Məhkəmə qərarları › İş №2(008)-3434/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3434/2020

13.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3434/2020 13.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh (X3) qarşı “pul tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (X3) qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3604 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2016-ci il tarixində İddiaçı MMC ilə Gürcüstan Respublikasının vətəndaşı Pasport-10AB96053, Cavabdeh (X3) arasında 20 saylı alqı-satqı müqaviləsi bağlanılmışdır. Lakin, Cavabdeh xx.xx.2016-ci il tarixli 20 saylı müqaviləsi üzrə 3604 manat məbləğində İddiaçı MMC qarşısında olan öhdəliklərini hələ də icra etməmişdir. Bu səbəbdən də xx.xx.2016-ci il tarixli 20 saylı alqı-satqı müqavilənin tərkib hissəsi olan xx.xx.2016-ci il tarixli “X1 və Təsdiqi Barədə” 20-saylı AKT tərtib olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Lakin, iddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 izahatında bildirmişdir ki, borcun məbləği akt əsasında müəyyən olunmuş, cavabdeh həmin akta imza etmiş və bir müddət öncə cavabdeh borcundan 300 manat ödəniş etmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli, 20 saylı alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə X3 arasında alqı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən alıcı aldığı mallara görə satıcı tərəfindən təqdim edilmiş hesab-fakturalara və qaimə-fakturalara uyğun olaraq aldığı malların dəyərini satıcının hesabına ödəməlidir. Satıcıda öz növbəsində həmin malları təhvil-təslim aktına əsasən alıcıya qüsursuz olaraq təhvil verməlidir. - Hesabların qarşılıqlı yoxlanması və təsdiqi barədə xx.xx.2016-cı il tarixli, 20 saylı aktdan görünür ki, X2 İddiaçındən aldığı mallara görə 3604 manat borcu yaranmış və həmin akt cavabdeh X3 tərindən imzalanmışdır. - 01 saylı, xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh xx.xx.2020-ci il tarixdə 300 manat və xx.xx.2020-ci il tarixdə 300 manat ödəniş etmiş və hazırda onun 3004 manat borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqaviləyə əsasən iddiaçı cavabdehi boya məhsulları ilə təmin etmiş, lakin cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada icra edilməmiş, razılaşdırılmış pul məbləğini tam olaraq ödəməmiş, cəmi 600 manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Göründüyü kimi cavabdeh alıcı olaraq iddiaçıdan mallar almış, lakin malların dəyərini tam ödəməmişdir. Buna görə də onun ödədiyi 600 manat çıxılmaqla, qalan 3004 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (X3) 3004 (üç min dörd) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar