Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3490/2021 25.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2 iştirakları ilə İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Eyvazova (Quliyeva) Yetər İlham qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Eyvazova (Quliyeva) Yetər İlham qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03.09.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85768 olan iPhone 7 Plus markalı telefon üçün 434 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, 01.05.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29440 olan Samsung Galaxy A8 markalı telefon üçün 1197 manat ödənilməmiş hissə, 359 manat dəbbə pulu, 10.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42262 olan Samsung Galaxy Note9+ markalı telefon üçün 2092 manat ödənilməmiş hissə, 648 manat dəbbə pulu borcu, ümumilikdə 4843 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 4873 manatın cavabdehdən alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 03.09.2017-ci il, 01.05.2018-ci il və 10.10.2018-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********85768 olan iPhone 7 Plus markalı telefon, İMEİ kodu **********29440 olan Samsung Galaxy A8 markalı telefon və İMEİ kodu **********42262 olan Samsung Galaxy Note9+ markalı telefon almış və nəticədə 4843 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 03.09.2017-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2668 manat olan telefon üçün ümumilikdə 547 manat olmaqla, ondan 434 manat ödənilməmiş hissə, 113 manat dəbbə pulu, 01.05.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1512 manat olan telefon üçün ümumilikdə 1556 manat olmaqla, ondan 1197 manat ödənilməmiş hissə, 359 manat dəbbə pulu, 10.10.2018-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti olan 2854 manat İMEİ kodu **********67754 olan X7 7 markalı telefon üçün ümumilikdə 409 manat olmaqla, ondan 315 manat ödənilməmiş hissə, 94 manat dəbbə pulu, 10.11.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2847 manat olan telefon üçün ümumilikdə 2740 manat olmaqla, ondan 2092 manat ödənilməmiş hissə, 648 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3311 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə iddia ərizəsində qeyd olunan ünvana bildiriş göndərilməklə məlumat verilsə də o, məhkəməyə gəlməmiş, iddia ərizəsinə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “xxxx” MMC ilə cavabdeh Eyvazova (Quliyeva) Yetər İlham qızı arasında bağlanmış 03.09.2017-ci il, 01.05.2018-ci il və 10.10.2018-ci il tarixli müqavilələrdən görünür ki, iddiaçı cavabdehə İMEİ kodu **********85768 olan iPhone 7 Plus markalı telefon, İMEİ kodu **********29440 olan Samsung Galaxy A8 markalı telefon və İMEİ kodu **********42262 olan Samsung Galaxy Note9+ markalı telefon satmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 27.04.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Eyvazova (Quliyeva) Yetər İlham qızının hal-hazırda “xxxx” MMCyə aralarında bağlanmış həmin müqavilələr üzrə 3723 manat əsas, 1120 manat cərimə, cəmi 4843 manat borcu yaranmışdır. İş materiallarında olan “xxxx” MMC tərəfindən Eyvazova (Quliyeva) Yetər İlham qızına ünvanlanmış 30.04.2019-cu il tarixli xəbərdarlıq məktubundan görünür ki, Eyvazova (Quliyeva) Yetər İlham qızı borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş və əks təqdirdə aidiyyəti üzrə dövlət qurumuna müraciət ediləcəyi bildirilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianı qismən əsaslı və qanuni hesab etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində tam təmin olunmalıdır. İddianın cərimənin tutulması hissəsinə gəldikdə isə məhkəmə həmin hissədə iddianın qismən təmin olunmasını əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddiaçı tərəfindən cərimənin 1120 manat məbləğində hesablanmasının yüksək olmasını nəzərə alaraq hesab edir ki, cavabdehlərdən iddiaçı tərəfindən hesablanmış qeyd olunan cərimə məbləğinin 10 %-i həcmində, yəni 112 manat məbləğində cərimə pulu tutulmasını ağlabatan və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 03.09.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85768 olan iPhone 7 Plus markalı telefon üçün 434 manat ödənilməmiş hissə, 01.05.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29440 olan Samsung Galaxy A8 markalı telefon üçün 1197 manat ödənilməmiş hissə, 10.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42262 olan Samsung Galaxy Note 9+ markalı telefon üçün 2092 manat ödənilməmiş hissə, 112 manat dəbbə pulu borcu, ümumilikdə 3835 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3865 manat borc cavabdeh Eyvazova (Quliyeva) Yetər İlham qızından alınaraq “xxxx” MMC-yə ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. 03.09.2017-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********85768 olan iPhone 7 Plus markalı telefon üçün 434 manat ödənilməmiş hissə, 01.05.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********29440 olan Samsung Galaxy A8 markalı telefon üçün 1197 manat ödənilməmiş hissə, 10.10.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********42262 olan Samsung Galaxy Note 9+ markalı telefon üçün 2092 manat ödənilməmiş hissə, 112 manat dəbbə pulu borcu, ümumilikdə 3835 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 3865 manat borc cavabdeh Eyvazova (Quliyeva) Yetər İlham qızından alınaraq “xxxx” MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3490/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3490/2021
25.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver