Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3758/2020 11.11.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin sabiq ticarət nümayəndəsi Cavabdeh ümumilikdə 11 905,80 (5 474,90 manat vurulmuş zərər + 1 414,35 manat faiz + 5000 manat əldən çıxmış faydaya görə + 16,55 manat isə poçta teleqrama görə ödənilən) manat pul vəsaitnin və ödənilmiş 30.40 manat dövlət rüsumunun alınıb, İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırımışdır ki, Cavabdeh İddiaçı MMC-yə işə qəbul olunmaq üçün ərizə ilə müraciət etmişdir. Əmək və Mülki Məcəllələrin tələbinə uyğun olaraq onunla müvafiq qaydada öhdəlik götürməsi və tam maddi məsuliyyət daşıması barədə müqavilə bağlanmışdır. Lakin, Cavabdeh öhdəliyə əməl etmədiyinə görə onun fəaliyyəti ərizəsinə əsasən dayandırılaraq işdən azad edilmişdir. Cavabdeh müqavilə şərtlərinə əməl etməmiş, nəticədə hesabında qalan pul vəsaitini dəfələrlə tərəflərindən istənilsədə hər dəfə cəmiyyətə gəlib ərizə ilə müraciət edib vaxt istəyərək borcunu qısa müddət ərzində hissə-hissə ödəyəcəyini bildirmiş və sənədlərinin hüquq mühafizə orqanlarına verilməməsini xahiş etmişdir. Hətta bir neçə dəfə cavabdehin qeydiyyat ünvanına teleqram göndərərək borcun ödənilməsi tələb olunmuşdur. Lakin, cavabbdeh borcunu təhvil vermədiyindən İddiaçı MMC-yə 5474,905 manat məbləğində borcu qalmışdır. Cavabdeh 5474,90 manat zərəri vaxtında ödəməyərək gecikdirdiyi üçün illik 5% olmaqla, cəmi 1414,35 manat məbləğində faiz pulu və əldən çıxmış faydaya görə isə 5000 manat və ünvana göndərilən teleqramlar üçün poçt xidmətinə görə 16,55 manat hesablanaraq əsas vurduğu zərərin üzərinə əlavə edilərək ümumilikdə 11905,80 manat məbləğində zərər hesablanmışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, lakin cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2011-ci il tarixli ərizə ilə İddiaçı MMC-yə müraciət edərək onun ticarət nümayəndəsi vəzifəsinə təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə 1435 №-li əmək müqaviləsi (kontraktı) bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh 1 il müddətinə ticarət nümayəndəsi vəzifəsinə qəbul edilmişdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən Bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlanna, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. İş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2011-ci il tarixdə tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh ticarət obyektlərinə satılmış malların satışından toplanması ona həvalə edilmiş şirkətin maddi vəsaitinə (pul) cavabdeh olmaq, maddi vəsaitlərə ciddi yanaşmaq və maddi zərərin vurulmasının qarşısını almaq öhdəliyini öz üzərinə götürmüşdür. İş materiallarından görünür ki, Cavabdeh xx.xx.2015-ci il tarixdə İddiaçı MMC-yə ərizə ilə müraciət edərək tutduğu vəzifdən azad edilməsini xahiş etmişdir. Eyni zamanda, cavabdeh xx.xx.2019-cu il tarixdə şirkətə 7674,90 manatı borcunun olmasını etiraf etmişdir. Hazırda iddiaçı cavabdehdən ümumilikdə 11 905,80 (5 474,90 manat vurulmuş zərər + 1 414,35 manat faiz + 5000 manat əldən çıxmış faydaya görə +16,55 manat isə poçta teleqrama görə ödənilən) manat pul vəsaitnin və ödənilmiş 30.40 manat dövlət rüsumunun ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Bu əsasdan məhkəmə hesab edir ki, iddia zərərin tutulması hissəsində tam, faiz borcunun tutulması hissəsində qismən (10% hissədə – 140 manata) təmin olunmalıdır. Yəni, iddia 5614,90 manat (5 474,90 + 140) hissədə təmin edilməlidir. İddiaçı əldən çıxmış fayda üçün 5000 manat məbləğində pulun ödənilməsini iddia etsə də bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etmədiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia 47 % hissəsində təmin edildiyindən (11 889,xx xxxxxxxx 5614,90 manatın faizi) ödənilmiş 30,40 manat dövlət rüsumunun 14 manatı cavabdehə, 16 manatı isə iddiaçıya aid edilməlidir. 16,55 manat teleqrammaya görə ödənilən məbləğ iddia tələbinə salınsa da, həmin məbləğ məhkəmə xərclərinə aid edildiyindən, məhkəmə həmin məbləği iddia tələbindən çıxmışdır. Həmin məhkəmə xərcinə gəldikdə isə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin teleqrammaların məhz iddiaçı tərəfindən hazırki iş üzrə vurulduğu görünmür. Odur ki, həmin məbləğ tutula bilməz. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5 474,90 manat vurulmuş zərər, 140 manat faiz borcu və 14 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməli, iddia qalan hissədə rədd edilməldir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q ə t e t d i: İddia qismən təmin olunsun. Cavabdeh 5 474,90 manat vurulmuş zərər, 140 manat faiz borcu və 14 manat dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3758/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3758/2020
11.11.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver