Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3763/2024 06.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona borclu olduğu 2200 (iki min iki yüz) manat pulun və 42 (qırx iki) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir müddətdir tanışdır. Cavabdehin oğlu Nəbiyev Ceyhun 2021-ci ildə onunla ciddi münasibət qurmaq üçün tanış olmuş, həmin vaxtdan aralarında etibar yaranmışdır. Bir müddət sonra Cavabdeh ondan 3000 (üç min) manat miqdarda borc istəmiş, həmin vaxt X1 Rayon Polis idarəsinin Polis Əməkdaşı olmuşdur. Aralarında etibar yarandığından, Nəbiyev Ceyhunun ailə üzvlərini və bütün yaxın qohumlarını tanıdığından etibar edib Cavabdeh 3000 (üç min) manat borc vermişdir. Cavabdeh borcu alarkən lombardda qızıl olduğunu, həmin qızıllar lombardda batmasın deyə, pulunu ödəyərək çıxarıb daha baha qiymətə satacağını ona bildirmişdir. Lakin, bir müddət sonra cavabdeh pulu qaytarmaqdan imtina etmişdir. O cavabdehin oğlu Nəbiyev Ceyhuna atasının pulu qaytarmadığını və pulun qaytarması üçün Ceyhun Nəbiyevdən atası ilə danışmasını xahiş etmişdir. Hazırda cavabdeh ona borclu olduğu 3000 manatdan cəmi 800 manatını qaytarmış, qalan 2400 manatı qaytarmaqdan imtina edir. Dəfələrlə pulun ödəməsini tələb etsə də, cavabdeh ona borclu olduğu pulu qaytarmamış, iddiaçı xx.xx.2024-cü il tarixində bu barədə pretenziya məktubu göndərsə də, cavabdeh borcun qaytarılması ilə bağlı heç bir hərəkət etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddanı müdafiə etdiyini, əvvəllər münasibətlərinin yaxşı olduğunu, buna inanaraq borc verdiyini, sonradan ödəməkdən boyun qaçırdıqlarını, məhkəməyə təqdim etmiş olduğu CD səs yazılarında da cavabdehin həyat yoldaşı ondan 3000 manat aldıqlarını 200 manat olmaqla 4 dəfəyə ümumilikdə 800 manat qaytardığını, 2200 manat borclarının qalmasını etiraf etdiyini bildirmiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin xx.xx.2024-cü il tarixli 313-44-5/2-H-677811/2024 nömrəli İddiaçı ünvanladığı cavab məktubunda müraciətində göstərilən xüsusatların mülki xarakterli olması, eləcə də qeyd olunan məsələ üzrə araşdırma aparılmasının polisin səlahiyyətinə aid olmaması əsası ilə mülki qaydada məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə olunan Pretenziya məktubundan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində Cavabdeh pretenziya məktubu göndərərək, 2022-ci il tarixindən borclu olduğu 2200 (iki min iki yüz) manatı ödəməyi tələb etmişdir. İş materiallarına əlavə olunan 1 ədəd CD diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, Cavabdeh həyat yoldaşı ilə olan telefon danışıqları və vatsap yazışmaları zamanı iddiaçıdan 3000 manat borc götürdüklərini və ondan 800 manat qaytardıqlarını 2200 manat borcunun qaldığını etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə şamil edilir. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. (Maddə 1092.2) 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Qanunvericiliyin tələblərindən və iş materiallarından göründüyü kimi cavabdeh Təmiraz Nəbiyev heç bir hüquqi əsas olmadan, İddiaçı hesabına əmlak əldə etmiş və sonradan onun tələbi əsasında da qaytarmayaraq, əsassız varlanmışdır. İddiaçı hazırkı iddiasında onun tərəfindən cavabdehə 2022-ci ilin əvvəllərində verilmiş pul vəsaitinin cavabdeh tərəfindən ödənilmədiyi üçün geri tutulmasını xahiş edir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş 1 ədəd CD whatsapp səs yazılarından da göründüyü kimi Cavabdeh həyat yoldaşı 2200 manat borc olduğunu etiraf etmişdir. Hazırkı halda cavabdeh ona verilmiş 3000 manatdan 2200 manat pul vəsaitini iddiaçıya geri qaytarmayaraq əsassız varlanmışdır. Cavabdeh tərəfindən pul məbləğinin qaytarılmalı olması ilə bağlı iş materiallarına CD disk əlavə edilmiş, borc cavabdeh tərəfindən etiraf edildiyi üçün məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 42 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti və ödənilmiş 42 (qırx iki) manat dövlət rüsumu tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3763/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3763/2024
06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver