Məhkəmə qərarları › İş №2(008)-3524/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3524/2024

11.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3524/2024 11.07.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 saylı qətnaməsi ilə 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 170 (bir yüz yetmiş) manat olmaqla cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində müəyyən edilmiş aliment miqdarının dəyişdirilərək, Cavabdeh hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 25 avqust 2011-cı il tarixdə rəsmi nikaha girməklə ailə qurmuşdur. Birgə nikahlarından iki övladı - 22 iyun 2012-ci il təvəllüdlü X11 və 27 sentyabr 2014-ci il təvəllüdlü X8 anadan olmuşdur. İsmayıllı rayon məhkəməsinin 2(037)- 209/2022 saylı, 28 iyun 2022-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, 22 iyun 2012-ci il təvəllüdlü X11 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 anaları Abdullayevə (Babayeva) Könül Paşa qızının yanında saxlanılması, Cavabdeh hər ay hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq 22 iyun 2012-ci il təvəllüdlü X11 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanılması üçün Abdullayevə (Babayeva) Könül Paşa qızına ödənilməsi qət edilmişdir. Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 saylı qətnaməsi ilə İsmayıllı rayon məhkəməsinin qətnaməsi ilə müəyyən olunmuş alimentin ödənilməsi miqdarında dəyişiklik edilmiş, 22 iyun 2012-ci il təvəllüdlü X11 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadık saxlanılmaları üçün hər uşağa hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində cavabdeh X1 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Məhkəmə qərarı ilə müəyyən edilmiş aliment məbləği isə hazırki durumda yetərli deyildir. Uşaqların hər ikisi məktəblidir, gündən-günə qayğıları (təhsil, geyim əşyaları, nəqliyyat, dolanacaq xərcləri və s.) artmaqda davam edir. Uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancından və sair gəlirlərindən məhkəmə qərarı ilə müəyyən olunmuş aliment miqdarının artırılması zərurəti yaranmışdır. Bu baxımdan, uşaqların yetkinlik yaşına çatanadək saxlamılmsı üçün‘ məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment miqdarının ödənilməsində dəyişiklik edilməsi zərurəti yarandığından, yenidən məhkəməyə müraciət edirəm. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, iddiaçı tərəflərin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddiatəmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş İsmayıllı rayon Qeydiyyat tərəfindən verilmiş AZ-İİ 904087 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X12 xx.xx.2012-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İsmayıllı rayon Qeydiyyat tərəfindən verilmiş AZ-İİİ 415833 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.2014-cü il tarixdə İsmayıllı rayonunda anadan olmuş, atası Cavabdeh, anası isə İddiaçıdır. İsmayıllı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ 436855 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında nikah xx.xx.2023-cü ildə pozulmuşdur. Nikah pozulduqdan sona kişiyə Abdullayev, qadına Babazadə verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 2(037)-209/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamənin surətindən görünür ki, iddia tələbi nikahın pozulması və uşaqların yanında saxlanılmasına dair hissədə təmin edilmiş, X13 ilə Cavabdeh arasında 25 avqust 2011 -ci il tarixdə İsmayıllı rayonun İHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyində 09 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, 22 iyun 2012-ci il tarixdə doğulmuş X11 və 27 sentyabr 2014-cü il tarixdə doğulmuş X8 boşanmadan sonra anası X7 yanında saxlanılması, iddia tələbi alimentin təyin olunmasına dair hissədə qismən təmin edilmiş, 07 yanvar 2022-ci il tarixdən başlayaraq Cavabdeh hər ay hər uşağa 220 (iki yüz iyirmi) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində aliment alınaraq 22 iyun 2012-ci il tarixdə doğulmuş X11 və 27 sentyabr 2014-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün X10 verilməsi, Cavabdeh 51 (əlli bir) manat 20 (iyirmi) qəpik məbləğində dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3815/2023 nömrəli xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-209/2022 saylı qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, hər uşağa görə hər ay 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat məbləğində müəyyən edilsin. Alimentin yeni qaydada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla, Cavabdeh hər ay sabit pul məbləğində tutularaq, (uşaqlar yetkinlik yaşına çatanadək) İddiaçı ödənilməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq, dövlət büdcəsinə keçirilmsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 50 (əlli) manat mediasiya, 10 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. İş materiallarında olan kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında illik 27,5 faiz olmaqla 59 ay müddətinə 3300 manat kredit götürmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 235 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarını və cavabdehin əlavə gəlirlərinin olmasına dair sübutların mövcud olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı 2024-cü il üçün uşağlar üçün nəzərdə tutulmuş yaşayış minimumu həddində artırılmalı, 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 iyul 2023-cü il tarixli 2(008)-3815/2023 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. 22 iyun 2012-ci il təvəllüdlü X4 və 27 sentyabr 2014-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 235 (iki yüz otuz beş) manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar