Məhkəmə qərarları › İş №2(008)-3830/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3830/2024

23.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3830/2024 23.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 5.500 (beş nin beş yüz) manat məbləğində pulun və 75 (yetmiş beş) manat dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı ünvan 1 ünvanda yaşayan Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus olan ** NC *** dövlət qeydiyyat nişanlı, OPEL VEKTRA markalı minik avtomaşını almaq məqsədilə aralarında şifahi razılaşma olmuşdur. Razılaşmaya uyğun olaraq, maşının satış qiyməti 5500 manat müəyyən edilmiş, lakin maşının motoru və digər ehtiyat hissələri olmadığından təmirə ehtiyacı olmuşdur. Bu məqsədlə də maşın cavabdehlərə təhvil verilmiş və danışığa əsasən təmir olunduqdan sonra 5500 manat pul ödənildikdən sonra iddiaçı tərəfindən etibarnamə veriləcəyi bildirilmişdir. Lakin cavabdehlər tərəfindən götürülmüş öhdəliyə əməl olunmamaış hətta maşın hissələrə ayrılaraq satılmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qəbul etməyərək, X3 ilə aralaraında bağlanmış şifahi müqaviləyə əsasən OPEL VEKTRA markalı minik maşınla bağlı 2500 manata razılaşdıqlarını, 1700 manat ilkin ödəniş ödəyərək maşını təmir etmək üçün götürdüyünü, sonradan ondan 5500 manat tələ edildiyindən maşını iddiaçının özünə qaytardığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia ərizəsinin qəbul etməyərək, təmin edilməməsini xahiş etmişdir. 22 may 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı cavabdehləri Cavabdeh1 böyük oğlu Zaur vasitəsi ilə tanıdığını, ona iki dəfə başqa maşınları hissəhissə ödəmək şərtilə verdiyini, iddiada qeyd etdiyi Opel markalı maşını da 1 ildən artıq müddətdir ki cavabdehlərə verdiyini bildirmişdir. Həmin vaxt maşının nasaz olduğunu, hissələrini tapa bilmədiyini bildirmişdir. O, cavabdehlərlə aralarında 5500 manat məbləğ müəyyənləşdirdiklərini, maşın xarab olduğuna görə etibarnamə vermədiyini, 2022-ci ilin dekabırından heç bir ödəniş, məlumat olmadığından Sabunçu Rayon Polis bölməsinə ərizə ilə müraciət etdiyini, lakin mülki mübahisə olduğu üçün ona məhkəməyə müraciət etməli olduğu izah olunmuşdur. 2023-cü ilin fevral ayında cavabdehin böyük oğlu Zaur adam öldürdüyünə görə tutulmuşdur. Daha sonra o Xətai rayon polis bölməsinə müraciət etmiş bölmədə izahat verən zaman cavabdeh Adil və oğlu Zaur tərəfindən Opel Vektra markalı maşının ona təhvil vermələri bildirmişdir. Cavabdehlərin izahatı yalandır. Belə ki, 2023-cü ilin fevral ayında Zaurun adam öldürməsi ilə bağlı jurnalistlər cavabdehin evində çəkiliş etdiyi vaxt maşının onlara məxsus həyətdə olmuşdur bu barədə iş materiallarına foto şəkillər əlavə etdiyini bildirmişdir. Elə həmin iclasda iştirak edən Cavabdeh1 İddiaçı oğlu Zaurun vasitəsi ilə tanıdığını, OPEL VEKTRA markalı minik avtomaşını oğlu tutulana kimi onlarda olduğunu, maşını təmir etmək üçün bankdan 3000 manat kredit götürdüyünü, hal-hazırda da hər ay 129 manat kredit ödədiyini bildirmişdir. Maşın yaxşı olduğuna görə oğluna demişdir ki, maşının sahibi ilə danışaraq və alqı-satqı etsinlər. Aralarında olan şifahi razılaşmaya uyğun olaraq 2500 manata razılıq əldə olunduqdan sonra ilkin ödəniş kimi İddiaçı 1700 manat vermiş qalan 800 manatı ödəyəcəyini bildirmişdir. Maşın nasaz olduğundan 300 manat cəriməsi və 300 manat sığorta pulu da onun tərəfindən ödənilmişdir. Təmirdən sonra İddiaçı yanına gedərək maşına etibarnamə verməsini istəmiş, lakin iddiaçı ona 5500 manat ödənişlərinin qaldığını bildirmişdir. Səbəb kimi oğlunun əvvəlki maşınlardan ona olan borclarını hesablayaraq ondan istədiyini bildirmişdir. Məbləği ödəyə bilməyəcəyindən və bir müddət sonra isə oğlu tutulduğundan maşını İddiaçı özünə qaytarmışdır. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Xətai RPİ-nin baş təhqiqatçısı polis mayoru X1 icraatında olan ünvan 2 ünvanında yaşayan vətəndaş İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, vətəndaş İddiaçı mübahisənin mülki hüquq münasibətləri çərçivəsində həll məqsədi ilə mülki-mühakimə icraatı qaydasında müvafiq məhkəmə orqanına müraciət etməsi tövsiyə edilmişdir. 21 iyun 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən şahid X2 iddiaçıdan maşın aldıqlarını, cavabdehin böyük oğlu Zaur tutulduqdan 13-14 gün sonra maşını aparıb iddiaçının yaşadığı binanın qabağına qoyduqlarını, maşın üçün cavabdehlərin 1700 manat pul verdiyini bildirmişdir. Məhkəmə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının hazırkı iddia tələbi cavabdehlərdən müştərək qaydada 5500 manat pulun alınaraq ona verilməsi olsa da, bu barədə yəni tərəflər arasında maşının alqı-satqısı ilə bağlı 5500 manata razılaşması barədə iddiaçı tərəfindən heç bir sübut məhkəməyə təqdim olunmamaışdır. Eyni zamanda maşının dəyərinin həqiqətən də 5500 manat olması və tərəflər arasında belə bir razılaşmanın olması möcud deyildir. İddianın qismən təmin olunması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 OPEL VEKTRA markalı minik avtomaşını ilə bağlı iddiaçı ilə 2500 manata razılaşdıqlarını və maşın üçün ilkin ödəniş olaraq 1700 manat verdiklərini deməsi, iddianın cavabdehlər tərəfindən qismən etiraf edilməsi kimi qiymətləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Cavabdeh1 iddiaçı ilə 2500 mana maşın barədə razılığa gəldiklərini etiraf etmiş, ilkin ödəniş olaraq 1700 manatın İddiaçı verməsi barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında maşını almaq üçün bankdan 3000 manat kredit götürdüyü, hazırda hər ay 129 manat kredit ödədiyini və ilkin ödəniş kimi 1700 manat ödədiyi maşını heç bir əvəz almadan iddiaçıya qaytarması barədə dediklərini məhkəmə inandırıcı qəbul etmir nə də cavabdeh tərəfindən bu barədə hər hansı sübut təqdim edilməmişdir. Tələb iddiaçı tərəfindən cavabdehlərə ümumilikdə 5500 manat məbləğində pulun razılaşdığına dair hissədə əsaslı və mötəbər sübutlarla öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir (1091.2-ci maddə). Həmin Məcəllənin 1092.1-ci maddəsində göstərilir ki, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək, tərəflərin izahatını və qanunvericiliyin tələblərini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia tələbinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaitinin tutulması hissəsinin təmin olunması qanunamüvafiq və əsaslıdır və işin müəyyən olunmuş halları ilə üst-üstə düşür. Qalan hissələrdə isə iddia tələbi işin tədqiq olunan hallarına əsasən öz təsdiqini tapmadığından, məhkəmə hesab edir ki, tələb həmin hissələrdə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinin tələbinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddiaçı tərəfindən 75 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun ödənilməsi hissəsində də qismən təmin edilərək 45 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2500 (iki min beş yüz) manat məbləğində pul vəsaiti və 45 manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar