Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-344/2024 12.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X4, İddiaçı iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə (dəqiqləşdirilmiş tələblə) məhkəməyə müraciət edərək cavabdehdən 4200 manat borc, ekspertiza rəyi üçün ödədiyi 200 manatın və ödənilmiş dövlət rüsumuna görə 75 manat pulun iddiaçının xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh MMC-nin direktoru X8 ilə Abşeron rayonu, Məmmədli kəndində yerləşən ona məxsus olan 0,01 ha torpaq sahəsində 56 kv metr sahəsi olan birmərtəbəli ev tikilməsini üçün xx.xx.2022-ci il tarixli 11912 №-li podarat müqaviləsi bağlamışdır. Müqavilənin şərtinə əsasən xx.xx.2023-cü il tarixə kimi cavabdeh şirkət evi tikib təhvil verməli idi. Müqavilənin dəyəri 19600 manat dəyərənidə olmuşdur. İlkin ödəniş olaraq xx.xx.2022-ci il tarixdə X6 8000 manat pul ödəmişdir. Sonradan isə ona iki dəfə 14-15 iyun 2023-cü il tarixdə 500 və 500 manat pul göndərmişdir. Yenidən o, 500 manat pul daş üçün vermişdir. Ümumilikdə cavabdeh şirkətə 9500 manat pul ödəmişdir. Ancaq onlar bir müddət işdədikdən sonra yenə işi dayandırmışdılar. O, dəfələrlə şirkətin direktoru X5 evinin tikilərək təhvil verilməsini tələb etmiş, ancaq o, müxtəlif bəhanələr gətirirək işləri görməyə davam etməmişdir. Bundan sonra ona görülən işlərin xərcini çıxardaraq yerdə qalan məbləğin geri qaytarılmasını tələb etsə də o, pulu ödəməkdən yayınır. Bundan sonra “X2” evinə çəkilən xərcin hesablanması barədə müraciət etmişdir. X1 xx.xx.2023-cü il tarixli 10 nömrəli rəyinə əsasən tikilmiş yarımçıq tikliyə çəkilən xərc 5297 manat müəyyən olunmuşdur. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. Cavabdeh MMC xx.xx.2021-ci il tarixdə ********** VÖEN-lə dövlət qeydiyyatına alınmşdır, qanuni təmsilçisi X7r (Azərbaycan Respublikasının İsqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatı). Məhkəmə elektron sistemindən əldə edilmiş məlumatdan MMC-nin fəaliyyətini dayandırdığı görünür. İddiaçı (sifarişçi qismində) Cavabdeh MMC (podratçı qismində) ilə xx.xx.2022-ci il tarixli 11912 №-li podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilə və onun əlavəsi olan protokola əsasən 56 kv metr sahəsi olan birmərtəbəli ev tikilməsi nəzərdə tutulmuşdur. Müqaviləyə əsasən cavabdeh müqavilənin əlavəsində müəyyən olunan işi özünün vəsaiti hesabına cəlb edilən işçi qüvvəsi, alınmış material və avadanlıqlarla xx.xx.2023-cü il tarixədək müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirmək və işləri qəbul üçün tam hazır vəziyyətdə iddiaçıya təhvil vermək öhdəliyini üzərinə götürmüşdür. Həmin müqavilənin əlavəsinə əsasən podratçının yerinə yetirməli olduğu işlərin ümumi dəyərinin 19600 manat məbləğində olacağı əksini tapmışdır. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə, yəni müqavilə bağlanan gün, 8000 manat avans ödənilmişdir (000048 №-li kassa məxaric orderi). Solnradan iddiaçı iki dəfə kart vasitəsilə 500 manat, cəmi 1000 manat məbləğində ödəniş etmişdir. Təqdim edilmiş fotoşəkillərdən yarımçıq tikilinin inşa edildiyi görünür. “X3” MMC tərəfindən smeta çıxarılmış, həmin yarımçıq tikiliyə təqribən 5297 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilmişdir. İddiaçı həmin rəy üçün 200 manat məbləğində ödəniş etmişdir (xx.xx.2023-cü il tarixli ödəniş qəbzi). Cavabdehin işitrakını təmin etmək məqsədilə məhkəmə tərəfindən iki hazırlıq iclası keçirilmiş, lakin cavabdeh MMC səlahiyyətli nümaynədəsinin iştiarkını təmin etməmiş, iddiaya qarşı etiraz verməmiş, iddiaçının dəlillərini təkzib edən sənədlər, sübutlar məhkəməyə təqdim etməmiş, məhkəmə də bu susma mövqeyini iddianın cavabdeh tərəfindən etirafı kimi qəbul etmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli rəyə əsasən “X3” MMC tərəfindən fotoşəkillərdə göstərilən yarımçıq tikiliyə uyğun gəldiyi, smetada göstərilən işlər üzrə müqayisə aparıldığı zaman həmin işlərin bazar qiymətlərinə uyğun hesablandığı müəyyən olunmuşdur. Hazırda iddiaçı cavabdehdən 4200 manat və 200 manatın tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.3-cü maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə müəyyən etmişdir ki, iddiaçı cavabdeh “A-Zirvə İnşaat" MMC ilə podrat müqaviləsi bağlamışdır, “A-Zirvə İnşaat" MMC iddiaçı tərəfindən ödənilən pul vəsaiti inşaatın bir hissəsinə yönəldilmiş, həmin işlərin dəyəri 5297 manat məbləğində qiymətləndirilmiş, iddiaçı 9000 manat pul (8000 + 500 + 500) ödəmiş, inşaat yarımçıq qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, 3703 manat (9000 manat ödənilmiş məbləğ - 5297 manat görülmüş işlərin dləyəri) cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı eyni zamanda hüquqi yardım üçün ödədiyi 200 manat məbləğində vəsaitin və 75 manat dövlət rüsumunun cavabdehdən tutulmasını istəyir. Həmin vəsaitin ödənilməsini təsdiq edən ödəniş qəbzi məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, 200 manat və 57,03 manat dövlət rüsumu (3703 manat təmin edilmiş iddia tələbinə görə) cavabdehdən tutulmalı, 17,97 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar olan məsrəflərdən biri mütəxəssislərə verilməli olan məbləğ təşkil edir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin faktiki hallarına və təqdim edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2022-ci il tarixli 11912 №-li podrat müqaviləsinə əsasən ödənilmiş 3703 manat məbləğində vəsait, mütəxəssis üçün ödənilmiş 200 manat məbləğində vəsait və 57,03 manat dövlət rüsumu Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli 11912 №-li podrat müqaviləsinə əsasən ödənilmiş 3703 manat məbləğində vəsait, 200 manat məbləğində vəsait və 57,03 manat dövlət rüsumu Cavabdeh MMCdən İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 17,97 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-344/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-344/2024
12.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver