fəxrinin avtomobilinin satdığını biləndə zəng edərək borcu tam şəkildə ödəməsinin tələb etmişdir. Onda Şəfa ilə artıq boşanmışdılar. Fəxri ona dedi ki “Mən səndən borc almamışam. Get kimə vermisən ondan da al”. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, bildirmişdir ki, ayrı-ayrı zamanlarda cavabdehə keçmiş arvadı Şəfa Adilovaya vaistəsi ilə 5000 manat və 3000 manat olmaqla pul vəsaitini borc vermişdir. Belə ki, ondan pulu əslində Şafa Adilova isdəmişdir. Şəfa ona pulu Fəxri isdədiyini bildirmişdir. O isə səhərisi gün səhər işə gələn zaman Şəfa Adilovaya 5000 manat pulu işin qarşısında Şəfaya vermişdir. Pul verən zaman Şəfa ilə Fəxri maşının içində idi. Şəfa onun gəldiyini görəndə maşından düşərək ondan 5000 manat pulu alaraq, elə onun yanında maşına əyləşərək pulu Fəxriyə vermişdir. O hər ay pulu 500 manat olmaqla qaytarmalı idi, bunu Şəfa ilə o danışmışdır, Fəxri ilə o bu barədə heç vaxt danışmamışdır. Şəfa deyirdiki, Fəxri zəng edib pul isdəyir. O pulu verdikdən 6 ay ərzində hər hansı bir pul qaytarmamışdır. Daha sonra Şəfa təxminən 6 ay sonra bildirdi ki, Fəxrinin yenidən 3000 manat pulu borca isdədiyini ona bildirmişdir. O bildirdi ki, Fəxri deyir maşının karobkası xarab olub, 3000 manat pul lazımdır, maşını düzəldərək satacak və ona olan 8000 manat pulu geri qaytaracaqdır. O yenidən bu sözlərə inanıb, 3000 manat pulu yenidən işdə olarkən Şəfaya vermişdir. Şəfa isə pulu aldığdan sonra aşağı düşərək Fəxriyə vermişdir. O Fəxrini görməmişdir, Şəfa pulu aparmışdır. Ancaq o pulu Şəfanın Fəxriyə verdiyini görməmişdir, sadəcə pulu verən kimi Şəfa aşağı düşdü ki, Fəxri gəlib pulu ona verim. O pulu təxminən 3 il bundan əvvəl vermişdir. Lakin bu vaxta qədər heç bir manatda ödənməmişdir. Bundan sonar Fəxri ilə Şəfa arasında münasibətlər pozularaq boşanmışlar. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia tələbini qəbul etməyərək, iddiaçının keçmiş gəlininin qohumları olduğunu, oğlunun borc almadığını, borcu keçmiş gəlinin aldığını, hamısının şər böhtan xarakterli tələblər olduğunu, iddiaçının Fəxriyə pul vermədiyini bildirmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. İş materiallarında olan whatsapp yazışmalarından görünür ki, Cavabdeh ilə X6 arasında borc məbləğinin ödənilməsi ilə bağlı müxtəlif vaxtlarda söhbətlər edilmişdir. Məhkəmə iclasında iştirak etmiş şahid X6 iddiaçının onun iş yoldaşı və cavabdehin isə keçmiş əri olduğunu bildirmişdir. Keçmiş əri maşının karobkası xarab olduğu üçün ondan xahiş etmişdir ki, ona 5000 manat borca pul tapsın. O isə bunu Sevincə bildirmişdir ki, Fəxri 5000 manat pul isdəyir, aylıq 500 manat ödəyəkdir. Fəxri ondan borc tapmağını xahiş etsədə, o konkret deməmişdir ki, Sevincdən al. O özü bilirdi ki, Sevincdə pul olur, onun üçün o Sevincə demişdir. Bundan sonra Sevinc xanım 5000 manat vermişdir. Pulu Sevinc xanım onun yanında Fəxriyə verdi. İşin qarşısında Fəxri maşında olan zaman o gətirdi pulu Fəxriyə verdi. Sevinc xanım maşında əyləşib əyləşmədiyi onun yadında qalmamışdır. Sonra Fəxri yenidən ondan əlavə 3000 manat pul tapmasını isdədiki, maşını düzəldəcək və Sevinc xanımın pulunu bütövlükdə qaytaracak. O yenidən Sevincdən isdədi pulki Fəxri borca pul isdəyir. Həmin puluda Sevinc ona işdə verdi. Dərhal o Sevinclə aşağı düşərək pulu Sevinc xanım onun yanında Fəxriyə vermişdir. 3000 manatıda Sevinc Fəxrinin özünə vermişdir ona yox. Fəxri ona deməmişdir ki, pulu yenə Sevincdən al. Sevinc ona çox yaxın olduğu üçün o özü yenidən Sevincdən isdəmişdir. Sevincdə ona demişdir ki, Şəfa bax pulu sənə verirəm. Daha sonra onlar boşandığdan sonra Sevinc pulu ondan isdəsə də, o Sevincə izah etdiki, pulu Fəxridən isdəsin. Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə iclası zamanı iddiaçının və şahidin vermiş olduğu izhatlardan məlum olur ki, iddiaçıdan 5000 manat və 3000 manat məbləğinə pul vəsaitini iş üzrə şahid qismində dindirilmiş X6 isdəmişdir. İddiaçıda hər iki pul məbləğini bir başa X5 vermişdir. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında ümumiyyətlə pul alınması və ya pul isdənməsi ilə bağlı hər hansı söhbət və ya münasibət olmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qeyd edilən pul vəsaitinin cavabdehə verilməsini və ya cavabdehin iddiaçıdan borc pul almasını təsdiq edəcək möhtəbər sübutlar olmadığından iddia tələbi təmin edilə bilməz. Məhkəmə iddiaçı tərəfindən təqdim edilən cavabdeh ilə X6 arasında olan whatsap yazışmalırına münasibət bildirərək qeyd edir ki, sözügedən yazışmaların məzmunundan cavabdeh ilə X3 borc pulun qaytarılamsı ilə bağlı söhbət getsə də, həmin yazışmalardan kimin kimə, nə qədər borcunun olması müəyyən edilə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıa aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3406/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3406/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver