Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-366/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhər Probasiya İdarəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində vəsaitin alınıb dövlət nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, məhkum Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmişdir. Hökm və hökmün icrası barədə göstəriş xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. xx.xx.2022-ci il tarixdə idarənin böyük icra məmuru R.İbrahimov tərəfindən məhkumun iştirakı ilə müvafiq protokol tərtib edilmiş və ona cəza çəkdiyi müddət ərzində elektron nəzarət vasitəsinin istifadə qaydaları izah olunmuşdur. Həmin gün müvafiq aktla bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbaq, bir ədəd mobil nəzarət qurğusunun enerji adaptoru məhkum Cavabdeh təhvil verilmişdir. Nəzarət vasitələrindən istifadə qaydaları cavabdehə izah edilmiş, hər hansı bir müdaxilənin və cihazın üzərindən çıxarılmasının yolverilməzliyi və vurulmuş ziyana görə maddi məsuliyyət daşıması barədə xəbərdarlıq edilmişdir. ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 ünvanında yaşayan məhkum Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən mobil nəzarət qurğusunun işlək vəziyyətdə olmadığı və yararsız hala salındığı müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Maliyyə və təminat idarəsinin verdiyi maliyyə arayışına əsasən elektron nəzarət vasitəsinin dəyəri 2277.40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat təşkil edir. Mübahisənin başqa həlli mövcud olmadığından hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Cavabdeh elektron nəzarət qurğusunun dəyəri olan 2277.40 manat məbləğində vəsaitin alınıb Ədliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin müvafiq hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Bakı şəhər Probasiya İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını tələb etdi. O, iddianı etiraf etmədi və izahatında bildirdi ki, elektron nəzarət vasitəsinin yararsız hala düşməsində onun heç bir təqsiri yoxdur, bu səbəbdən həmin qurğunun dəyərinin ondan tələb edilməsi əsassızdır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Cavabdeh ibtidai istintaq zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 gün tutulma müddəti 04 gün azadlığın məhdudlaşdırılması cəzasına barəbər tutulması və həmin müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Cavabdeh üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, cəzanın icrasının Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilməsi, Cavabdeh cəzasını yaşayış yeri üzrə çəkməsi, bu cəzanın icrası müddətinin onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, Cavabdeh barəsində narkomaniyadan məcburi müalicə təyin olunması və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, şəxsi axtarış və götürmə istintaq hərəkətinin videogörüntülərini özündə əks etdirən 01 ədəd DVD diskin cinayət işinin materiallarında saxlanılması, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Növbətçi Hissəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,353 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, Cavabdeh barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manatın Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, Cavabdeh göstərilmiş hüquqi xidmətə görə “Pro Bono” Vəkil Bürosunun vəkili X2 məhkəmədə iştirak etdiyi 6 (altı) saata görə 36 (otuz altı) manatın Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Pro Bono” Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. - Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli izahatın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən üzərinə qoyulmuş vəzifələri yerinə yetirəcəyini öhdəsinə götürmüş, elektron nəzarət vasitəsini zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda, dəyərinin ondan tutulması barədə icra məmuru tərəfindən xəbərdar olunduğunu qeyd etmişdir. - azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslə fərdi söhbət aparılmasına dair xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh ilə Bakı Şəhər Probasiya İdarəsinin qəbul otağında fərdi-profilaktik söhbət aparıldı və ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada cəzanın icrası qaydaları izah edildi. - azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxsə elektron nəzarət vasitələrinin tətbiq olunması və ona cəzanın icrası ilə bağlı hüquq və vəzifələrinin izah edilməsi barədə xx.xx.2022-ci il tarixli protokolun surətindən görünür ki, Cavabdeh 1 ədəd “Attenti” markalı 08184 seriya nömrəli elektron nəzarət qurğusu komplekti (1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd mobil qurğunun enerji adapteri, 1 ədəd enerji götürücü qurğu, 1 ədəd sadə elektron qolbaq) təhvil verilmiş və ona hökmün tələbləri, o cümlədən, üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. - Cavabdeh tərəfindən Bakı şəhər Probasiya İdarəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli izahatın surətindən görünür ki, Cavabdeh Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsinin qoyulması barədə icra məmuru tərəfindən xəbərdar edildiyini, cihazın birdən-birə sönüb işləmədiyini bildirmişdir. - azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin yenisi ilə əvəz edilməsinə dair xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)- 372/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinə texniki baxış keçirilərkən üzərinə təhkim olunan mobil qurğunun işlək vəziyyətdə olmadığı, enerji toplayıcı adapterə taxdıqdan sonra da ekranın açılmadığı müəyyən edilmişdir. Bu səbəbdən məhkumun üzərindəki elekton nəzarət vasitəsi komplekti ondan təhvil alınaraq yeni komplekt tətbiq olundu. - elektron nəzarət vasitəsinin vəziyyəti haqqında texniki rəyin surətindən görünür ki, Cavabdeh tətbiq edilmiş elektron nəzarət vasitəsinə keçirilmiş texniki baxış nəticəsində env-nin ana platasında korroziya müşahidə olunduğu, təmirinin mümkün olmadığı və istifadəyə tam yararsız olduğu müəyyən edilmişdir. - "xxxx" QSC-nin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, “Attenti” markalı elektron nəzarət vasitəsinə (komplektə) daxil olan - 1 ədəd sadə elektron qolbaq, 1 ədəd mobil nəzarət qurğusu, 1 ədəd elektrik adapteri, 1 ədəd proqram lisenziyası 1930 manat, 347.40 manat ƏDV daxil olmaqla, cəmi 2277.40 manat dəyərindədir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 5/1652-9/9749 №-li rəyindən görünür ki, iş materiallarında olan "xxxx" QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli akta əsasən itirilməsi və yararsız hala salınması nəticəsində vasitələrin dəyəri 2277.40 manat müəyyən olunur. Ekspertizanın təyini haqqında qərardadda ekspert qarşısında qoyulmuş “Cavabdeh tətbiq edilmiş elektron nəzarət qurğusuna hər hansı bir müdaxilə olunmuşdurmu və onun yararsız hala düşməsinə səbəb nədir?” və “İş materiallarında olan texniki rəydə qeyd olunan qurğuda texniki baxışın nəticələri insan müdaxiləsi nəticəsində yarana bilərmi” sualları müvafiq istehsalçı şirkətin məhsullarına texniki xidməti həyata keçirən qeyd edilən sahədə ixtisaslaşmış (o cümlədən, "xxxx" MMC-nin və sairə) mütəxəssis tərəfindən cavablandırılması mümkün ola bilər. İşin araşdırılmış hallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-372/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Cavabdeh cəzasının icrasına nəzarət qaydasında “Attenti” markalı, ümumi dəyəri 2277.40 manat olan elektron nəzarət komplekti təhkim edilmiş, ona üzərində elektron nəzarət vasitəsi daşımalı olduğu, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, habelə həmin vasitəni zədələdikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmişdir. Lakin elektron nəzarət komplektinə baxış keçirilərkən mobil nəzarət qurğusunun işlək vəziyyətdə olmadığı və yararsız hala salındığı müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.2. maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.8. maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Attenti” markalı elektron nəzarət komplektinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, Cavabdeh 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, həmçinin kompüter-texniki və iqtisad ekspertizası tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh “Attenti” markalı elektron nəzarət komplektinin dəyəri olan 2277,40 (iki min iki yüz yetmiş yeddi manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Dövlət Xəzinədarlıq Agentliyinin hesabına ödənilsin. Cavabdeh 42,77 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Kompüter-texniki və iqtisad ekspertizası tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul Cavabdeh və Bakı şəhər Probasiya İdarəsindən müştərək qaydada tutularaq, Az.MEM, VÖEN **********, AZ34CTRE************02088501, X1, KOD 21***5, VÖEN **********, müxbir hesab AZ41NABZ013601*********03944, SFİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-366/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-366/2024
25.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver