Məhkəmə qərarları › İş №2(008)-3576/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3576/2022

03.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3576/2022 03.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızıın sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə İddiaçı MMC nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı (sonradan - MMC) Cavabdeh qarşı iddia ərizəsi və tələbin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən 53527,60 manat və ödənilmiş 260,89 manat dövlət rüsumu alınaraq “Zəhmət Ruzi “ MMC-nin xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, iddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2017-ci il tarixdə Əmək Müqaviləsi bağlanılmış və cavabdeh Cəmiyyətdə ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Cavabdehin vəzifəsi Cəmiyyətdən ət və ət məhsulları qəbul etməklə məhsulları Bakı şəhəri ərazisində yerləşən bir çox marketlərə satmaq, satışdan əldə edilmiş vəsaiti Cəmiyyətin hesabına köçürmək olmuşdur. Cavabdeh Cəmiyyətdə xx.xx.2020-ci il tarixə kimi işləmiş, həmin tarixdə isə onunla bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bıı Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xitam verilmişdir. Cavabdeh ilə iddiaçı arasında bağlanmış Əmək Müqaviləsinə xitam verildikdən sonra cavabdehin fəaliyyəti və qalıq borcun müəyyən edilməsi məqsədi ilə yoxlama aparılmış, xx.xx.2020-ci il tarixdə “Qarşılıqlı üzləşmə Aktı” tərtib edilmişdir, həmin vaxtı borclunun 61.724 manat borcun olması müəyyən edilmişdir. Cavabdeh həmin qarşılıqlı üzləşmə aktı imzalamışdır. Daha sonra cavabdeh tərəfindən ödənişlər edildikdən sonra 56.963,08 manat məbləğində yekun borc qalıq qalmışdır. Bu barədə cavabdehə məlumat verilmiş, dələlərlə zəng edilmiş, ona yazılı pretenziya göndərilmiş, lakin cavabdeh Cəmiyyətə olan borcunun ödənilməsini təmin etməmişdir. Cavabdehə mübahisənin mediasiya qaydasında həll edilməsi üçün mediasiyanın keçirilməsi təklif edilmiş, lakin keçirilən mediasiya prosesində cavabdeh iştirak etmədiyinə görə mübahisənin ilkin mediasiyada həll edilməsi mümkiin olmamışdır. Tələbin azaldılması barədə ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı MMC Cavabdeh 56963,08 manat məbləğində pul tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh borcunda azalmalar müşahidə edilmişdir, belə ki, cavabdeh işdən çıxdıqdan sonra onun adına olan sistem koduna ödənişlər daxil olduqdan, silinmələr və zərərlər çıxıldıqdan sonra yekun borcu barədə hesablaşma cədvəli çıxarılmış və məlum olmuşdur ki, cavabdehin yekun borcu 53527,60 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin və tələbin azaldılması barədə ərizənin məzmununan uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianın qəbul etməyərək, qeyd etdi ki, onun iddiaçıya heç bir borcu yoxdur. O, şirkətdən məhsulları alıb marketlərə təhvil verirdi. Böyük market şəbəkələri məhsul satıldıqca pulları nağdsız qaydada şirkətin hesabına ödəyirdilər, pərakəndə sattışla məşğul olanlar isə dərhal nağd qaydada ödənişlərini edirdilər. Nə məhsul şirkət tərəfindən ona rəsmi qaydada təhvil verilməmişdir, nə marketlər tərəfindən qəbul edilən və geri qaytarılan məhsullar rəsmiləşdirilməmişdir. Geri qayıdan məhsulları o, şirkətə təhvil verirdi və həmin məhsullar şirkətin anbarına yerləşdirilirdi. Həmin məhsulların rəsmi hesabatı aparılmırdı. O, şirkətə borcu barədə üzləşmə aktı imzalamayıb. İmzaladığı aktlar (daha da böyük məbləğlərlə də olub) marketlər tərəfindən ödənişləri həmin ana edilməyən məbləğlərə dair olub. Ümumiyyətlə iddia müddəti ötürülüb. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). MMC xx.xx.2002-ci il tarixdə ********** nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli Əmək Müqaviləsinə əsasə cavabdeh ekspeditor vəzifəsinə işə qəbul edilmiş, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir (əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş). MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli ticarət nümayəndəsinin vəzifə öhdəliyi barədə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh üzərinə digər vəzəfəlrələ yanaşı aşağıdakı vəzifə öhdəlikləri qoyulmuşdur: MMC-nin məhsullarının ərazilərdə satışını təşkil etmək, birbaşa tabe olduğu müdirə hər günün sonunda gördüyü işlər barədə (Şirkət tərəfindən qəbul olunmuş hesabat forması blanklarında) məlumat və hesabat vermək. Lakin, iddiaçı MMC tərəfindən belə hesabat forması blanklar məhkəməyə təqdim edilməmişdir. MMC tərəfindən hər ekspeditora ödəniş üçün kod verilir. Hazırki iş üzrə cavabdehə 8339 №-li kod açılmış və onun tərəfindən realizə edilən məhsulların ödənişi marketlər və digər alığılar tərəfindən həmin koda edilirdi. MMC tərəfindən xx.xx.2020-ci il tarixli üzləşmə aktı məhkəmə təqdim edilmişdir. Həmin üzləşmə aktında 61724 manat MMC üçün «debet», cavabdeh üçün «kredit» kimi göstərilmişdir. xx.xx.2022-ci il tarixdə 8339 nömrəli koda 3435,48 manat ödəniş edilmişdir (iddia tələbi bu əsasdan əzəldılmışdır). Hazırda iddiaçı MMC cavabdehdən 53527,60 manat pulun tutulmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd edilməli olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı MMC cavabdeh tərəfindən ona maddi ziyanın vurulmasını sübut edə bilməmişdir. Belə ki, iddiaçı tərəfindən ziyanı təsdiq edən sübut kimi yalnız xx.xx.2020-ci il tarixli üzləşmə aktı təqdim edilmişdir. Lakin həmin üzləşmə aktında göstərilən məbləğ məhz cavabdeh tərəfindən borcu təsdiqləyən akt kimi qəbul edilə bilməz. Qeyd edildiyi kimi, borc məbləği «debet» və « kredit» kimi qeyd edilmişdir. Cavabdehin izahatına əsasən həmin məbləğ alıcılar tərəfindən geri qaytarılan məhsulun dəyəridir. Yuxarıda qeyd edildiyi kimi, vəzifə təlimatına əsasən Şirkət tərəfindən qəbul olunmuş hesabat forması blanklarında hər gün hesabtalra təqdim edilməli idi. lakin, belə hesabat forması blankları MMC tərəfindən məhkəməyə təqdim edilməmişdir. xx.xx.2022-ci il tarixdə, yəni cavabdeh artıq işləmədiyi tarixdə, iddia tələbinin azaldılmasına səbəb olan cavabdehin adına olan 8339 nömrəli koda edilmiş 3435,48 manat ödəniş bir daha həmin borcun cavabdehə aid olmamasına dəlalət edir. Bundan başqa, Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Yuxarıda qeyd edildiyi kimi, üzləşmə aktı xx.xx.2020-ci il tarixdə tərtib edilmiş, iddiaçı isə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, yəni 2 il sonra. Bu əsasdan məhkəmə hesab edir ki, iddiaçı belə bir tələblə 1 ildən sonra müraciət edə bilməzdi və bu əsasdan iddia rədd edilməlidir. Cavabdeh iddia müddətinin tədbiqi barədə məhkəməyə ərizə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Ödənilmiş 260,89 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar