Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3735/2022 01.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 41560 manat məbləğində betonun pulunu və 215 manat dövlət rüsumun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Baksol yolunda yerləşən beton zavodunda baş mühəndis işləyir. X1 2013-cü il tarixdən tanıyır. Onunla aralarında ticarət əlaqələri olmuşdur. Cavabdeh iddiaçı üçün qum-çınqıl gətirmiş, o da ona beton vermişdir. Sonuncu dəfə o Cavabdeh 160000 manat dəyərində beton satmışdır. Həmin betonun dəyərinin 118440 manatını Mahir ona qumçınqıl verərək ödəmişdir. Lakin yerdə qalan 41560 manat pulu iddiaçıya ödəməmişdir. İddiaçı cavabdehə dəfələrlə müraciət edib, pulunu tələb etsə də lakin heç bir nəticə əldə edə bilməmişdir. X2 iddiaçıdan aldığı betonun pulunu - 41560 manatı ödəməkdən yayındığı üçün iddiaçı cavabdeh barəsində şikayət ərizəsi ilə Binəqədi RPİ-nə müraciət etmişdir. Şikayəti araşdıran Binəqədi Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi, polis mayoru Anar Ağayarov, Cavabdeh əməlində cinayət tərkibinin olmamasını əsas gətirərək, 18 iyul 2017-ci i! tarixdə, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul etdi. Həmin qərarda izahatı qeyd edimiş Cavabdeh iddiaçıya borclu olmasını etiraf etmişdir. Cavabdeh iddia aldığı betonun dəyəri olan 41560 manat pulu bu günə kimi qaytarmayıb. Qeyd olunanları nəzərə alaraq hesab edir ki, Cavabdeh ilə aralarında yaranan mübahisə məhkəmə qaydasında həll edilməli, 41560 manat pul Cavabdeh alınaraq ona qaytarılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə proses iştirakçısınını izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərardan görünür ki, Cavabdeh izahat verərək bildirmişdir ki, o Qənbərov İlqarı 2013cü il tarixdən tanımışdır. İlqar Bakı şəhəri Binəqədi rayonu, Basol yolunda yerləşən Beton zavodunun müdiri vəzifəsində işləmişdir. İlqarla barter yolu ilə alverləri olmuşdur. Belə ki, dəfələrlə İlqardan beton götürmüş 50 faizinin pulunu vermiş qalan 50 fizinin yerinə isə qum-çınqıl vermişdir. 2013-cü ildən 2014-cü ilədək o Qoden Rinq şadlıq sarayının tikintisi ilə əlaqədar oranın müdriyyəti ilə danışmış və şadlıq sarayının tikintisi üçün ora beton vermişdir. İlqarla danışığa əsasən ondan 160000manata yaxın beton götürmüş, həmin pulun 80000 manatını ona nəğd şəkildə vermişdir, qalan puluna isə ona qum-çınqıl verməli olmuşdur. İlqara 40000 manata yaxın qum-çınqıl vermiş, yerdə qalan hissəsini isə verə bilməmişdir. İlqara sonuncu dəfə 2016-cı ilin sonunda 7000 manat məbləğində qum-çınqıl vermişdir. Lakin sonradan Bakı-Quba yolu ilə hərəkət edən yük avtomobillərininintonajı azaldığı üçün və 22 tondandan yuxarı yük aparamaqa icazə verilmədiyindən müvəqqəti olaraq İlqara qum-çınqıl apara bilməmişdir. Bir neçə dəfə o İlqara qum-çınqıl vermiş, lakin sonradan İlqar ona qum yox, pulunu isdəmişdir. Hazırda İlqara 36800 manat məbləğində qum-çınqıl borcu qalmışdır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 567-ci maddəsinin tələbinə görə, Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Beləliklə məlum olur ki, tərəflər arasında bağlanmış şifahi müqaviləyə əsasən iddiaçı cavabdehə 160000 manat məbləğində beton vermiş, cavabdeh isə betonun dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürmüş olduğu öhdəliyi tam icra etməyərək almış olduğu betonun dəyərini tam ödəməmişdir. İddiaçı hazırda cavabdehin ona 41560 manat borcu olduğunu irəli sürsədə, cavabdehin xx.xx.2017-ci il tarixli cinayət işinin rədd edilməsi barədə qərarda vermiş olduğu izahatından onun İddiaçı 36800 manat borcu olmasını etrif etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən yalnız cavabdehin etirafı hissəsində təmin edilməlidir. Belə ki, iddiaçı cavabdehin ona 36800 manat deyildə 41560 manat məbləğində borcunun qalmasını irəli sürsədə borcun məbləğini təsdiq edəcək möhtəbər sübutlar təqdim etməmişdir. Bundan başqa məhkəmə iddia tələbinin 215 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 200 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı 15 manat hissəsi isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 36800 (otuz altı min səkkiz yüz) manat pul vəsaiti və 200 (iki yüz) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3735/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3735/2022
01.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver