Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3552/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 Cavabdeh2 iştirakları ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada Bankın xeyrinə 012R********** saylı kredit razılaşması üzrə 1657,98 manat məbləğində kredit borcu, 021R********** saylı kredit razılaşması üzrə 1623,41 ABŞ dolları məbləğində kredit borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2014-cü il tarixli 21L000002020 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.5833% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000 manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********SA saylı, xx.xx.2016-cı il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh4 götürdüyü kredit borcundan 1342.02 manat ödəmiş, onun 1657.98 manat məbləğində kredit borcu qalmışdır. Bundan başqa, kredit xətti müqaviləsi üzrə Cavabdeh4 İddiaçı QSC ilə bağladığı xx.xx.2015-ci il tarixli 021R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 3000ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2015-ci il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********S saylı, xx.xx.2016-cı il tarixli 021R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh4 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri xx.xx.2017-ci il tarixdən banka qaytarmamışdır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, zamin kimi o, qol çəkmiş sonradan kredit müqaviləsinin müddəti uzadılmışdır. Cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə həmin cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21L000002020 nömrəli kredit xətti müqaviləsindən görünür ki, cavabdehə 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. - İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasından görünür ki, Bank 3000 manat olan krediti aylıq faiz dərəcəsi 2.5833 faiz olmaqla 24 ay müddətinə Kredit Alana vermiş, kredit alan kredit məbləğini, ona hesablanan faizləri razılaşdırılmış tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 3000 manat məbləğində pul vəsaiti xx.xx.2015-ci ildə Cavabdeh4 hesabına köçürülmüşdür. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 021R**********SA saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2016-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021R********** nömrəli kredit razılaşmasından görünür ki, Bank 3000 ABŞ dolları olan krediti aylıq faiz dərəcəsi 2.1667 faiz olmaqla 24 ay müddətinə Kredit Alana vermiş, kredit alan kredit məbləğini, ona hesablanan faizləri razılaşdırılmış tarixdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Kreditin verilməsi-köçürmə qəbzindən görünür ki, 3000 ABŞ dolları məbləğində pul vəsaiti xx.xx.2015-ci ildə Cavabdeh4 hesabına köçürülmüşdür. İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021R**********S saylı kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** Kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu Sazişə əlavə olunan xx.xx.2015-ci il tarixli Ödəniş Planına uyğun olaraq ödəməlidir. İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh4 arasında bağlanmış xx xxxx 2016-cı il tarixli 021R**********S nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli, 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə xx.xx.2016-cı il tarixdən aylıq 1.1667 faiz dərəcəsi ilə faizlər hesablanır. İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 021R**********S nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli, 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə aylıq 1.8333 faiz dərəcəsi ilə faizlər hesablanır. Ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda bank bu ödəniş planında qeyd olunmuş 11.46 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. İddiaçı QSC-nin Mərdəkan filialı ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2016-cı il tarixli 021R**********S nömrəli Sazişdən görünür ki, Bank ilə kredit alan arasında xx.xx.2013-cü il tarixli, 21L000002020 saylı uzunmüddətli kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixdə bağlanmış 021R********** saylı Kredit Razılaşması əsasında verilmiş kreditin qalıq məbləğinə aylıq 1.8333 faiz dərəcəsi ilə faizlər hesablanır. Ödəniş planı üzrə ödənişlərin sayının 2 mislindən artıq olmadıqda bank bu ödəniş planında qeyd olunmuş 45.06 ABŞ dolları məbləğdə ödənilməmiş cəriməni güzəşt etməyi öz öhdəsinə götürür. - İddiaçı QSC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 021S**********01 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2013-cü il tarixli 21L000002020 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21S000004722 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2013-cü il tarixli 21L000002020 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2013-cü il tarixli 21S000004722 nömrəli Zaminlik müqaviləsindən görünür ki, borclunun xx.xx.2013-cü il tarixli 21L000002020 saylı kredit xətti müqaviləsi və bu kredit xətti müqaviləsinin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borclunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Zamin Bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. - Maliyyə arayışından görünür ki, Cavabdeh4 021R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə əasa borcu 1657,98 manat təşkil edir. - Maliyyə arayışından görünür ki, Cavabdeh4 021R********** saylı xx.xx.2015-ci il tarixli kredit razılaşması üzrə əasa borcu 1623,41 ABŞ dolları təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçı ilə Cavabdeh4 arasında yaranmış mübahisəyə kredit müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İddiaçının digər cavabdehlərə qarşı olan tələbə münasibətdə isə zaminlik müqaviləsinin müddəları tətbiq olunmalıdır. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. İşin faktiki hallarına qiymət verərək və qeyd olunan maddi hüquq normalarına əsaslanaraq məhkəmə hesab edir ki, Cavabdeh4 iddiaçıdan aldığı krediti faizlərlə birlikdə vaxtında və lazımı qaydada qaytarmamış, zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 isə borclunun əvəzinə hər hansı ödəniş etməmiş və bununla da cavabdehlər kredit və zaminlik müqavilələrindən irəli gələn öhdəlikləri yerinə yetirməmişlər. Ona görə də, borc məbləği cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Cavabdeh2 kreditin uzadılmasına onun razılıq verməməsi barədə dəlilinə isə məhkəmə münasibət bildirərək qeyd edir ki, zaminlər İddiaçı QSC ilə Cavabdeh4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 21L000002020 nömrəli kredit xətti müqaviləsinə imza etmişlər və həmin müqaviləyə əsasən Cavabdeh4 120 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır ki, sonradan bağlanmış kredit müqavilələri ilə həmin müddət lilmiti keçirilməmişdir. Bu səbəbdən də Cavabdeh2 həmin dəlilini məhkəmə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslı olduğundan, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bundan başqa məhkəmə hesab edir ki, tərəflər arasında hesablar ABŞ dolları ilə aparılmış olsa da, Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Konstitusiyanın həmin maddəsinin İİİ-cü hissəsinə görə, Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Buna görə də, cavabdehlərdən tutulmalı olan pul vəsaiti ödəniş gününə olan manat məzənnəsinə uyğun ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh4, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 021R********** saylı kredit razılaşması üzrə 1657 (min altı yüz əlli yeddi) manat, 98 (doxsan səkkiz) qəpik məbləğində kredit borcu, 021R********** saylı kredit razılaşması üzrə 1623 (min altı yüz iyirmi üç) ABŞ dolları, 41 (qırx bir) sent məbləğində kredit borcunun (ödəniş gününə olan manat məzənnəsi ilə) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq İddiaçı QSC-inin hesabına köçürülsün. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3552/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3552/2020
19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver