Məhkəmə qərarları › İş №2(008)-3578/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3578/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3578/2022 26.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlunun və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızının saxlanılması üçün hər bir uşağa aylıq 193 manat məbləğində sabit pul məbləğində alimentin, mediasiya sessiyasının keçirilməsi üçün 50 azn məbləğində ödənilən dövlət rüsumun cavadeh Cavabdeh tutulması barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-4303/2020 saylı qətnaməsinə əsasən, onun ilə cavabdeh arasında bağlanmış nigah pozulmuş, birgə nigahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il tarixli Salam-zadə Nəzakət Hacı qızı onun himayəmdə saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılması üçün 340 AZN ( hər bir uşağ üçün 170 AZN ) alimentin tutulması qət edilmişdir. xx.xx.2021-ci il tarixdə AR Prezidenti tərəfindən imzalanmış, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini alan Azərbaycan Respublikasında yaşayış minimumu haqqında AR Qanununa əsasən hər bir uşağın saxlanılması üçün 193 AZN məbləği müəyyən edilmişdir. 2020-ci ildən bu yana bir sıra amilləri nəzərə alaraq, ümumi bazar qiymətlərində artım olmuşdur. Ərzaq malları, geyim malları və digər minimal tələbatı ödəyən malların qiymətində artım olmuşdur. Bütün bu amilləri nəzərə alaraq dövlət hər il yaşayış minimumunun meyarlarını tənzimləyən və təsdiq edən qanun qəbul edir. Odur ki, 2020-ci il üçün müəyyən edilən aliment məbləğinin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş elədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan, 5 saylı Bakı Asan Xidmət X6 tərəfindən verilmiş, AZ-İİİ saylı 997775 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Salam-zadə Nəzakət Hacı qızı xx.xx.2017-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. İş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ- İİİ saylı 778427 nömrəli doğum haqqında şəhadətnamənin n surətindən görünür ki, Salam-zadə Namiq Hacı oğlu xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X1r. - İş materiallarında olan AZ-İ seriyalı 368949 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasındakı nikah xx.xx.2020-ci il tarixdə pozulmuşdur. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2020 saylı, 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İlkin və qarşılıqlı iddia tələbləri təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında 4 saylı Bakı Asan Xidmət X3 xx.xx.2017-ci ildə bağlanmış və 1274 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin nikahları pozulduqdan sonra onların birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızı anası İddiaçı himayəsində saxlanılması, xx.xx.2016-cı il təvəllüdlü Salam-zadə Namiq Hacı oğlu və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızının yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq (müvəqqəti aliment tutlması barədə qərardad nəzərə alınmaqla) Cavabdeh hər ay hər bir uşaq üçün 170 manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi, iddianın aliment tələbinə dair hissəsi dərhal icra edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-4303/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay hər uşaq üçün 170 manat, ümumilikdə 340 manat sabit pul məbləğində alimentin tutularaq X2 verilməsi qət edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə iddia tələbinin 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən məhkəməyə müaricət edilməsi üçün iddiaçı tərəfindən çəkilmiş xərcdə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-4303/2020 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2016-cı il tarixdə doğulmuş Salam-zadə Namiq Hacı oğlunun və xx.xx.2017-ci il təvəllüdlü Salam-zadə Nəzakət Hacı qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat olmaqla, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Ödənilmiş 50 (əlli) manat məbləğində mediyasiya xərci Cavabdeh İddiaçı xeyirinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar