Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3468/2023 14.06.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i̇ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və tələbin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3000 manat borcun və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında tanışı olan cavabdeh X3 4000 manat dəyərində geyim əşyalarını satmaq üçün vermişdir. Cavabdeh pulun bir hissəsini hissə-hissə ödəmiş, 3000 manat borc ödənilməmiş qalmışdır. Cavabdeh barəsində polis bölməsinə şikayət etmiş, orada aparılmış araşdırma nəticəsində, mübahisə mülki xarakterli olduğuna görə, məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Bundan başqa, cavabdeh xx.xx.2023-cü ildə akt tərtib edərək imzalamışdır. Həmin aktı ondan ötrü vermişdir ki, ona olan 3000 manat məbləğində borcunu xx.xx.2023-cü il daxil olmaqla 10 ay müddətinə, ilk ayı 400 manat, növbəti 5 ayı 200 manat olmaqla ödəyəcəkdir. Aktın doğruluğu Cavabdeh, İddiaçı, X7, X1, X4 tərəfindən imzalanaraq təsdiq edilmişdir. Qeyd olunanlara əsasən, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barəsində məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxır. Məhkəmə, iddia tərəfinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Sabunçu RPİ-nin 14-cü PB-nin İddiaçı ərizəsi əsasında toplanmış materialından görünür kimi, o, həmin polis bölməsində izahat verib bildirmişdir ki, 2022-ci ilin may ayında işlədiyi məktəbdə valideyn kimi tanıdığı Cavabdeh satmaq üçün 4000 manat dəyərində geyim əşyalarını Bakı şəhəri, Bilgəh qəsəbəsi ünvanında yerləşən “Səma” marketlə üzbəüz yaşayan bacısının evində təhvil vermişdir. Cavabdeh malın dəyərinin müəyyən hissəsini qaytarsa da, qalanını qaytarmamış və bundan imtina etmişdir. İşdə olan Cavabdeh, İddiaçı, X7, X1 və X4 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Cavabdeh İddiaçı olan 3000 manat məbləğində borcunu xx.xx.2023-cü il daxil olmaqla 10 ay müddətinə, ilk 5 ayı 400 manat, növbəti 5 ayı 200 manat olmaqla ödəyəcəyini öhdəsinə götürmüşdür. Beləliklə, işin məhkəmə iclasında müəyyən edilmiş hallarından göründüyü kimi, Cavabdeh İddiaçı 3000 manat məbləğində borcunun olduğunu etiraf etmiş, buna dair aktı imzalamış, həmçinin həmin borcu 10 ay müddətinə, ilk 5 ayı 400 manat, növbəti 5 ayı 200 manat olmaqla ödəyəcəyi barədə iddiaçı qarşısında üzərinə öhdəlik götürmüşdür. Belə olan halda, məhkəmə, Cavabdeh iddiaçıya 3000 manat məbləğində borcunun olmasına dair etirafını, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, hazırkı iddia tələbi əsaslıdır və təmin edilərək, Cavabdeh İddiaçı göstərilən məbləğdə borcu vardır və göstərilən borc məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində isə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə araşdırması zamanı Cavabdeh iddia tələbinin əsası kimi istinad edilən hallar məhkəməyə təqdim edilmiş sübutlarla təsdiq edilmişdir. Odur ki, Cavabdeh iddiaçı X5 xeyrinə 3000 manat məbləğində borc pul və ödənilmiş 50 manat dövlət rüsumunun əvəzi tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i̇ : İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 3000 (üç min) manat məbləğində borc və ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumunun əvəzi tutulsun. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-3468/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(008)-3468/2023
14.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver