Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3450/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən dəymiş zərərin əvəzi kimi 1440 manat və iddia ərizəsinə görə ödədiyi 35 manat dövlət rüsumu onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, **-TY-*** dövlət nişanlı “Toyota Prius markalı avtomaşın iddiaçının mülkiyyətindədir. Avtomaşını etibarnamə əsasında oğlu X2 istifadəsindədir. X4 xx.xx.2023-cü il tarixdə **-TY-*** “Toyota Prius markalı avtomabili icarə əsasında Cavabdeh gündəlik 30 manat ödəmək şərti ilə idarə etməsi üçün vermişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə 070 *** ** ** mobil nömrə ilə, X3 zəng vuraraq, Binəqədi RPİ-nin əməkdaşlarının onu apardığını və avtomobili Kürdəxanı qəsəbəsində yolun kənarına qoyduğunu bildirmişdir. Həmin gün saat 23 radələrində avtomobil yol kənarında sağ qapısı, krlosu və şüşəsi zədlənmiş vəziyyətdə aşkar olumuşdur. Bu barədə həmin gün Sabunçu RPİ 15-ci PB-nə məlumat vermişdir. 03 oktyabr 2023-cü il tarixdə X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin Cavabdeh əməlində Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinin tərkib yarandığından onun barəsində, toplanmış material Sabunçu Rayon Məhkəməsinə göndərilmiş və Sabunçu Rayon Məhkəməsinin 3(008)-222 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən, vurulmuş ziyanın bir misli yəni 1440 manat məbləğində cərimə olunmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X4 iddia tələbini müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, nəqliyyat vasitəsinə ziyan dəysə də, iddia edilən məbləğin artıq olduğunu və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunan nəqliyyat vasitəsinin Qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Toyota Prius” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarına əlavə olunan xx.xx.2023-cü il tarixli Nəqliyyat Vasitəsindən istifadə edilməsinə dair etibarnamənin surətindən görünür ki, İddiaçı “Toyota Prius” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh xx.xx.2025-ci il tarixinə kimi nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti vermişdir. İş materiallarına əlavə olunan “X7” tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktından görünür ki, “Toyota Prius” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1440 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunan Cinayət işinin başlanmasının rədd edilməsi barədə 03 oktyabr 2023-cü il tarixli Qərarın surətindən görünür ki, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Toyota Prius” minik markalı, **-TY- *** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan yetirən şəxsin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkibi yarandığından onun barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü toplanmış rədd materialı qəbul edilmiş qərarın surəti ilə birlikdə icra edilməsi üçün aidiyyəti əməkdaşa həvalə edilmişdir. İş materiallarına əlavə olunan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 3(008)- 222/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1440 (min dörd yüz qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. İşin araşdırılan halları ilə müəyyən olunur ki, Hümbətov X1 Qənirə Ağalar qızına məxsus “Toyota Prius” minik markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1440 (bir min dörd yüz qırx) manat ziyan vurmuşdur. Məhkəmə araşdırması ilə müəyyən olunur ki, Cavabdeh oğlunun təqsirli hərəkətləri nəticəsində İddiaçı əmlakına ziyan dəymiş, bu barədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli, yəni 1440 (min dörd yüz qırx) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmçinin mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməli olduğundan, İddiaçı məxsus nəqliyyat vasitəsinə dəymiş zərərin 1440 (min dörd yüz qırx) manat olması öz təstiqini tapdığından iddia tələbi tam təmin olunaraq, Cavabdeh dəymiş zərər məbləği tam həcmdə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh 1440 (min dörd yüz qırx) manat dəymiş zərər və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1440 (min dörd yüz qırx) manat dəymiş zərər və 35 (otuz beş) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3450/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3450/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver