Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3786/2021 16.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq 31.10.2019-cu il tarixli, D04-10/19 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən 1750 manat əsas borc pulun və 1000 manat məbləğində əldən çıxmış faydanın və 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC maşınlara mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqlarının öz hesabına əldə edib quraşdıraraq satışı ilə məşğuldur. İddiaçı ilə cavabdeh arasında bağlanmış 31.10.2019-cu il tarixli, D04-10/19 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən, 12 ay müddətinə hər ay 145,00 manat ödəniş etməklə, 1750,00 manata cavabdehin istifadəsində olan maşina quraşdıraraq satılmışdır. Lakin cavabdeh hər hansı bir ödəniş etməmiş və onun 1235 ABŞ dolları borcu qalmışdır. Lakin, cavabdeh heç bir ödəniş etməyərək 1750 manat əsas borcu qalmışdır. Eyni zamanda 1000 manat məbləğində əldən çıxmış faydaları olmuşdur. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh X4 məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinin məzmuqnuna uyğun izahat verərək iddianın təmin eilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izhatanı dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). İddiaçı MMC 20.02.2028-ci il tarixdə ********** nömrə ilə Vergilər Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmşdır (Kommersiya qurumunun dövlət reyestrindən Çıxarış). «Mercedes Benz C 180 minik markalı 90TX930 qeydiyyat nişanlı avtomobil cavabdehin mülkiyyətindədir (AC № 305916 Nəqliyyat vasitəsinin qeydiyyat Şəhadətnaməsi). İddiaçı ilə cavabdeh arasında 31.10.2019-cu il tarixli, D04-10/19 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə və qiymətlərin razılaşdırılması Protokoluna əsasən iddiaçı cavabdehin avtonəqliyyat vasitəsinin mühərrikinin yanacaq sisteminin benzin yanacaq növündən sıxılmış metan təbii qaz yanacağına keçirilməsi üçün zəruri avadanlıqları öz hesabına əldə edib cavabdehin avtonəqliyyat vasitəsinə quraşdırılmasın təmin etməyi, cavabdeh isə 12 ay ərzində ayda 146,00 manat ödəniş etməklə, 1750 manat ödəməyə öz öhdəsinə götürmüşdülər. İddiaçı üzərinə düşən öhədiliyi icra etmiş, 31.10.2019-cu il tarixdə avadanlığı saz vəziyyətdə cavabdehə təhvil vermişdir (metan qaz qurğusu quraşdırılmış avtomobilin sahibinə təhvil verilmə barədə 27 №-li Akt). Lakin cavabdeh tərəfindən hər hansı bir məbləğin ödənilməsi iş materiallarından görünmür. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilənin şərtlərini pozmuş, müqavilə ilə müəyyən olunmuş qaydada ödənişlər etməmiş, nəticədə iddiaçıya 1750 manat məbləğində borcu yaranmış və bununla da cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəlikləri tam yerinə yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 1750 manatın tutulması hissəsində təmin edilməlidir. İddiaçı eyni zamanda 1000 manat məbləğində əldən çıxmış faydanın da tutulmasını istəyir. Lakin, bu məbləği təsdiq hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 1000 manatın tutulması hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 31.10.2019-cu il tarixli, D04-10/19 nömrəli mal, iş və xidmətlərin alqı-satqı müqaviləsinə əsasən 1750 manat olan borc pul və 31 manat dövlət rüsumu İddiaçı MMCnin xeyrinə tutulsun. İddia qalan hissədə rəd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3786/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3786/2021
16.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver