Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3424/2025 26.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Bakı şəhəri Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Probasiya İdarəsi Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri 2277,40 manat vəsaitin alınıb Ədliyyə Nazirliyinin X3ndə müvafiq hesabına dəyərində (X3 Kod: 21***5, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601*********03944, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab NQ AZ50CTRE************02088504, VÖEN **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-49/2021 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmün icrası onlara həvalə edilmiş, xx.xx.2023-cü il tarixdə böyük icra məmuru Ə.Fərzəndov məhkumun iştirakı müvafiq protokol tərtib etmiş və onun üzərinə cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah edilərək tədbiq edilmişdir. Elə həmin gün “Attenti” markalı bir ədəd mobil qurğu, bir ədəd mobil qurğunun enerji adapteri, bir ədəd mobil qurğunun enerji toplayıcı kabeli, bir ədəd qolbağ məhkum hazırki iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Bu nəzarət avadanlıqlarının istifadə qaydaları cavabdehə izah edilmiş və bu avadanlıqları üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Məhkum Cavabdeh ona tətbiq edilmiş elektron nəzarət vasitəsini yararsız vəziyyətə salmışdır. Bu barədə cavabdehin ünvanına bildiriş göndərilərək və özünə təqdim olunaraq ona təhkim olunmuş elektron nəzarət vasitəsinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yedi manat qırx qəpik) manat pulu təqdim olunmuş müvafiq hesaba ödəmək təklif olunsa da bu günə kimi həmin məbləğ müvafiq bank hesabına ödənilməmişdir. Belə olan halda hesab edir ki, cavabdehin günahından yəni lazımınca məsuliyyətli olmadığından elektron nəzarət vasitəsini qaytarmadığından onlara maddi ziyan dəymişdir. "xxxx" QSCnin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277,40 manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Tərəflər məhkəmə iclasının vaxtı yeri barədə rəsmi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi xx.xx.2025ci il tarixdə ərizə ilə müraciət edərək mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh isə hər hansı bir məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Quliyev X2 Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ile təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cu maddəsinə əsasən Cavabdeh 06 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-cl ıl tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddətinin 01 (bir) gunu 02 (ıkı) gün azadlığın məhdudlnşdırılmasınn bərabər tutularaq 04 (dörd) gün olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılması, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı İcra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrası Cavabdeh yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Cavabdeh üzərinə Bakı şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayş yerini saat 22:00-dan növbəti gün saat 07:00-dek tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması qərara alınmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli izahatdan görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmündən xəbərdar olduğunu, Bakı şəhər Probasiya İdarəsinə gəlməsinə və vəzifələri barədə xəbərdar edildiyini bildirmişdir. xx.xx.2023-cü il tarixli Cavabdeh tərəfindən imzalanmış iltizamından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-49/2023 nömrəli, xx.xx.2023-cü il tarixli hökmü üzrə ona təhkim edilmiş mobil qurğu, mobil qurğunun enerji adapteri mobil qurğunun enerji kabeli, elektron qolbağı, istifadə təlimatını və çantanı qəbul edir. Ona təhkim edilmiş yuxarıda sadalanan elektron vasitələr korlanarsa və ya zədələnərsə barəsində müvafi tədbirlər görülməsi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli Cavabdeh izahatından görünür ki, xx.xx.2024-cü il tarixdə yolu keçərkən mobil qurğu əlindən yerə düşmüşdür. Bunu billərəkdən etmədiyini bildirmişdir. İcra məmuru tərəfindən xəbərdar olunmuşdur ki, cəzanın çəkilməsi qaydası, hüquq və vəzifələri ona ətraflı izah edilmişdir. xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, Cavabdeh təhkim olunmuş qurqu və elektron qolbaq yarasız vəziyyətə düşşmüş, 2 hissəyə ayrılmış, hal-hazırda işləmədiyi tərəfindən müəyyən edilmişdir. Məhkumun dediyinə görə o yolu keçərkən mobil qurğu əlindən yerə düşmüş və 2 hissəyə bölünmüşdür. Bakı şəhəri Probasiya İdarəsinin xx.xx.2024-cü il tarixli, 21-1/3-22704 nömrəli bildirişdən görünür ki, Cavabdeh tərəfindən yararsız vəziyyətə salınmış qurqu və elektron qolbaqının dəyəri olan 2277.40 manat pul Cavabdeh ödənilməsi tələb edilmişdir. Əks təqdirdə məcburi alınması üçün məhkəməyə müraciət edilməsi barədə xəbərdar edilmişdir. Cavabdeh bildirişi xx.xx.2024-cü il tarixdə təhvil almışdır. Elektron nəzarət vasitəsinin vəziyyəti haqqında Texniki Rəydən görünür ki, Cavabdeh təhkim edilmiş mobil qurğusu zərbəyə məruz qalmış, ana plata sınmışdır, təmiri mümkün deyil. İstifadəyə tam yararsız. Ədliyyə Nazirliyi Probasiya Xidmətinin rəisi, Baş Probasiya məmuru İİİ dərəcəli dövlət ədliyyə müşaviri Akşin Ziyadova ünvanlanmış Evrodizayn Acorodesign tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, sadə elektron qolbaq, mobil nəzarət qurğusu, elektron adapteri, proqram lisenziyası dəyəri cəmi 2277.4 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Məhkəmə iddianın həlli ilə bağlı Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin aşağıdakı normalarına istinad edir: 15-2.1. İctimai işlər və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərə elektron nəzarət vasitələri tətbiq edilir. Məhkəmənin müəyyən etdiyi hallarda şərti məhkum edilmiş və ya cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxslərə də elektron nəzarət vasitələri tətbiq edilir. 15-2.2. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 15-2.3. Elektron nəzarət vasitələri tətbiq edilmiş məhkumun müəyyən edilmiş vəzifələri yerinə yetirməsinə nəzarət icra məmurları tərəfindən həyata keçirilir. 15-2.4. Şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. 15-2.5. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 144 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məhkum edilmiş və ya barəsində qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiqi Qaydaları"nın 7.5-ci bəndində deyilir ki, tətbiq olunan elektron nəzarət vasitəsi yararsız hala düşdükdə və ya fəaliyyətində nasazlıqlar müşahidə olunduqda, o yenisi ilə əvəz edilə bilər. Bunun üçün icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi nasaz avadanlığa onu çıxarmadan baxış keçirməli və onun bilərəkdən korlanmaması aşkar olunduqda, dəyişdirilməsi barədə qərar verməlidir. Belə halda, icra məmuru (probasiya üzrə) və ya polis orqanının müvafiq vəzifəli şəxsi bu Qaydaların 7.4-cü bəndində göstərilən tədbirləri yerinə yetirir. Nəzarət subyekti elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsullarla yararsız vəziyyətə saldıqda, həmin vasitənin dəyəri ondan tutulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Sadalanan normalardan göründüyü kimi, məhkumun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun istifadəsinə verilir və ya üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsi şəxsin üzərinə bağlandıqda cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir. Elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxs həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, onun dəyəri həmin şəxsdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 müvafiq hesabına köçürülməlidir. Cavabdeh məhkəmə tərəfindən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmuş, xx.xx.2023-cü ildə ona elektron nəzarət vasitələri, o cümlədən bir ədəd "Attenti" markalı 35638853 nömrəli mobil qurğu, bir ədəd mobil qurğunun enerji toplayıcı adaptoru, bir ədəd elektron qolbağ, bir ədəd mobil qurğu üçün qoruyucu qab təhkim olunmuş, eyni zamanda, elektron nəzarət vasitəsinin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin, habelə elektron nəzarət vasitəsinin üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilmiş və bu barədə protokol tərtib edilmişdir. Lakin Cavabdeh elektron nəzarət vasitələrini yarasız hala salmışdır. Bu səbəbdən həmin cihaz yararsız hesab olunmuşdur. Belə olan halda, elektron nəzarət vasitəsinin dəyərini təşkil edən 2277,40 manat məbləğində pul Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 hesabına köçürülməlidir. Bundan başqa, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1*** manatdan 1***0 manatadək olduqda 30 manat + 1*** manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.14-cü maddəsinə görə, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Hazırkı iddianın qiyməti 2277,40 manat olduğuna görə ödənilməli olan dövlət rüsumu 42,77 manat təşkil edir, lakin iddiaçı Bakı Şəhər Probasiya İdarəsi büdcə təşkilatı olduğu üçün dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, iddia təmin edildiyinə görə 42,77 manat məbləğində dövlət rüsumu Cavabdeh aid edilməli və ondan tutularaq dövlət gəlirlərinə alınmalıdır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 42.77 manat dövlət rüsumunun tutulması hissəsində əsaslı olduğundan həmin hissədədə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehdan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat, qırx qəpik) manat dəymiş zərər tutularaq Ədliyyə Nazirliyinin X3ndə müvafiq hesabına (X3 Kod: 21***5, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601*********03944, S.W.İ.F.T. CTREAZ22, Ədliyyə Nazirliyi Hesab NQ AZ50CTRE************02088504, VÖEN **********, Büdcə təsnifatının kodu: 142120, Büdcə səviyyəsinin kodu: 7) və 42,77 (qırx iki manat, yetmiş yeddi qəpik) manat dövlət rüsumu isə dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3424/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3424/2025
26.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver