Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3792/2025 13.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh1, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1000 manat və Cavabdeh1 10329,06 məbləğində pulun tutularaq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə eyni iş yerində çalışmışdır. Hər iki cavabdeh ona yaxınlaşıb aralarındaki iş yoldaşı münasibətindən istifadə edərək, maddi çətinliklərinin olduğunu bildirmiş, Cavabdeh1 nağd formada qaytarmaq şərti ilə 3350 manat məbləğində, Cavabdeh2 isə 1000 manat məbləğində borc pul vermişdir. Lakin onlar borcu qaytarmamışlar. Daha sonra Cavabdeh1 ona yaxınlaşaraq bankdan kredit götürərək, maddi köməklik göstərməsini xahiş etmişdir. İddiaçı aralarında olan etibara əsaslanaraq öz adına ACCESSBANK-dan xx.xx.2024-cü il tarixdə 4000 manat məbləğində, Kapital Bankdan isə xx.xx.2023-cü il tarixdə 5200 manat məbləğində kredit pul götürmüşdür. Cavabdeh1 kredit məbləğini ilk aylar ödəsə də, sonradan pulunun olmadığını və ödəməyəcəyini bildirmişdir. Nəticə etibari ilə kredit ödənişinin hər ay məbləği onun əməkhaqqından tutulurdu. Hal-hazırda ACCESSBANK-da 2437,08 manat kredit borcu qalıq məbləğ, KAPİTAL BANK-da isə 3700,98 manat kredit borcu qalıq məbləğ təşkil edir. Kredit ödənişlərinə görə ondan 190 manat, 155 manat, 166 manat, 167 manat, telefon borcu 130 manat və 33 manat olmaqla, ümumilikdə 841 manat əməkhaqqından tutulmuşdur. Cavabdeh1 ödəyəcəyi məbləğ 10329,06 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, cavabdehlərin ona borcu olduğunu, bank ödənişlərində faiz borcu yarandığını və tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini, 10.329,06 manat borcu olduğunu, İddiaçı ilə 7 il bağçada birgə işlədiklərini, onun külli miqdarda borcu yarandığından borc pul aldığını, Balaxanım İrahimovanın "xxxx" QSC və "xxxx" ASC-dən kredit götürərək ona verdiyini, ödənişləri etdiyini, lakin əmək haqqı az olduğu üçün “OBA” marketdə işə başladığını, gecikməli də olsa ödədiyini, son 2-3 ay da işləmədiyi üçün ödəniş edə bilmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında iddia tələbini qəbul etdiyini, iddiaçı ilə müəllim yoldaşı olduqlarını, 1 il əvvəl ondan 1000 manat borc pul aldığını, maddi imkanı ilə əlaqədar qaytara bilmədiyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirdərək, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan Cavabdeh1 əlyazmasında görünür ki, o İddiaçı borc pul götürdüyünü etiraf etmişdir. İş materiallarına əlavə olunan İddiaçı ilə Cavabdeh1 arasında olan vatsap yazışmalarında Cavabdeh1 iddiaçıdan borc pul götürdüyünü etiraf etmişdir. İş materiallarına əlavə olunan “Kapital Bank” və "xxxx" hesabdan çıxarışdan müəyyən olunur ki, iddiaçı "xxxx"-dan 4000 manat, “Kapital Bank”-dan isə 5200 manat məbləğində kredit götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər iddia tələbini qəbul edərək, iddiaçıya olan borclarını etiraf etmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh2 1000 (bir min) manat, Cavabdeh1 10329,06 (on min üç yüz iyirmi doqquz manat altı qəpik) məbləğində pul tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından göründüyü kimi İddiaçı məcburi köçkün olduğundan yəni o dövlət rüsumu ödəməkdən azad olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq 123,99 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, dövlət nəfinə ödənilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1000 (bir min) manat, Cavabdeh1 10329,06 (on min üç yüz iyirmi doqquz manat altı qəpik) məbləğində pul tutularaq, İddiaçı ödənilsin. 123,99 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq, dövlət nəfinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3792/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3792/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver