Məhkəmə qərarları › İş №2(008)-351/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-351/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-351/2023 16.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6, İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh5 iştirakları ilə İddiaçın Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 35000 manatı pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci ilin yay aylarında özünə torpaq sahəsi almaq üçün soraqlaşarkən Cavabdeh2 ilə tanış olmuşdur. Cavabdeh2 bildimişdir ki, onun və tanışı Cavabdeh1 Bakının Suraxanı rayonunda Hövsan qəsəbəsində 0,05 ha torpaq sahəsi var. Onun dediyinə görə, torpaq sahəsində 11x12 metr ölçüdə yarımçıq tikili də mövcuddur. 2020-ci ilin avqust ayında Azərlə görüşüb həmin torpaq sahəsinə baxmış və həqiqətən də torpaq sahəsinin 5 sot və içində yarımçıq tikili oluduğunu görmüşdür. Cavabdeh2 bildirmişdir ki, torpaq sahəsinin bağ sənədləri vardır. Azər vaxtilə mövcud olmuş Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyinin işçiləri üçün yaradılan «Günəş» yodaşlıq bağçılığının birgə Cavabdeh3 adına tərtib edilən 1994-cü il tarixli üzvlük biletini göstərərək torpaq sahəsinin sənədinin olmasına ustalıqla inandırmışdır. Üstəlik əmin etmşdir ki, torpaqla bağlı heç bir problem yoxdur və tikdiyi yarımçıq tikilini də göstərib onu özü üçün tikdiyini, lakin sonradan bu torpağa ehtiyacı olmadığını, özünə başqa yerdə ev tikdiyini demişdir. Azər torpağın müəyyən danışıqlardan sonra yekun olaraq 33000 manata satdığını dedi. Cavabbdeh Cavabdeh1 ilə də birlikdə görüşüb torpağın alınması ilə bağlı danışıqlar aparmışdır. İddiaçıya bildirilmişdir ki, bu evə dair birgə Cavabdeh1 adna etibarnamə verilmişdir və həmin etibarnamə əsasında iddiaçıya da etibarnamə veriləcək. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 33000 manat pulu vermiş, pulun verilməsinə dair dəftər vərəqində qeyd yazılmış və həmin qeydi Cavabdeh1 alıcı kimi imzalamışdır. Cavabdeh2 və X5 da qəbzi imzaları ilə təsdiq etmişdilər. Bundan sonra 35 saylı notariat ofisində Cavabdeh1 adından iddiaçıya həmin torpaqla bağlı etibarnamə verilmişdir. Cavabdeh1 ona bildirdi ki. ilkin etibarnamə birgə Cavabdeh3 adından digər Cavabdeh4 adına verilmiş, sonuncudan da ona etibarnamə verilmişdir. Torpağı aldıqdan sonra iddiaçı 2020-ci ilin sentyabr ayından başlayaraq orada tikinti və abadlıq işlərinə başlamışdır. Yarımçıq tikilini tikib başa çatdırmış və yaşamaq üçün tam yararlı hala salmışdır. Asma talvar qurdurmuş, hasar çəkdirmiş, darvaza qoydurmuş, həyətə daş döşətdirmiş, çoxlu ağaclar əkdirmiş, evin qaz, su, işıq xətlərini çəkdirib təchizatını tamamlamışdır. Evin inşasına, təmirinə, həyətin abadlaşdırılmasma və digər zəruri işlərə görə 75-80 min manat vəsait xərcləmişdir. 2021-ci ilin noyabr ayında Xanım Mehrabova adlı şəxs və onun Elnarə adlı qızı iddiaçını taparaq bu torpağı kimdən aldığını, hansı əsasla bu həyətdə ev tikdiyini soruşmuş və həmin həyətin onlara məxsus olduğunu demişdilər. Onlar həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna dair çıxarış əldə etdiklərini, torpağın onlara qanuni əsaslarla məxsus olduqlarını bildirdirmişdilər. Bundan sonra iddiaçı bərk narahat olmuş və həm Cavabdeh2 ilə, həm də birgə Cavabdeh1 ilə görüşmüş, sonra Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək onu aldadanlar barəsində cinayət işi qaldırılmasını tələb etmiş, lakin ərizəsi təmin edilməmişdir. Dəqiqləşdirilmiş ərizədə artıq torpaq sahəsini alqı-satqı yolu ilə 35000 manata aldığını vı bu məbləqdə ziyana düşdüyünü bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdehlər Cavabdeh2, Mədətova X8, Cavabdeh4 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə adları çəkilən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi (vəkili) Vəkil iddia ərizəsinin və tələbin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 izahat verərək qeyd etdilər ki, onlar da bu işdə aldadılmış tərəfdilər. Belə ki, Vəsilə həmin torpağı Elşəndən, Elşən isə Ceyhun adlı şəxsdən almışdılar. Onlar bilməmişdilər ki, həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi var. Xahiş edirlər ki, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində ölçüsü 0,05 ha olan «Günəş» b/y-nin EJ bölməsi, 6-cı keçid, 13 saylı bağ sahəsi Azərbaycan Respublikası Material Ehtiyatları Nazirliyi tərəfindən X1 ayrılmış və ona üzvlük bileti verilmişdir (Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi). Torpaq sahəsinin sahibi X2 xx.xx.2015-ci il tarixdə Cavabdeh4, sonuncu isə xx.xx.2016-cı il tarixdə digər Cavabdeh1 torpaq sahəsinə dair sənədlər toplamağı,özəlləşdirməsi və sair səlihiyyətlərlə 45 ildən çox müddətə notarial qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Cavabdeh1 xx.xx.2020-ci il tarxdə həmin torpaq sahəsinə dair eyni səlahiyyətlərlə İddiaçı 80 il müddətə notarila qaydada təsdiqlənmiş etibarnamə vermişdir. Eyni zamanda Cavabdeh1 faktiki istifadəsində olan torpaq sahəsini 33000 manat qarşılığında İddiaçı satdığına dair yazılı qəbz vermiş, həmin qəbz digər Cavabdeh2 və başqa bir şəxsin şahidliyi ilə təsdiqlənmişdir. Lakin, həmin torpaq sahəsi 2019-ci ildən ********** qeydiyyat nömrəsi ilə X7 mülkiyyətində olmuşdur (Suraxanı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi). Adıçəkilən qətnamə ilə X7 iddiası əsasında İddiaçı həmin torpaq sahəsindən çıxarılması və inşa edilmiş özbaşına tikilinin onun hesabına sökülməsi qət edilmişdir. Məhkəmə çəkişməsindən sonra X10 həmin torpaq sahəsini xx.xx.2021-ci il tarixdə 35300 manat müqabilində hazırki iş üzrə iddiaçı olan İddiaçı satmışdır AN-İ № ******* alqısatqı müqaviləsi müqavilə). Suraxanı Rayon Polis İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərarndan görünür ki, Cavabdeh1 iddiaçıya torpaq satmaq məqsədilə ondan 33000 manat aldığını təsdiq etmişdir. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən torpaq sahəsində yerləşən fərdi yaşayış evi və torpaq sahəsində yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri təqribən 24345 manat müəyyən edilmişdir. Hazırda iddiaçı alqı-satqı yolu ilə ödədiyi 35000 manatın cavabdehlərin hamısından tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişidr. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Göründüyü kimi, iddiaçı torpaq almaq niyyətilə 33000 manat pulu Cavabdeh1 vermiş, lakin torpağın qanuni mülkiyyətçisi məhkəmə qaydasında onun həmin torpaq sahəsindən çıxarılmasına nail olmuş, iddiaçı pozulmuş hüququnu bərpa eləmək üçün 35000 manat xərc çəkmişdir. Odur ki, məhkəmə hesab edir ki, 35000 manat pul Cavabdeh1 İddiaçı xeyrinə tutulmalıdır. Nəticədə Cavabdeh1 əsassız varlanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin. Bu mənada birgə cavabdehlər torpaq üzərində mülkiyyət hüquqları (sənədləri) olmadan iddiaçının hesabına pul (əmlak) əldə etmişlər. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd edildiyi kimi, cavabdeh adıçəkilən torpaq sahəsinə heç bir hüququ olmadığı halda, torpaq sahəsinə görə 33000 manat pul vəsaiti əldə etmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia digər cavabdehlərə qarşı rədd ediliəlidir. Belə ki, Cavabdeh2 33000 manat pulun iddiaçı tərəfindən Cavabdeh1 verilməsini təsdiq etmiş, həmin zaman o, zamin olmamışdır. Digər cavabdehlər isə iddiaçı ilə hər-hansı bir hüquq münasibətlərində olmamışdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Ekspertizanı məhkəmə İddiaçı nümayəndəsinin (vəkilinin) vəsatəti əsasında təyin etmişdir. Odur ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 35000 manat pul İddiaçı xeyrinə tutulsun. İddia cavabdehlər Cavabdeh2, Mədətova X8, Cavabdeh4 və Cavabdeh5 qarşı rədd edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat İddiaçı tutulub X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, Məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar