Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3439/2025 11.08.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 14000 manat pul vəsaitinin, eləcədə iddia tələbinə görə ödədiyi 132 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2021-ci ildən tanıyırdı. Dəfələrlə ondan borca pul alıb qaytarmışdır. Ona görə də hər dəfə ondan borca pul istəyəndə etiraz etməmişdir. Lakin 2024-cü ilin may ayından başlayaraq cavabdeh ondan hissə-hissə borca aldığı ümumi 14000 manat pul vəsaitini bu günə qədər geri qaytarmamışdır. Cavabdeh ondan həmin pul vəsaitini bank kartına köçürmə yolu ilə qeyd etdiyi tarixlərdə və məbləğlərdə almışdır: xx.xx.2024-cü ildə-2000 manat, xx.xx.2024-cü ildə-2500 manat, xx.xx.2024-cü ildə-1000 manat. xx.xx.2024-cü ildə-1000 manat, xx.xx.2024-cü ildə-2500 manat, xx.xx.2024-cü ildə-2500 manat, xx.xx.2024-cü ildə-1500 manat, xx.xx.2024-cü ildə-1000 manat. Qeyd etdiyi pul məbləğlərindən 1000 manat pulu terminal vasitəsi ilə, 4500 manat pulu isə özünə məxsus 5239-1517-9513-8547 saylı “KAPİTAL kart” vasitəsilə cavabdehin 5167-5133-3806-3498 saylı bank kartına köçürmüşdür. Qalan 8500 manat pul vəsaitindən 4000 manat pulu yenə terminal vasitəsilə, 1000 manat pulu 4098-5844-5879- 9275 saylı “LEO kart” vasitəsilə, 2500 manat və 1000 manat pulu isə tanışlarının bank kartı vasitəsi ilə cavabdehə məxsus 4098-0944-2016-8336 saylı bank kartına köçürmüşdür. Hazırda cavabdeh müxtəlif bəhanələr gətirməklə borcunu geri qaytarmır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehə heç vaxt əlbəəl pul verməmişdir. Həmişə kartdan karta və ya terminal vasitəsilə pulu onun kartına köçürmüşdür. Cavabdehi dost kimi tanımışdır. Həmişə ona borc vermiş və o da qaytarmışdır. Cavabdeh olimpiya komitəsində işləyirdi və bir gün ona zəng vurdu ki, pul göndərsin ona, idmançıları xarici ölkəyə aparır, yarış bitdikdən sonra gəlir götürəcək və onun pulunu artıqlaması ilə qaytaracaqdı. O, da 2000 manat məbləğində pulu özünə məxsus Leo bank kartından onun kartına köçürmüşdür. Bu qaydada təxminən 6-7 dəfə cavabdehə məxsus karta pul köçürmüşdür. İki dəfə isə öz kartının limiti keçdiyindən dostuna məxsus kartdan pul köçürülmüşdür. Köçürmələrə dair bankdan çıxarışlar da bunu sübut edir. Cavabdehin özü ilə əlaqə saxlaya bilməsə də, atası və anası ilə danışmışdır. Atasının dediyinə görə oğlu işdən çıxmış, pulu ondan aldadaraq almışdır. Hər dəfə müxtəlif bəhanələrlə borcu ödəməkdən boyun qaçırmışlar. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıdakılara əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı iddia ərizəsinin verilməsi üçün 132 manat dövlət rüsumu ödəmişdir. - “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən 070 ***-**-** əlaqə nömrəsi Cavabdeh məxsusdur. - Telefon yazışmalarının surətlərindən görünür ki, “X5” adı ilə yaddaşa salınmış 070 ***-**-** əlaqə nömrəsi iddia ərizəsində cavabdehə məxsus nömrə kimi qeyd edilmişdir. 5167-5133-3806-3498 ABB kartı və 4098-0944-2016-8336 Unibank-Albalı kartları cavabdehə məxsusdur. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****8547 nömrəli kartdan saat 14:40-da ****3498 nömrəli karta 2000 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****8547 nömrəli kartdan saat 16:40-da ****3498 nömrəli karta 2500 manat məbləğində pul köçürülmüşdür. - "xxxx" ASC-də İddiaçı məxsus ****8547 nömrəli ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 2000 manat pul, xx.xx.2024-cü il tarixdə 2500 manat pul hesabdan çıxarılmışdır. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****9756 nömrəli kartdan saat 15:33-də ****8336 nömrəli karta 1000 manat məbləğində pul köçürülmüşdür. - "xxxx" ASC-də X1 məxsus ****9756 nömrəli ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 1000 manat pul hesabdan çıxarılmışdır. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı məxsus Leobank kartdan saat 10:45-də ****8336 nömrəli karta 1000 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Kamran N.Ə məxsus ****8336 nömrəli kartına saat 17:43-də 2500 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, ****0432 nömrəli kartdan saat 22:47-də ****8336 nömrəli karta 2500 manat məbləğində pul köçürülmüşdür. - "xxxx" ASC-də X2 məxsus ****0432 nömrəli ödəniş kartı üzrə çıxarışdan müəyyən olunur ki, xx.xx.2024-cü il tarixdə 2500 manat pul hesaba mədaxil edilmiş və hesabdan çıxarılmışdır. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, Kamran N.Ə məxsus ****20168336 kartına saat 12:06-da 1500 manat məbləğində pul köçürülmüşdür. - xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, KA*** AL*** məxsus ****3498 nömrəli kartına saat 21:05-də 1000 manat məbləğində pul köçürülmüşdür. - “mpay” müşətərilərə xidmət şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə mpay terminalı vasitəsi ilə 23649 saylı qəbzlə ****20168336 müştəri kodu olan Unibank-Albalı provayderə 2500 manat ödəniş icra etmişdir. - “mpay” müşətərilərə xidmət şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə mpay terminalı vasitəsi ilə 22507 saylı qəbzlə müştəri kodu 5167****3498 olan ABB karta 1000 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında borc pulun verilməsi ilə bağlı şifahi razılaşma olmuş, iddiaçı tərəfindən cavabdehin kartına müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 10.500 manat məblələğində pul köçürülmüşdür. İddiaçı cavabdehə 14000 manat pul verdiyini iddia etsə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X1 məxsus ****9756 nömrəli kartdan cavabdehə məxsus ****8336 nömrəli karta 1000 manat məbləğində pul və X2 məxsus ****0432 nömrəli kartdan cavabdehə məxsus ****8336 nömrəli karta 2500 manat məbləğində pul köçürülmüşdür. Qeyd olunan hallar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzlərlə təsdiq olunur. Məhkəmə qeyd edir ki, iddiaçının hazırkı tələbinə qiymət vermək üçün ilk öncə onun bu barədə iddia qaldırmağa subyektiv hüququn sahibi olub-olmamasını müəyyən etmək vacibdir. Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. Məhkəmə, qeyd edilənləri ümumiləşdirərək belə nəticəyə gəlir ki, X1 məxsus ****9756 nömrəli kartdan cavabdehə məxsus ****8336 nömrəli karta 1000 manat və X2 məxsus ****0432 nömrəli kartdan cavabdehə məxsus ****8336 nömrəli karta 2500 manat məbləğində pul köçürüldüyündən və iddiaçı sözügedən kartların sahibi olmadığından, onun Cavabdeh qarşı həmin pul vəsaitlərinin qaytarılması tələbi ilə məhkəməyə müraciət etməsinə subyektiv hüququ olmamışdır. İddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çox olduğundan, borc müqaviləsi yazılı formada bağlanılmalı olduğundan, borc müqaviləsinin yazılı formasına riayət olunmadığından tərəflər arasındakı münasibətlər etibarsız əqdə əsaslanmış və cavabdeh iddiaçının köçürdüyü pul vəsaitləri hesabına əsassız varlanmışdır. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. İddiaçı tərəfindən tutulmalı olan pul məbləğinin azaldılması ilə bağlı ərizə təqdim edilmədiyini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10500 manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş 132 manat məbləğində dövlət rüsumunun 121.50 manatı Cavabdeh alınıb İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 10500 (on min beş yüz) manat məbləğində borc və 121.50 (bir yüz iyirmi bir manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3439/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3439/2025
11.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver