Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3546/2023 03.08.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi və katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvan: Bülbül prospekti 360-cı məhəllə 105) ünvanında, “Vurğun Residence” yaşayış kompleksində yerləşən müvafiq mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilə, 01 noyabr 2019-cu il tarixli 19/488 №-li müqavilə, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilə üzrə 2023-cü ilin mart ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 12.613,13 AZN (on iki min altı yüz on üç Azərbaycan manatı, on üç qəpik), o cümlədən “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilə üzrə 2021-ci ilin sentyabr ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 1606.15 AZN (bir min altı yüz altı Azərbaycan manatı, on beş qəpik), habelə ödənilmiş 132.66 AZN (bir yüz otuz iki Azərbaycan manatı, altmış altı qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 14.351,94 AZN (on dörd min üç yüz əlli bir Azərbaycan manatı, doxsan dörd qəpik) məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh arasında ünvan 1 ünvan: Bülbül prospekti 360-cı məhəllə 105) ünvanında, “Vurğun Residence” yaşayış kompleksində yerləşən çoxsaylı mənzillərə münasibətdə iddiaçı tərəfindən müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında müqavilələr bağlanmışdır. Cavabdehin sifarişçi qismində tərəf olduğu müvafiq müqavilələr üzrə iddiaçı tərəfindən kommunal xidmətlərin göstərilməsi təchiz edilən obyektlər qismində çıxış edən mənzillərin göstəriciləri (bloku, mərtəbə, sahə və s.) bir-birindən fərqlənir. “Xidmətlərin göstərilməsi haqqında” 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilə üzrə kommunal xidmətlərin göstərilməsi təchiz edilən obyektlər qismində yaşayış kompleksinin Arkon (A) blokunun, 9cu mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı, sahəsi 169.00 kv.m təşkil edən 4 saylı, sahəsi 202.40 kv.m təşkil edən 3 saylı, 8-ci mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı, 10-cu mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı mənzillər çıxış edib. Hal-hazırda müqavilə 1 üzrə iddiaçı və cavabdeh arasında yalnız adıçəkilən sonuncu 2 mənzilə (yaşayış kompleksinin 8-ci mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı mənzil və 10-cu mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı mənzil) münasibətdə mövcud olan müqavilə münasibətləri hələ də davam edir, digər mənzillər isə cavabdeh tərəfindən müvafiq tarixlərdə özgəninkiləşdirilməsi səbəbindən müvafiq mənzillər üzrə münasibətlər müqavilə 1-in 12.2-ci bəndində göstərilmiş əsas üzrə dayandırılmışdır. Belə ki, müqavilə 1-in 12.2-ci bəndinə əsasən cavabdehin mənzillər üzərində mülkiyyət, icarə, istifadə hüquqları üçüncü şəxs(lər)ə keçdikdə müqavilə və/və ya müqavilənin müvafiq hissəsi dərhal qüvvədən düşmüş hesab edilir. “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli 19/488 №-li müqavilə (bundan sonra “Müqavilə 2”) üzrə kommunal xidmətlərin göstərilməsi təchiz edilən obyektlər qismində yaşayış kompleksinin A blokunun 9-cu mərtəbəsində yerləşən, sahəsi 217.50 kv.m təşkil edən 1 saylı, Arkon İİ (B) blokunun 12-ci mərtəbəsində yerləşən, sahəsi 138.70 kv.m təşkil edən 4 saylı mənzillər çıxış edib. Hal-hazırda müqavilə 2 qüvvədə deyil və cavabdeh tərəfindən sonuncu mənzilin özgəninkiləşdirilməsi səbəbindən müvafiq mənzil üzrə münasibətlər müqavilə 2-nin 11.5-ci bəndində göstərilmiş əsas üzrə 02 iyun 2022-ci il tarixində dayandırılmışdır. Belə ki, müqavilə 2-nin 11.5-ci bəndinə əsasən sifarişçinin istifadəsində olan mənzillərin üzərində mülkiyyət və digər hüquqmüəyyənedici hüquqlar üçüncü şəxs(lər)ə keçdikdə müqavilə və/və ya müqavilənin müvafiq hissəsi həmin tarixdən qüvvədən düşmüş hesab edilir. “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilə (bundan sonra “Müqavilə 3”) üzrə kommunal xidmətlərin göstərilməsi təchiz edilən obyekt qismində yaşayış kompleksinin 17-ci mərtəbəsində yerləşən, sahəsi 256.40 kv.m təşkil edən 1 saylı mənzil çıxış edib. Müqavilə 3-ə müqavilə tərəflərinin qarşılıqlı razılığı əsasında 31 iyul 2020-ci il tarixində xitam verilmişdir və göstərilən müqavilə hal-hazırda qüvvədə deyil. Həmçinin, tərəflər arasında imzalanmış və cavabdehin istifadəçi qismində tərəf olduğu “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilə (bundan sonra “Müqavilə 4”) üzrə yaşayış kompleksinin -10.30 səviyyəsində yerləşən, L3 P13 və L3 P14 nömrəli avtoduracaq yerləri (bundan sonra “İstifadəyə Verilən Əmlak(lar)”) cavabdehin ödənişli əsaslarla müddətli istifadəsinə verilmişdir. Müqavilə 4-ə tərəflərin qarşılıqlı razılığına əsasən 30 sentyabr 2021-ci il tarixində xitam verilmişdir. Müqavilə 1-ə dair 19 sentyabr 2018-ci il tarixli 1 saylı Əlavənin, müqavilə 2-yə dair 01 noyabr 2019-cu il tarixli 1 saylı Əlavənin və müqavilə 3-ə dair 08 oktyabr 2019-cu il tarixli 1 saylı Əlavənin 2-ci bəndinə əsasən iddiaçı yaşayış kompleksinin ümumi istifadə olunan (daxili və xarici) sahələrinin təmizlənməsini, işıqlandırılmasını, ümumi istifadə olunan sahələrdə pəncərələrin yuyulmasını, ümumi istifadə olunan sahələrin dezinfeksiyası, deratizasiyasını, məişət tullantılarının dövri olaraq daşınmasını, mənzillərin mərkəzləşdirilmiş istilik sistemi vasitəsilə mövsümə uyğun olaraq (15 noyabr-01 aprel aylarında) qızdırılmasının təmin edilməsini, yaşayış kompleksinə aid texniki qurğuların peşəkar işlədilməsi, nəzarəti və baxımını, yanğından mühafizə sistemlərinin baxımı, nəzarəti və testlərin keçirilməsini, liftlərə texniki qulluğu, bağ sahələrinə qulluq və bağçılığı, sayğac üzrə kommunal xidmət haqlarına (işıq, su, qaz) aid ödəniş sənədlərinin vaxtlıvaxtında cavabdehə çatdırılmasını, 24 saat/7 gün qəza xidmətlərinin göstərilməsini, yaşayış kompleksinin 24 saat/7 gün ümumi mühafizəsini, giriş-çıxış və buraxılış rejiminə vizual, təhlükəsizlik kamerası vasitəsilə videonəzarətin həyata keçirilməsini (bundan sonra birlikdə “Xidmətlər”) təmin edir. Müqavilə 1, müqavilə 2 və müqavilə 3-ə dair müvafiq 1 №li Əlavələrin 3-cü bəndinə uyğun olaraq cavabdeh yaşayış kompleksindəki ona məxsus mənzillərin hər kvadrat metri üçün ƏDV daxil 1.00 AZN (bir Azərbaycan manatı, 00 qəpik) aylıq xidmət haqqı (bundan sonra “Xidmət haqqı”) ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 1-ə dair 1 №- li Əlavənin 4-cü bəndində, müqavilə 2 və müqavilə 3-ə dair 1 №-li Əlavənin 5-ci bəndində xidmət haqqı üzrə ödənişlərin tətbiq olunma və hesablanma tarixinin mənzillərin müvafiq alqı-satqı/ipoteka müqaviləsi və ya digər sənəd (order, qərar, sərəncam, akt və s.) əsasında cavabdehin sahibliyinə, istifadəsinə və ya sərəncamına verildiyi tarixdən başlanması şərti təsbit edilmişdir. Müqavilə 1-ə dair 1 №-li Əlavənin 5-ci bəndində, müqavilə 2 və müqavilə 3-ə dair 1 №-li Əlavənin 6-cı bəndinə əsasən xidmət haqqı hər cari ay üçün əvvəlcədən, müvafiq hesab-fakturanın təqdim olunduğu tarixdən 3 (üç) iş günündən gec olmayaraq cavabdeh tərəfindən nağd və ya İddiaçının bank hesabına köçürmə yolu ilə ödənilir. Müqavilə 1-ə dair 1 №-li Əlavənin 8-ci bəndinə, müqavilə 2 və müqavilə 3-ə dair 1 №-li Əlavənin 9-cu bəndinə əsasən mənzillərdə istifadə olunan su, çirkab sularının axıdılması, qaz, elektrik enerjisi, kabel televiziyası, telefon (o cümlədən beynəlxalq, mobil telefon danışıqları və internet xidmətləri) xidmətlərinə görə ödənişlər xidmət haqqına daxil deyil və müvafiq xidmətlərin ödəniş şərtləri cavabdeh və təchizatçı müəssisələr arasında bağlanmış müvafiq müqavilələrə uyğun olaraq tənzimlənir. Müqavilə 1, müqavilə 2 və müqavilə 3-ün 2.3.1-ci yarımbəndinə əsasən müqavilə şərtlərinə uyğun olaraq xidmət haqqını müqavilə və onun müvafiq əlavələri ilə müəyyən olunmuş şərtlərlə vaxtlı-vaxtında ödəmək cavabdehin öhdəliyini təşkil edir. Müqavilə 1, müqavilə 2 və müqavilə 3-ün 5.1-ci bəndinə əsasən müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək. Müvafiq müqavilələr ilə nəzərdə tutulmayan məsuliyyət növləri Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə uyğun olaraq tətbiq ediləcək. Müqavilə 1-in 5.3-cü bəndinə əsasən tərəflərin hər hansı biri tərəfindən bu müqavilə üzrə ödənişlərin müəyyən olunmuş müddətlərdə yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf müvafiq pozuntunu törətmiş tərəfdən hər gecikmə gününə görə bu müqavilənin ümumi məbləğinin 0,01 %-i həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Müqavilə 2 və müqavilə 3-ün 5.3-cü bəndinə əsasən tərəflərin hər hansı biri tərəfindən bu müqavilə üzrə ödənişlərin müəyyən olunmuş müddətlərdə yerinə yetirilməməsinə görə zərərçəkmiş tərəf müvafiq pozuntunu törətmiş tərəfdən hər gecikmə gününə görə bu müqavilənin ümumi məbləğinin 0,1 %-i həcmində dəbbə pulunun ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada "xxxx" Mənzil-Tikinti Kooperativinin üzvlərinin ümumi yığıncağının 01 mart 2017-ci il tarixli VR/01 №-li qərarı əsasında ünvan 1 ünvan: Bülbül pr-ti 360-cı məhəllə 105) ünvanında yerləşən çoxmənzilli yaşayış kompleksinin (“Vurğun Residence”) idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş, iddiaçı yaşayış kompleksinin idarəedici təşkilatı təyin edilmiş və iddiaçı tərəfindən yaşayış kompleksində göstəriləcək xidmətlərin siyahısı, habelə xidmət haqqının məbləği sözügedən qərara əsasən müəyyən edilərək, sakinlərlə bağlanacaq müvafiq müqavilələrdə eyni şərtlərin əks etdirilməsi tələbi qoyulmuşdur. Müqavilə 4-ün 3.2-ci bəndinə əsasən cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan istifadə haqqı və digər ödənişlər hər cari ayın ilk 5 (beş) təqvim günü ərzində həyata keçirilərək, iddiaçının hesab-fakturasında göstərilmiş bank hesabına köçürmə yolu ilə hər ay üzrə əvvəlcədən ödənilməli olsa da, cavabdeh bu öhdəliyin də kobud pozuntusuna yol verilmişdir. Tərəflər arasında müqavilə 4-ə xitam verilməsinə dair imzalanmış 30 sentyabr 2021-ci il tarixli xitam razılaşmasının 2-ci bəndinə əsasən cavabdeh müqavilənin şərtlərinə uyğun olaraq istifadəyə verilən əmlak(lar)ın iddiaçıya təhvil verildiyi xitam tarixinədək yerinə yetirməli olduğu bütün öhdəlikləri, o cümlədən istifadə haqqının və müqavilədə nəzərdə tutulmuş digər ödənişlərin həyata keçirilməsini təmin etməlidir. Xitam razılaşmasının 3-cü bəndinə əsasən cavabdehin xitam tarixinədək müqavilə 4 üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 1.906,15 AZN (bir min doqquz yüz altı Azərbaycan manatı, on beş qəpik) təşkil etməsi təsbit olunmuşdur. Xitam razılaşmasının 4-cü bəndinə uyğun olaraq müqaviləyə xitam verilməsi cavabdehi müqavilə üzrə lazımınca yerinə yetirilməmiş öhdəliklərinin icrasından azad etmir. Lakin cavabdeh xitam razılaşması ilə üzərinə qoyulmuş öhdəliklərin icrasından da yayınmışdır. Bununla belə, müqavilələr üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq (cavabdehə 05 sentyabr 2022-ci il tarixli FMG-01/22/284 №-li pretenziya bildirişi və 18 yanvar 2023-cü il tarixli FMG-02/23/490 №-li pretenziya bildirişi göndərilmişdir) cavabdeh tərəfindən müqavilə üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Beləliklə, müqavilələr üzrə ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində müqavilə 1, müqavilə 2 və müqavilə 3 üzrə 2023-cü ilin mart ayına ƏDV daxil 12.613,13 AZN (on iki min altı yüz on üç Azərbaycan manatı, on üç qəpik), müqavilə 4 üzrə isə xitam tarixi hesab olunan 30 sentyabr 2021-ci il tarixinə ƏDV daxil 1.606,15 AZN (bir min altı yüz altı Azərbaycan manatı, on beş qəpik) olmaqla, ümumilikdə ƏDV daxil 14.219,28 AZN (on dörd min iki yüz on doqquz Azərbaycan manatı, iyirmi səkkiz qəpik) əsas borc məbləği yığılmışdır. Daha sonra iddiaçı tərəfindən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə keçirilmiş məhkəmənin ilkin hazırlıq iclasından sonra cavabdeh tərəfindən 24 may 2023-cü il tarixdə irəli sürülmüş iddia tələbi üzrə 5000 AZN (beş min Azərbaycan manatı, 00 qəpik) məbləğində kommunal xidmət haqqı üzrə borcun ödənişi təmin edilmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən müvafiq ödəniş məbləği nəzərə alınmaqla, iddia tələbinin həcmi tərəflər arasında imzalanmış 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilə, 01 noyabr 2019-cu il tarixli 19/488 №-!i müqavilə və 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilə üzrə toplanmış kommunal xidmət haqqı üzrə borca dair hissədə ödənilmiş məbləğə mütənasib qaydada azaldılmışdır. Eyni zamanda, “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-2İ/0İ2 №-İi müqavilə üzrə 2021-ci ilin sentyabr ayına toplanmış borc məbləği dəyişilməz olaraq qalır. Beləliklə, cavabdeh tərəfindən təmin edilmiş müvafiq məbləğ nəzərə alınmaqla, cavabdehin iddia ərizəsində istinad edilən hər üç müqavilə üzrə (19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilə, 01 noyabr 2019-cu il tarixli 19/488 №- !i müqavilə və 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilə) 2023-cü ilin mart ayına mövcud olan kommunal xidmət haqqı üzrə borcu ƏDV daxil 7613.13 AZN, “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-2İ/0İ2 №-İi müqavilə üzrə 2021-ci ilin sentyabr ayına mövcud olan istifadə haqqı üzrə borcu ƏDV daxil 1606.15 AZN olmaqla, ümumilikdə ƏDV daxil 9219.28 AZN təşkil edir. Bundan başqa, “Xidmətlərin göstərilməsi haqqında” 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilə üzrə iddiaçı tərəfindən xidmət göstərilməsi təchiz olunan 2 mənzilə (yaşayış kompleksinin 8-ci mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı mənzil və 10-cu mərtəbəsində yerləşən, sahəsi 199.70 kv.m təşkil edən 2 saylı mənzil) münasibətdə cavabdeh tərəfindən təmin edilməli olan aylıq kommunal xidmət haqqının ümumi məbləği ƏDV daxil 399.41 AZN olmaqla, 2023-cü ilin aprel və may ayları üçün ƏDV daxil 798.82 AZN təşkil edir. Göstərilənlərə əsasən iddiaçı, ünvan 1 ünvan: Bülbül prospekti 360-cı məhəllə 105) ünvanında, “Vurğun Residence” yaşayış kompleksində yerləşən müvafiq mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilə, 01 noyabr 2019-cu il tarixli 19/488 №-li müqavilə, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilə üzrə 2023-cü ilin may ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 8411.95 AZN (səkkiz min dörd yüz on bir Azərbaycan manatı, doxsan beş qəpik), o cümlədən “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilə üzrə 2021-ci ilin sentyabr ayına mövcud olan əsas borc üzrə ƏDV daxil 1606.15 AZN (bir min altı yüz altı Azərbaycan manatı, on beş qəpik), habelə ödənilmiş 132.66 AZN (bir yüz otuz iki Azərbaycan manatı, altmış altı qəpik) məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 10.150,76 AZN (on min bir yüz əlli Azərbaycan manatı, yetmiş altı qəpik) məbləğinin Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 132.66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının VR/01 nömrəli xx.xx.2017-ci il tarixli iclas protokolundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3cü maddəsi ilə müəyyən edilmiş qaydada binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC binanın idarəedici təşkilatı təyin edilmişdir. Binada idarəedici təşkilat tərəfindən göstəriləcək xidmətlərin nümunəvi siyahısı bu protokola əlavə ilə təsdiq edilmiş, idarəedici təşkilat tərəfindən binada göstəriləcək və nümunəvi siyahısı bu protokola əlavədə müəyyənləşdirilmiş xidmətlərə görə aylıq xidmət haqqının minimum məbləği binadakı mənzillərin hər 1 kv.m-i üçün xx.xx.2018-ci il tarixinədək (daxil olmaqla) olan dövr üzrə ƏDV daxil 0.70 AZN, xx.xx.2018-ci il tarixindən sonra gələn dövr üzrə isə ƏDV daxil 1 AZN məbləğində müəyyən edilmişdir. - "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının VR/01 nömrəli xx.xx.2017-ci il tarixli protokolu ilə təsdiq edilmiş xidmətlərin nümunəvi siyahısına əsasən təmizlik və texniki xidmətlərə aşağıdakılar daxildir: binanın ümumi istifadə olunan (daxili və xarici) sahələrinin təmizlənməsi: lobbilər, mərtəbə dəhlizləri, park sahələri, lift holları və binaya aid digər bu kimi sahələr; binanın ümumi istifadə olunan sahələrində pəncərələrin yuyulması, ümumi istifadə olunan sahələrin dezinfeksiyası, deratizasiyası, məişət tullantılarının dövri olaraq daşınması, obyekt(lər)in mərkəzləşdirilmiş istilik sistemi vasitəsilə mövsümə uyğun olaraq (15 noyabr-01 aprel aylarında) qızdırılmasının təmin edilməsi, binaya aid texniki qurğuların peşəkar işlədilməsi, nəzarəti və baxımı, binada yanğından mühafizə sistemlərinin baxımı, nəzarəti və testlərin keçirilməsi, binada ümumi istifadə olunan (daxili və xarici) sahələrin işıqlandırılması, liftlərə texniki qulluq, bağ sahələrinə qulluq və bağçılıq, sayğac üzrə kommunal xidmət haqlarına (işıq, su, qaz) aid ödəniş sənədlərinin vaxtlı-vaxtında sifarişçiyə çatdırılması, göstərilən texniki xidmətlərlə əlaqədar 24 saat/7 gün qəza xidmətinin təşkili, binanın 24 saat/7 gün ümumi mühafizəsi, giriş-çıxış və buraxılış rejiminə vizual, təhlükəsizlik kamerası vasitəsilə videonəzarət. - İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh (bundan sonra “Sifarişçi”) arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqavilədən görünür ki, icraçı qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi ünvan 3 ünvanında “Vurğun Residence” yaşayış kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Xidmətlərin tərkibi, xidmət haqqı, hesablaşma qaydası və tərəflər üçün əhəmiyyət kəsb edən digər şərtlər bu müqaviləyə Əlavə 1-də əks olunur. Bu müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək. - İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh (bundan sonra “Sifarişçi”) arasında bağlanmış “Xidmətlərin göstərilməsi haqqında” 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li müqaviləyə xx.xx.2020-ci il tarixli Əlavə 2, xx.xx.2021-ci il tarixli Əlavə 3, xx.xx.2021-ci il tarixli Əlavə 4-ə əsasən müqaviləyə Əlavə 1-in 1-ci bəndindəki cədvəl dəyişdirilərək yeni redaksiyada təqdim edilmişdir. - İddiaçı MMC (bundan sonra “İistifadəyə verən”) ilə Cavabdeh (bundan sonra “İstifadəçi”) arasında bağlanmış “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” xx.xx.2021-ci il tarixli P-21/012 №-li müqavilədən görünür ki, istifadəyə verən ünvan 3 ünvanında “Vurğun Residence” yaşayış kompleksinin -10.30 səviyyəsində yerləşən L3 P13 və L3 P14 nömrəli avtoduracaq yerlərini istifadəçinin istifadəsinə verməyi, istifadəçi isə istifadəyə verilən əmlak(lar)ı qəbul edib bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə istifadəyə verənə müvafiq haqq ödəməyi öhdəsinə götürür. - İddiaçı MMC (bundan sonra “İstifadəyə verən”) ilə Cavabdeh (bundan sonra “İstifadəçi”) arasında bağlanmış xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” xx.xx.2021-ci il tarixli P-21/012 №-li müqaviləyə xx.xx.2021-ci il tarixdə xitam verilmişdir. - İddiaçı MMC (bundan sonra “İdarə edən”) ilə Cavabdeh (bundan sonra “Sifarişçi”) arasında bağlanmış “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilədən görünür ki, idarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi Bakı şəhəri Bülbül prospekti 105 ünvanında “Vurğun Residence” yaşayış kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Xidmətlərin tərkibi, xidmət haqqı, hesablaşma qaydası və tərəflər üçün əhəmiyyət kəsb edən digər şərtlər bu müqaviləyə müvafiq əlavə(lər)də müəyyən olunur. Bu müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək. - İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh (bundan sonra “Sifarişçi”) arasında bağlanmış xx.xx.2020-ci il tarixli razılaşmadan görünür ki, tərəflərin qarşılıqlı razılığına əsasən “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. - İddiaçı MMC (bundan sonra “İdarə edən”) ilə Cavabdeh (bundan sonra “Sifarişçi”) arasında bağlanmış “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli 19/488 №-li müqavilədən görünür ki, idarə edən qanunvericiliklə müəyyən olunmuş əsaslarda sifarişçinin istifadəsində olan yaşayış və ya qeyri-yaşayış sahələrinin yerləşdiyi ünvan 3 ünvanında “Vurğun Residence” yaşayış kompleksində bu müqaviləyə Əlavə 1-də nəzərdə tutulmuş kommunal xidmətləri göstərməyi, sifarişçi isə bu xidmətlərin müqabilində müqavilə və onun müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini təmin etməyi öz öhdəsinə götürür. Xidmətlərin tərkibi, xidmət haqqı, hesablaşma qaydası və tərəflər üçün əhəmiyyət kəsb edən digər şərtlər bu müqaviləyə müvafiq əlavə(lər)də müəyyən olunur. Bu müqavilənin şərtlərinə uyğun olaraq öz öhdəliklərini tam icra etməyən və ya lazımınca icra etməyən tərəf bununla digər tərəfə vurduğu zərərə görə qüvvədə olan qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyacaq və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəyəcək. - İddiaçı MMC (bundan sonra “İcraçı”) ilə Cavabdeh (bundan sonra “Sifarişçi”) arasında bağlanmış “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 01 noyabr 2019-cu il tarixli 19/488 №-li müqaviləyə xx.xx.2021-ci il tarixli Əlavə 2-ə əsasən müqaviləyə Əlavə 1-in 1-ci bəndindəki cədvəl dəyişdirilərək yeni redaksiyada təqdim edilmişdir. - Qalıq borc haqqında 29 mart 2023-cü il tarixli cədvəldən görünür ki, “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” xx.xx.2021-ci il tarixli P-21/012 №-li müqavilə üzrə cavabdehin iddiaçıya 1606.15 manat məbləğində borcu vardır. - “Milliön” elektron ödəmə sistemi vasitəsi ilə aparılmış əməliyyatdan görünür ki, Cavabdeh tərəfindən İddiaçı MMC-nin hesabına 5000 manat məbləğində pul vəsaiti ödənilmişdir. - Qalıq borc haqqında xx.xx.2023-cü il tarixli cədvəldən görünür ki, “Çoxmənzilli binanın idarə edilməsi və xidmətlərin göstərilməsi haqqında” 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li və 01 noyabr 2019-cu il tarixli 19/488 №-li müqavilələr üzrə cavabdehin iddiaçıya 8411.95 manat məbləğində borcu vardır. - xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli pretenziyalardan görünür ki, cavabdehdən müqavilə öhdəliklərinin icra edilməsi tələb edilmiş, əks təqdirdə, pozulmuş hüquqların müdafiəsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin: 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra - mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. 135.2. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqın ödənilməsi vəzifəsi aşağıdakı andan yaranmış hesab edilir: 135.2.1. yaşayış sahəsinin sosial kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.2. dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi üçün – belə müqavilə bağlandığı andan; 135.2.3. mənzil-tikinti kooperativi üzvləri üçün – mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan; 135.2.4. yaşayış sahəsinin mülkiyyətçisi üçün – yaşayış sahəsinə mülkiyyət hüququ əmələ gəldiyi andan. 136.2-ci maddəsinə əsasən çoxmənzilli binanın yaşayış sahəsinin mülkiyyətçisinin yaşayış sahəsinə və kommunal xidmətlərə görə ödədiyi haqq aşağıdakılardan ibarətdir: 136.2.1. çoxmənzilli binanın idarə edilməsi, ümumi əmlakının saxlanması, cari və əsaslı təmiri üzrə xidmət və işlərə görə ödənilən haqqın daxil olduğu yaşayış sahəsinin saxlanması və təmirinə görə haqq; 136.2.2. kommunal xidmətlərə görə haqq. 136.3. Yaşayış binalarının mülkiyyətçiləri müvafiq fəaliyyət növlərini həyata keçirən şəxslərlə bağladıqları müqavilələrə uyğun olaraq, həmin binaların saxlanması və təmiri üzrə xərcləri çəkir, habelə kommunal xidmətlərə görə haqq ödəyir. 136.4. Kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. 137.1-ci maddəsinə əsasən çoxmənzilli binanın idarəetmə müqaviləsində başqa müddət nəzərdə tutulmayıbsa, yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq hər ay üçün həmin aydan sonra gələn ayın beşinədək təqdim edilmiş ödəniş sənədləri əsasında həmin aydan sonra gələn ayın on beşinədək ödənilir. 137.4-cü maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin, mənziltikinti kooperativinin və ya vətəndaşların yaşayış sahəsinə olan ehtiyaclarını ödəmək üçün müvafiq qanuna uyğun olaraq yaradılmış digər ixtisaslaşmış istehlak kooperativinin (bundan sonra – ixtisaslaşmış istehlak kooperativi) üzvləri çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı mütləq ödənişləri və (və ya) haqları mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanı və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanı və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanı tərəfindən müəyyənləşdirilmiş qaydada ödəyirlər. 137.10-cu maddəsinə əsasən mülkiyyətçilər, kirayəçilər və ya digər şəxslər tərəfindən sahənin istifadə edilməməsi yaşayış sahəsinə və faktiki istehlak edilmiş kommunal xidmətlərə görə haqqın ödənilməməsi üçün əsas deyildir. 138.5-ci maddəsinə əsasən çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına və təmirinə görə çəkilən xərclərlə bağlı mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin və ya mənzil-tikinti kooperativinin və ya digər ixtisaslaşmış istehlak kooperativinin üzvlərinin (iştirakçılarının) mütləq (məcburi) ödənişləri və (və ya) haqlarının miqdarı bu Məcəlləyə və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin nizamnaməsinə və ya mənzil-tikinti kooperativinin nizamnaməsinə və ya digər ixtisaslaşmış istehlak kooperativinin nizamnaməsinə müvafiq olaraq mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin idarəetmə orqanları və ya mənzil-tikinti kooperativinin idarəetmə orqanları və ya digər ixtisaslaşmış istehlak kooperativinin idarəetmə orqanları tərəfindən müəyyənləşdirilir. 139.1-ci maddəsinə əsasən kommunal xidmətlərə görə haqqın miqdarı qanunvericiliyə əsasən müəyyənləşdirilmiş tariflər əsasında müvafiq fəaliyyət növünü həyata keçirən şəxslərlə bağlanan müqavilələrdə müəyyən edilir. Məhkəmə hesab edir ki, mənzil-tikinti kooperativi tərəfindən yaşayış sahəsinin verildiyi andan mənzil-tikinti kooperativi üzvləri yaşayış sahəsinin saxlanması və təmirinə görə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi daşıdığından iddia tələbi həmin hissədə əsaslıdır. Göründüyü kimi mənzil qanunvericiliyində mənzil-tikinti kooperativinin üzvlərinin çoxmənzilli binanın ümumi əmlakının saxlanmasına, cari və əsaslı təmirinə xərclərin çəkilməsi, habelə kommunal xidmətlərin ödənilməsi ilə bağlı ödənişləri və (və ya) haqları mənzil-tikinti kooperativinin idarəetmə orqanının müəyyənləşdirdiyi qaydada ödəməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının VR/01 nömrəli xx.xx.2017-ci il tarixli iclas protokolundan görünür ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 141.2.3-cü maddəsi ilə müəyyən edilmiş qaydada binanın idarə edilməsi üsulu “idarəedici təşkilat tərəfindən idarə edilmə” olaraq seçilmiş və İddiaçı MMC binanın idarəedici təşkilatı təyin edilmişdir. İddiaçı MMC ilə Cavabdeh arasında kommunal xidmətlərin göstərilməsi haqqında 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li, 01 noyabr 2019-cu il tarixli 19/488 №-li, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li və “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən cavabdeh müqavilələrdə göstərilən xidmətlərin müqabilində müqavilələr və onların müvafiq əlavələri ilə razılaşdırılmış xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq kommunal xidmət haqlarını ödəməmişdir. Məhkəmə, cavabdehdən tələb edilən kommunal xidmət haqqının məbləğini ağlabatan hesab edir. Belə ki, cavabdehdən tələb edilən məbləğ “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı Qərarının tələblərinə uyğundur. Qeyd edilən normaların hazırkı mülki işə tətbiqi nəticəsində məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbində göstərilən cavabdehdən tutulmasını məhkəmə qaydasında tələb etdiyi məbləğ İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış kommunal xidmətlərin göstərilməsi haqqında 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li, 01 noyabr 2019-cu il tarixli 19/488 №-li, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li və “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilələrə əsasən sonuncunun ödəməli olduğu kommunal xərclərdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, ünvan 1 ünvan: Bülbül prospekti 360-cı məhəllə 105) ünvanında, “Vurğun Residence” yaşayış kompleksində yerləşən müvafiq mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li, 01 noyabr 2019-cu il tarixli 19/488 №li, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilələr üzrə 8411.95 manat borc, “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilə üzrə 1606.15 manat borc olmaqla, cəmi 10.018,10 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən 132.66 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qiyməti (10.018,10 manat) üzrə ödənilməli olan dövlət rüsumu 120.05 manat təşkil etdiyindən, dövlət rüsumunun tutulması hissəsində iddia qismən təmin edilməli, ödənilmiş 132.66 manat məbləğində dövlət rüsumunun 120.05 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 1 ünvan: Bülbül prospekti 360-cı məhəllə 105) ünvanında, “Vurğun Residence” yaşayış kompleksində yerləşən müvafiq mənzillərə münasibətdə müvafiq kommunal xidmətlərin göstərilməsi haqqında 19 sentyabr 2018-ci il tarixli KX/903 №-li, 01 noyabr 2019-cu il tarixli 19/488 №-li, 08 oktyabr 2019-cu il tarixli KX/19/457 №-li müqavilələr üzrə 8411.95 manat borc, “Parkinq/Avtoduracaq sahəsinin istifadəsi haqqında” 21 yanvar 2021-ci il tarixli P-21/012 №-li müqavilə üzrə 1606.15 manat borc olmaqla, cəmi 10.018,10 manat məbləğində pul vəsaiti və 120.05 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-3546/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3546/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver