Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3585/2024 08.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Səlimzadə Şərif Hümbət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Cavabdeh 1440 (min dörd yüz qırx) manat pulun və məhkəmədə iddia qaldırmaq üçün dövlət nəfinə keçirdiyi 34.40 (otuz dörd manat, qırx qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla ümumilikdə cəmi 1474,40 (min dörd yüz yetmiş dörd manat, qırx qəpik) İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, cavabdehə maşın verdiklərini, maşın anasının adına olsa da, cavabdehə maşını özünün verdiyini, 2-3 gün sonra cavabdeh ona zəng edərək maşını vurduğunu və Kürdəxanıya atdığını bildirdi. Gəlib görəndə maşın yararsız halda olduğunu, daha sonra o 15-ci Polis bölməsinə yaxınlaşdığını, gəlib baxdıqlarını, daha sonra maşını evakuator vasitəsilə götürdüklərini, həmin vaxtdan cavabdeh telefona cavab vermədiyini, cavabdeh ona yalandan gələcəyini bildirsə də gəlmədiyini bildirdi. Cavabdeh kiminsə maşınını vurub qaçdığını, maşına cərimə qoyulduğunu və maşını həbsdən özünün çıxartığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini, hadisə olan zaman iddiaçıya zəng etdiyini, onu təhqir etdiyinə görə avtomobilə ora qoyub getdiyini, onu polis idarəsindən çağıran zaman getdiyini, maşına dəyən zərər 500 manat dəyərində olduğunu, buna dair səs yazılarının olduğunu, iddiaçı onunla bu barədə razılaşdığını, daha sonra ondan yüksək pul alacağını bildirdi. İddiaçının 1440 manat ziyan dəyməsi barədə təqdim etdiyi sənəd əsassızdır. 2 qapı və 1 kurloya görə 1440 manat tələb etməsi əsassızdır. Maşını depozit qoyub götürdüyünü, hadisə törətdiyi şəxs ilə yerindəcə razılaşdığını, avtomobili vurub qaçmadığını bildirdi. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə, iddiaçının ərizəsini nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməli və iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsi əsasında geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3585/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3585/2024
08.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver