Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3609/2020 06.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2341,72 manat məbləğində pulun, hüquqların bərpası ilə bağlı çəkilmiş 300 manat xərcin və 30 manat dövlət rüsumunun tutularaq “İddiaçı” İB-nin hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İstehsalat Birliyi xx.xx.2019-cu il tarixli, AKX-01806xx/xx-2019 saylı "Qazpaylayıcısı ilə sənayə qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə müqaviləsi əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional qazın satış Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, **********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh Müqavilənin 2.3.2. yarımbəndinin (bu Müqavilənin və “Qazdan istifadə qaydalarfnm 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan əvvəl özbaşına olaraq qaz xəttinə qoşulmaqla təbii qazdan istifadə etmişdir. “İddiaçı” İB-in işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xəttlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəkilişlər aparılmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilmişdir. Sadalanan aktlardan və iddia ərizəsinə əlavə edilmiş abonentin saldosundan göründüyü kimi cavabdeh dəfələrlə sayğacdan kənar qaz istifadə etməklə İddiaçınə cəmi 2341,72 manat ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili X3 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, iş materiallarında olan «İddiaçı» İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli “qaz paylayıcısı ilə sənayə qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. Abonent saldosundan görünür ki, Cavabdeh yaşadığı evində qaz sərfinə görə 2019cu ilin axrına 2055,60 manat məbləğində borcu yaranmışdır. İddiaçı xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Maştağa qəsəbəsi, N.Nərmanov küçəsi ev 26 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün; dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x6x90=648 m3, 1.4x18x90=2268 m3 olmaqla cəmi 2916 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2017-ci il tarixli ******* saylı akt olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktından görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh oğluna məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. İddiaçı xx.xx.2017-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Maştağa qəsəbəsi, N.Nərmanov küçəsi ev 26 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən dəmir sobanın maksimal saatlıq qaz sərfi 1,4 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,4x18x30=756 m3 olmaqla cəmi 756 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2017-ci il tarixli ******* saylı akt olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktından görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh oğluna məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Maştağa qəsəbəsi, N.Nərmanov küçəsi ev 26 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 94 gün; qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 86 gün, kərpic piltənin maksimal saatlıq qaz sərfi 1 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 86 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x4x94=451 m3, 1.2x6x86=619 m3 1x18x86=1548 m3 olmaqla cəmi 2618 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktından görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh oğluna məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Maştağa qəsəbəsi, N.Nərmanov küçəsi ev 26 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 15 gün; QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 15, dəmir peçin maksimal saatlıq qaz sərfinin 1,4 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 15 gün gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x6x15=108 m3, 1.5x10x15=225 m3 1.4x18x15=378 m3 olmaqla cəmi 711 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktından görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh oğluna məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Maştağa qəsəbəsi, N.Nərmanov küçəsi ev 26 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 60 gün; kərpic sobanın maksimal saatlıq qaz sərfi 1 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 60 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x6x60=432 m3, 1x18x60=1080 m3 olmaqla cəmi 1512 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktından görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh oğluna məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. İddiaçı xx.xx.2018-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən müəyyən olunur ki, Maştağa qəsəbəsi, N.Nərmanov küçəsi ev 26 ünvanında istehlakçı Cavabdeh məxsus evə baxış keçirilərkən abonentin sayğacdankənar təbii qazdan istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, qaz işlədicilərindən PQ 4-ün maksimal saatlıq qaz sərfinin 1,2 m3/saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 11 gün; qış ayları üçün orta günlük iş rejimi 6 saat və hesabat müddəti 20 gün, QSSQ-nin maksimal saatlıq qaz sərfi 1,5 m3 /saat, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 11 gün, qış ayları üçün orta günlük iş rejimi 10 saat və hesabat müddəti 20 gün, kərpic sobanın qaz sərfi 1,8 m3/saat, orta günlük iş rejimi 18 saat və hesabat müddəti 20 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin 1. 1,2x4x11=53 m3, 1.2x6x20=144 m3, 1.5x4x11-66=m3, 1.5x10x20=300 m3, 1.8x18x20=648 m3 olmaqla cəmi 1211 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas xx.xx.2018-ci il tarixli ******* saylı akt olmuşdur. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktından görünür ki, ünvan 2 ünvanında yerləşən istehlakçı Cavabdeh oğluna məxsus evə baxış keçirilərkən abonentin təbii qazdan qeyri-qanunu olaraq sayğacdan kənar xətdən istifadə etməsi aşkar edilmişdir. Təbii qazdan istifadə qaydalarının pozulması haqqında “İddiaçı” İB tərəfindən aktlar tərtib edilmiş, ******* saylı akt üzrə 694 manat, ******* saylı akt üzrə 151.20, ******* saylı akt üzrə 523.60 manat, ******* saylı akt üzrə 142.20 manat, ******* saylı akt üzrə 302.40, ******* saylı akt üzrə 242.20 manat borc hesablanmışdır. Məhkəmə hesab edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 1096.1-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “İddiaçı” İstehsalat Birliyi ilə cavabdeh X2 arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə N.Əliyeva üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktlara əsasən cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmişdir. Lakin, məhkəmə tərtib olunmuş aktlar üzrə hesablanmış məbləğlərlə razılaşmır və həmin məbləğlərin şişirdilmiş olduğu qənaətinə gəlir. Belə ki, tərəflər arasında bağlanan müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində qeyd olunur ki, bu müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 manat məbləğində müəyyən edilir, qazın qiyməti qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimləndiyindən, bu müqavilə bağlandıqdan sonra qiymət dəyşikliyi tərəflər arasında mübahisələndirilə bilməz və hər iki tərəf üçün məcburidir. Buna görə də, istifadə olunmuş qazın hər kubmetri 20 qəpikdən deyil, 10 qəpikdən hesablanmalı idi. Yəni , hesablanan borc ******* saylı akt üzrə 291.60 manat, ******* saylı akt üzrə 75.60 manat, ******* saylı akt üzrə 261.80 manat, ******* saylı akt üzrə 71.10 manat, ******* saylı akt üzrə 151.20 manat, ******* saylı akt üzrə 121.10 manat olmaqla, cəmi 972.40 manat olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yəni iddia tələbi qismən təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manatı yarısı 15 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, vəkil bürosuna hüquqi yardım üçün ödənilən 300 manatın 150 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “İddiaçı” İstehsalat Birliyinin xeyrinə 972 (doqquz yüz yetmiş iki) manat, 40 (qırx) qəpik dəymiş maddi zərər, 150 (yüz əlli) manat hüquqi yardım üçün xərclənmiş pul və ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun əvəzi tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3609/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3609/2020
06.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver