Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3604/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi, Məhkəmə iclas katibi X3, İlkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia tələbi üzrə cavabdeh İddiaçısalat Birliyinin nümayəndəsi və vəkili X1, İlkin iddia tələbi üzrə cavabdeh, qarşılıqlı iddia tələbi üzrə iddiaçının nümayəndəsi və vəkili Vəkil Azamməd qızının iştirakları ilə İddiaçısalat Birliyinin Cavabdeh qarşı təbii qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş ziyanın ödənilməsi tələbinə dair ilkin iddia ərizəsi, Cavabdeh İddiaçısalat Birliyinə qarşı aktların ləğv edilməsi, cərimə borcunun silinməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçısalat Birliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2013,36 manat məbləğində dəymiş ziyan, pozulmuş hüquqların bərpası ilə bağlı çəkdiyi 300 manat xərc və 30 manat dövlət rüsumunun, cəmi 2343,36 manat məbləğində borcun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçısalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçısalat Birliyi xx.xx.2018-ci il tarixli, 2/29385 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqı barədə Müqavilə” əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nin Bakı Regional qazın satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G-4 markalı, 1702AZ**********86 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin cavabdeh istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. xx.xx.2018-ci il tarixli akt üzrə itirilmiş qazın miqdarı 10013 m3, dəyəri 2002,60 manat. Cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçısalat Birliyinə cəmi 2013,36 manat ziyan vurmuşdur. Cavabdehə Birliyin nümayəndələri tərəfindən yaranmış borc məbləğinin könüllü ödənilməsi təklif edilmiş, əks təqdirdə müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və dəymiş zərərdən əlavə məhkəməm xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Cavabdeh tərəfdən dəymiş ziyanla bağlı heç bir ödəniş həyata keçirilmədiyi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Eyni zamanda, Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçısalat Birliyin tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, xx.xx.2018-ci il tarixli hesabat aktı üzrə əsassız olaraq hesablanmış 2002,60 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçısalat Birliyin tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi, xx.xx.2018-ci il tarixli hesabat aktı üzrə əsassız olaraq hesablanmış 2002,60 manat məbləğində borcun silinməsi və vəkil xidmətinin göstərilməsi məqsədi ilə 7 saylı vəkil bürosunun hesabına ödədiyi 110 manat məbləğində pul vəsaitinin İddiaçısalat Birliyindən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı-satqı müqaviləsi əsasında istifadəsində olan fərdi yaşayış evində təbii qazdan istifadə edir. İstifadəsində olan fərdi yaşayış evinə “Azəriqaz” İB tərəfindən **********00000 nömrəli abonent kodu verilmiş və fərdi yaşayış evini də təbii qazla təchiz edən qaz xəttinin üzərində Smart G4 markalı İtron tipli 1202AQ**********9 nömrəli qaz sayğacı quraşdırılmışdır. xx.xx.2018-ci il tarixdə “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamentinin işçi qrupu münhəndisləri fərdi yaşayış evindən bir neçə metr uzaqlıqda olan Smart G4 markalı İtron tipli 1202AQ**********9 nömrəli qaz sayğacına baxış keçirmişlər və sayğacın çıxış plastmas borusunun deşik olduğunu deyərək həmin qaz sayğacının növbədənkənar dövlət yoxlamasına göndərilməsinin zəruriliyini bildirmişlər. O, buna etiraz etməmişdir. Daha sonra isə ad və soyadının yazılmış olduğu ******* nömrəli aktda da imza etmişdir. “Azəriqaz” İB tərəfindən məhkəməyə müraciət edildikdən sonra ona məlum olmuşdur ki, fərdi yaşayış evindən bir neçə metr aralı həyətdə istifadə etdiyi qaz sayğacı xx.xx.2018-ci il tarixndə çıxarılıb növbədənkənar dövlət yoxlamasına göndərilməmiş, elə 1 həftə sonra, yəni xx.xx.2018-ci il tarixdə 10013 m3 qaz itkisinə görə 2002,60 manat məbləğində cərimə edilmişdir. Qaz sayğacında aşkar olunmuş xətalarda, eləcə də qaz sayğacının çıxış plastmas borusunun deşilməsində onun qətiyyən təqsiri olmamışdır. Belə ki, fərdi yaşayış evindən bir neçə metr aralıda yerləşir, belə bir vəziyyətdə də qaz sayğacına həyətdən keçən istənilən şəxs, hətta SOCAR işçisinin müdaxilə etməsi də mümkündür. Hesab edir ki, hesabat aktında göstərilən 10013 m3 qaz itkisinə görə 2002,60 manat məbləğində cərimə olunmağının heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçısalat Birliyinin nümayəndəsi və vəkili X4 ilk iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil Azamməd qızı qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia rədd edilməli, qarşılıqlı iddia isə qismən təmin olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “Azəriqaz” İB arasında xx.xx.2018-ci il tarixli, 2/29385 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmış, “Azəriqaz” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 №-li abonent kodu verilmiş və Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, 83 ünvanında yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən Cavabdeh məxsus ünvanda quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacın çıxış plastmas borusunun deşildiyi aşkar olunmuş, sayğac metroloq tərəfindən çıxarılmış, növbədənkənar dövlət yoxlanılmasına göndərilmişdir. xx.xx.2019-cu il tarixli hesabat akt üzrə itirilmiş qazın miqdarı 10013 m3 hesablanmışdır. "Azəriqaz" İB-nin qənaətinə görə ona 10013 m3 həcmində ziyan dəymiş və iddiaçıdan 2013,36 manatın ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməli olduğu qənatinə gəlmişdir. Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxx 2011-ci il tarixli № 80 nömrəli qərarının 3.1. maddəsinə əsasən, qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı aşağıdakı vəzifələri yerinə yetirməlidir: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı tərəf özü daşıdığından, habelə zədələnmiş qaz sayğaclarının təmir olunması, həmin dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı tərəfindən həyata keçirilməli olduğundan, bununla da qaz sayğaclarının yararsız hala düşməsində cavabdehin təqsiri müəyyən edilmədiyindən İddiaçısalat Birliyinin Cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2013,36 manat dəymiş ziyanın ödənilməsi barədə iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilərək xx.xx.2018-ci il tarixli hesabat aktı üzrə əsassız olaraq hesablanmış 2002,60 manat məbləğində borc silinməlidir. Qarşılıqlı iddia aktın ləğv edilməsi hissəsində rədd edilməlidir. Belə ki, aktda əks olunanlar həqiqəti əks etdirir və qraşılıqlı iddiaçı tərəfindən mübahisələndirilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Təqdim edilən sənədlərdən 631 №-li müqavilə (vəkilin orderi 631 №-li müqaviləyə əsasən verilmişdir) üzrə 110 manatın ödənildiyi görünür. Odur ki, vəkil xidmətinin göstərilməsi məqsədi ilə 7 saylı vəkil bürosunun hesabına ödədiyi 110 manat məbləğində pul vəsaiti İddiaçısalat Birliyindən tutularaq Cavabdeh verilməlidir. Məhkəmə qarşılıqlı iddia üzrə cavabdeh “Azəriqaz” İB-dən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, qarşılıqlı iddianın qiyməti 500 manatdan artıq olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbayjan Respublikasının Mülki Prosessual Məjəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli hesabat aktı üzrə əsassız olaraq hesablanmış 2002,60 manat məbləğində borc silinsin. Qarşılıqlı iddia İddiaçısalat Birliyin tərəfindən tərtib olunmuş xx.xx.2018-ci il tarixli ******* nömrəli aktın ləğv edilməsi hissəsində rədd edilsin. Vəkil xidmətinin göstərilməsi məqsədi ilə 7 saylı vəkil bürosunun hesabına ödədiyi 110 manat məbləğində pul vəsaiti İddiaçısalat Birliyindən tutularaq Cavabdeh verilsin. İddiaçısalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3604/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3604/2020
19.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver