Məhkəmə qərarları › İş №2(008)-3565/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3565/2022

19.07.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3565/2022 19.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi böyük icra məmuru X2 iştirakı ilə, İddiaçı Bakı Şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı Şəhər Probasiya İdarəsi Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh elektron nəzarət qurğusunun dəyəri, yəni 2277 (iki min iki yüz yetmiş yeddi) manat, 40 (qırx) qəpik məbləğində pulun ondan alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 1(005)-11/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4, 29, 178.2.2-ci maddələrii ilə təqsrli bilinərək 02 (iki) il müddətinə AZadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və onun icrasına dair hakimin xx.xx.2020-ci il tarixli göstərişi xx.xx.2021ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə mövcud qanunvericiliyə əsasən məhkumun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış və məhkumun ünvanına 3 gün müddətində idarəyə gələrək qeydiyyatdan keçməsi barədə bildiriş göndərilmişdir. Bundan sonra xx.xx.2021-ci il tarixdə məhkumun özünün iştirakı ilə məhkəmə hökmünün (qərarının) tələbləri, cəzanın icrası qaydaları, həmin qaydaların pozulmasının hüquqi nəticələri, o cümlədən üzərində elektron nəzarət vasitəsi daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihAZın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Elə həmin müvafiq protokolla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd enerji toplayıcı məhkuma hAZırkı iş üzrə Cavabdeh quraşdırılaraq təhvil verilmişdir. Nəzarət avadanlılarının istifadə qaydaları cavabdehə təkrar-təkrar izah edilmiş və bu avadanlıqlara görə üzərində gəzdirdiyi və istifadə etdiyi müddətdə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 4(008)-58/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə məhkum Cavabdeh barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi üçün Sabunçu Rayon Polis İdarəsinin Müvvəqəti Saxlama Yerindən məhkum Cavabdeh xx.xx.2022-ci il tarixdə 01 ədəd 078CE50731 saylı elektron qolbaq təhvil alınmış, lakin 01 ədəd 35630423 nömrəli “Attenti” markalı mobil qurğunun təhvil alınması mümkün olmamışdır. Məhkum Cavabdeh anasına məxsus ***-***-**-** nömrəli ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış mobil qurğunu təhvil verilməsi bildirilmiş, lakin məhkumun anası mobil qurğunun yaşayış sahəsində olmadığını bildirmişdir. Bu barədə xx.xx.2022 tarixdə müvafiq sənədləşmə aparılmışdır. AZərbaycan Respublikası Ədliyyə NAZirliyinin Maliyyə Təminat idarəsinə mobil qurğunun qiymətinin müəyyən edilməsi və dəymiş ziyanın hesablanması üçün sorğu edilmiş və həmin vasitənin dəyəri 2277 manat 40 qəpik hesablanmışdır. Bundan sonra məhkum Cavabdeh dəymiş ziyanın ödənilməsi ilə bağlı bildiriş verilmiş və dəymiş ziyan ondan tələb olunmuş, lakin məhkum hal- hAZırda maddi vəziyətinin yaxşı olmadığı üçün ödəyə bilməyəcəyini bildirmişdir. Belə olan halda hesab edirik ki, cavabdehin günahından, yəni lAZımınca məsuliyyətli olmadığından elektron nəzarət qurğusu zədələnərək yararsız vəziyyətə düşmüş və onlara maddi ziyan dəymişdir. NAZirliyin verdiyi maliyyə arayışına görə həmin avadanlığın dəyəri 2277 manat 40 qəpik təşkil edir. Ona görə də məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Bakı Şəhər Probasiya İdarəsinin nümayəndəsi X3 iddia tələbi üzrə iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lAZımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə AZərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 1(005)- 11/2020 nömrəli, xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Cavabdeh AZərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.4 və 29, 178.2.21-ci maddələri ilə təqsirli bilinərək, 01 il 06 ay müddətinə AZadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli Sabunçu rayon İcra və Probasiya Şöbəsinə yönəlmiş göstərişin surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(005)-11/2020 saylı hökmünün icraya yönəldilməsinə göstəriş verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli AZadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsin gəlib qeydiyyatdan keçməsi barədə bildirişin surətindən görünür ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə qeydiyyatdan keçmişdir. İş materiallarında olan 26 iyul 2021-ci il tarixdə tərtib olunmuş protokoldan görünür ki, Cavabdeh Attenti markalı 1 mobil qurğu, 1 elektron qolbaq və adabtır təhvil verimişdir və o cümlədən cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsindən istifadə qaydaları izah edilərək ona yaddaş kitabçası verilmiş, habelə həmin vaistənin zədələdikdə və digər üsulla zərərsiz hala saldığı təqdir də dəyərinin ondan tutulacağı izah edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, Cavabdeh müvəqqəti saxlama yerində 1 ədəd 078CE50731 saylı, elektron qolbaq təhvil götürüldü, lakin 1 ədəd 35630423 saylı Attenti markalı mobl qurğu müvəqqəti saxlama yerində olmadığından təhvil alınması mümkün olmamışdır. İş materiallarında olan Eurodesgin şirkətinin xx.xx.2021-ci il tarixli ED-M № 96-21 saylı məktubunun surətindən görünür ki, 1 ədəd sadə elektron qolbağının dəyəri 2277.40 manatdır.. xx.xx.2021-ci il tarixli Cavabdeh AZərbaycan Respublikası Ədliyyə NAZirliyi Bakı şəhər Probasiya İdarəsninin göndərmiş olduğu bildirişinin sürətindən görünür ki, Cavabdeh mobil nəzərərt qurğusunun dəyəri olan 2277.40 manat tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə məlumatlandırılmışdır. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha AZ miqdarda ödənilməsi nəzərdə tutulmasın. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, . Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olur ki, Talıbov X1 Rayon Məhkəməsinin hökmü ilə AZadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, hökm qanuni qüvvəyə mindikdən sonra cəzanın icra edilməsi üçün Bakı Probasiya İdarəsinə icraya yönəldilmiş, hökümün icrasını həyata keçirilməsi üçün, məhkəm Cavabdeh elektron nəzərət vaistəsi olan qolbağ, mobil qurğu və adabtır alətlərinin təhvil verilmiş və onun saxlanması və geri qaytarılması üçün maddi məsuliyyət daşıması barədə məlumatlandırımışdır. Sonrada Cavabdeh icra məmuru ona vermiş olduğu elektron nəzrət vaistəsinin geri qaytarmasını tələb etdikdə, Cavabdeh elektron qolbağını, adabtır alətini geri qaytarmış olsada mobil qurğunu geriyə qaytara bilməmişdir. Mülki işin matriallarına əlavə edilmiş sənədlərdən görünür ki, elektron nəzərət vaistəsinin dəyəri 2277.40 manat olduğundan həmin məbləğ İ.Talovdan tələb edilmiş, lakin o həmin məbləği ödəməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh elektron nəzarət vaistəsinin tamlığını qorumağa və onu geri qaytarmağa məsuliyyət daşıdığından iddia tələbi təmin edilməli, Cavabdeh 2277.40 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. AZərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirAZlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və AZərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınıb Bakı Şəhər Probasiya İdarəsinin xeyrinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar