Məhkəmə qərarları › İş №2(008)-3467/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3467/2022

22.06.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3467/2022 22.06.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə pridmenti barədə müstəqil tələb irəli sürməyən Anitiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olmaqla «maddi ziyanın ödənilməsi»” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı mübahisə pridmenti barədə müstəqil tələb irəli sürməyən Anitiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olmaqla «maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC –dən 14.41 manat (on dörd manat qırx bir manat qəpik) məbləğində dəymiş maddi zərərin əvəzinin, 300 manat məhkəmə xərclərinin və iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, cəmi 344.41 (üç yüz qırx dörd manat qırx bir qəpik) manat məbləğində pul tələbinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2021-ci il tarixdə Türkiyə Respublikasında onlayn formada fəaliyyət göstərən «Trendyol» mağazasından (satıcı Pent) D369134 nömrəli müştəri kodu ilə hesabının olduğu "xxxx" MMC daşınma şirkəti vasitəsilə ölkəyə gətirilməsi üçün həmin günün bank məzənnəsinə uyğun olaraq 14.41 manat ekvivalentində geyim əşyalarının olduğu bağlama sifariş etmişdir. Bağlama «Trendyol» mağazasına aid **********330229 göndəriş nömrəsi ilə xx.xx.2021-ci il tarixində «Trendyol Exspress» Türkiyə daxili kargo şirkəti ilə ********** nömrəli çatdırılma nömrəsi ilə Dynamexin Türkiyə Respublikası İstanbul şəhəri, Eyüp rayonu, Alıbeköy məhəlləsi, Atatürk prspekti 135 ünvanında yerləşən anbarına çatdırılsa da Dynameks şirkətinin elektron sisteminə yüklənməmiş və bağlama barədə məlumat əldə edə bilməmişdir. Tərəfindən elektron müştəri xidmətləri vasitəsilə «Trendyol» mağazası ilə müştəri xidmətləri vasitəsi onlayn əlaqə saxlanılmış, «Trendyol» tərəfindən ona bağlamanın "xxxx" MMC-nin təhvil verildiyi bildirilmişdir. Bu məsələ ilə bağlı müraciətinin araşdırılması üçün "xxxx" MMC instaqram hesabı üzərindən xx.xx.2021-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində, Facebook hesabı üzərindən xx.xx.2021-ci il xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərindən "xxxx" MMC-nin müştəri xidmətlərinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixində elektron poct vasitəsi ilə "xxxx" MMC-nin elektron poçt ünvanına bağlamanın onlara çatdırıldığı ilə bağlı sübutlarla müraciət etsə də "xxxx" MMC tərəfindən ona xx.xx.2021-ci il tarixdən bağlamanın "xxxx" MMC çatdırılmadığını güman edildiyi bildirilmişdir. Bu cavabdan da göründüyü kimi şirkət heç bir araşdırma aparmadan məsələni güman üzərindən cavablandırmaqdadır. Bundan əlavə olaraq xx.xx.2022-ci il tarixində o, "xxxx" MMC-nin 28 may filialında yerləşən müştəri xidmətinə məsələ ilə bağlı müraciət edərək bağlamanın "xxxx" MMC-yə təqdim edilməsi ilə bağlı sübutları onlara bir daha təqdim etmiş və onlardan bunu araşdıraraq onun bağlamanı ona təslim etmələrini xahiş etdim. Orada isə özlərini müştəri xidmətləri üzrə əməkdaşı ona bağlamanın harada olmasını "xxxx" MMC-də yox müştərinin özünü araşdırmalı olduğunu, qanunazidd olaraq iddia etdi və müraciətini rəsmi qaydada qeydə almaqdan imtina etdi.ona görə də məhkəmədən iddianın təmin edilməsin xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-cü maddəsinə əsasən mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. - xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı «Trendyol» onlayn mağazadan alış veriş zamanı 14.41 qəpik ödəniş etmişdir. -"xxxx"MMC-nin hüquq xidmətlər haqqında FŞ/087/21 saylı xx.xx.2021-ci il müqavilədən və qəbzdən görünür ki, İddiaçı hüquqi xidmət üçün 300 manat ödəniş etmişdir. İş matriallarına əlavə edilmiş çıxarışdan görünür ki, ********** təslimat nömrəli sifariş xx.xx.2021-ci il tarixdə daşıyıçı şirkətə təslim edilmişdir. İş matriallarına əlavə edilmiş çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixli 3 məhsullu ********* saylı bağlanma **********2 saylı təslim nömrəsi ilə xx.xx.2021-ci il tarixdə təslim edilmişdir. xx.xx.2021-ci il tarixdə Dynamic Express-ə məxsus mail adressindən iddaçıya göndərilmiş olan sorğuya cavab məsacının mətnidə qeyd edilmişdir ki, “Sizin bağlanmanız bizim anbara təslim edilmədiyi güman edilir”. - İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, İddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Mülki Məcəllənin 850.1-ci maddəsinə əsasən, yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir. Mülki Məcəlləsinin 857-ci maddəsinə əsasən, daşıyıcı yükün çatdırılma yerinə gəlməsi barədə yük alana dərhal bildiriş verməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 859.1-ci maddəsinə əsasən yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Beləliklə, mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh “Dynamic Exspress MMC arasında daşınma müqaviləsi bağlanmışdır. Qeyd edilən bağlama göndərən şirkət tərəfindən xx.xx.2021-ci il tarixdə daşıyıcı şirkətə təslim edilmişdir. Lakin bağlanma daşıyıcı şirkətə çatdırılmasından 3 aydan xeyli müddət keçməsinə baxmayaraq təslim almalı olan iddiaçıya təhvil verilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" MMC-dən 14.41 (on dörd manat qırx bir qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manat ödənilməsi hissəsində də qismən təmin edilməli, 50 (əlli) manat vəkil bürosuna hüquqi yardım pulu cavabdehdən tutularaq iddiaçı “Azəriqaz” İB-nin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin iddianın 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MMC-dən tutulmasına dair iddia tələbini də araşdıraraq hesab edir ki, iddianın həmin hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh MMC-dən 14.41 (on dörd manat, qırx bir qəpik) manat dəymiş ziyan, 50 manat vəkil xərci, 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar