Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-370/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X4 qızının katibliyi, Cavabdeh və onun nümayəndəsi vəkil İsayeva Malikə Hüseyn qızının iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən 2024-cü ilin 11 iyul saat 08:45-də geriyə dönmə manevr qaydalarını pozaraq ona məxsus ** XA *** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 minik markalı, 2007-ci il buraxılışlı avtomobilinə dəymiş 5.240 (beş min iki yüz qırx) manat maddi ziyan və 72,40 (yetmiş iki manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 5.312,40 (beş min üç yüz on iki manat qırx qəpik) manat tutularaq, ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, 11 iyul 2024-cü il tarixində saat 08:45-də cavabdeh geriyə dönmə manevr qaydalarını pozaraq ona məxsus ** XA *** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 minik markalı, 2007-ci il buraxılışlı avtomobilinə maddi ziyan dəymişdir. Belə ki, cavabdeh anidən idarə etdiyi avtomobili iddiaçıya məxsus avtomobilin hərəkət istiqamətinə doğru sürmüş, nəticədə hadisədən yayınmaq məqsədilə həmin vaxt nəqliyyat vasitəsini idarə edən oğlu avtomobili sağa hərəkət etdirmiş və yolun kənarındaki səkiyə çıxmış maşının təkərləri və altı hissəsi əzilmişdir. Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 80 manat cərimə tətbiq edilmişdir. İddiaçı avtomobilə vurulmuş ziyanın əvəzinin ödənilməsini cavabdehdən tələb etsə də, müraciətin təmin edilməsindən imtina etmişdir. Ziyanla əlaqədar müstəqil ekspert rəyinə görə ona məxsus ** XA *** dövlət qeydiyyat nişanlı AUDİ Q7 minik markalı, 2007-ci il buraxılışlı avtomobilə 5.240 (beş min iki yüz qırx) manat məbləğdə ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehdən 2024-cü il 11 iyul saat 08:45də baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus ** XA *** dövlət qeydiyyat nişanlı, AUDİ Q7 minik markalı, 2007-ci il buraxılışlı avtomobilə 5.240 (beş min iki yüz qırx) manat maddi ziyan, vəkillə bağlanmış hüquqi yardımın göstərilməsi barədə müqavilə üzrə ödənilmiş 170 (bir yüz yetmiş) manat xidmət haqqının və 72,40 (yetmiş iki manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 5.312,40 (beş min üç yüz on iki manat qırx qəpik) manat tutularaq, iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil1 xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə xx.xx.2025-ci il tarixə təyin edilmiş məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini, işə iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etmədiyini, iddiaçının avtomobili yüksək sürətlə idarə etdiyini, yüksək sürət olduğundan nəqliyyat vasitəsinə maddi zyan dəydiyini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Nəqliyyat vasitəsindən istifadə edilməsinə dair etibarnamədən görünür ki, İddiaçı “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X2 7 il 10 ay 6 gün müddətinə idarə etmək səlahiyyəti vermişdir. İş materiallarında olan Bakı şəhər DYPİ-nin inspektoru X1 tərəfindən xx.xx.2024-cü il saat 08:45-də Xətai rayonu, Gəncə prospekti ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar “Chevrolet Malıbu” minik markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xx.xx.1992-ci il təvəllüdlü Cavabdeh barəsində Azərbaycan Respublikası İzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol və xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla inzibati xətanı törətməkdə təqsirli bilindiyinə görə 80 (səksən) manat miqdarında inzibati qaydada cərimə olunmuşdur. İş materiallarında olan Müstəqil Ekspert tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktından görünür ki, “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyat nişanlı avtomobilə 5240 manat məbləğində zərər dəyməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8372 nömrəli rəyində aşağıdakılar göstərilmişdir: “iş materiallarında olan «F/ş X3 VÖEN **********» tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli qüsur aktında 2007-ci il buraxılışlı “Audi Q7 markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələndiyi və təmir-bərpa xərcinin 4900,00 manat məbləğində olduğu müəyyən edilmişdir. Digər 1 adda ehtiyyat hissəsi (ön sol kulak) barədə məlumat olmadığından həmin ehtiyyat hissəsi üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1097.1-ci maddəsinə müvafiq olaraq, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə araşdırması zamanı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı qeyd olunmalıdır ki, iş materiallarında olan inzibati xəta haqqında protokoldan və inzibati tənbeh haqqında qərardan da göründüyü kimi Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi (dönmə manevr qaydalarını pozması) nəticəsində iddiaçıya məxsus “AUDİ Q7” minik markalı, ** XA *** dövlət qeydiyat nişanlı avtomobilə ziyan dəymişdir. Dəymiş ziyan məbləğinin müəyyən edilməsi ilə bağlı məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza xx.xx.2025-ci il tarixli, 9/8372 nömrəli rəyə əsasən 2007-ci il buraxılışlı “Audi Q7 markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcinin 4900,00 manat məbləğində olduğu, digər 1 adda ehtiyyat hissəsi olan (ön sol kulak) barədə məlumat olmadığından həmin ehtiyyat hissəsi üzrə qiymətləndirmə aparılmasının mümkün olmaması bildirirlmişdir. Məhkəmə hesab edir ki, dəymiş ziyan məbləğinin müəyyən edilməsi zamanı ekspert rəyində göstərilən 4900 manat və iş materiallarında olan xx.xx.2024-cü il tarixli qüsur aktında (ön sol kulak) barədə qeyd olunan 250 (iki yüz əlli) manat olması nəzərə alaraq belə qənaətə gəlir ki, iddia ərizəsi qismən təmin edilməli, 5150 (beş min yüz əlli) manat dəymiş zərər, 170 (bir yüz yetmiş) manat vəkilə göstərdiyi xidmətə görə ödənilmiş rüsum və 71,50 (yetmiş bir manat əlli qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. İddia tələbinin təmin olunmayan hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı məhkəməyə müraciət edərək, dəymiş ziyan olaraq 5240 manat cavabdehdən tutulmasını xahiş etsə də, məhkəmə araşdırması zamanı “Audi Q7 markalı, ** XA *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərclərinin 5150 manat olduğu müəyyən edilmişdir. Belə ki, iddiaçı dəymiş ziyanın 5240 manat olmasını təstiq edən mötəbər sübut məhkəməyə təqdim etmədiyindən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5150 (beş min yüz əlli) manat dəymiş zərər, vəkilə ödənilmiş 170 (bir yüz yetmiş) manat və 71,50 (yetmiş bir manat əlli qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Adı: Dövlət xəzinədarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK:CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-370/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-370/2025
08.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver