Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3830/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona dəymiş ziyanın 1932 (bir min doqquz yüz otuz iki) manat məbləğində pulun Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixində 24 ay müddətində 5000 (beş min) manat kreditin rəsmiləşdirilməsi üçün "xxxx" ASC-nin 4 saylı filialı ilə onun arasında zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh götürdüyü krediti vaxtında ödəmədiyinə görə "xxxx" ASC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkməsinin e-2-2(113)-3120/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli SMS-LOAN kredit verilməsinə dair razılaşma üzrə əsas borc üzrə 1649,39 (bir min altı yüz qırx doqquz manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 242,19 (iki yüz qırx iki manat on doqquz qəpik) manat, cərimə borcu üzrə 90 (doxsan) manat olmaqla, cəmi 1981,58 (bir min doqquz yüz səksən bir manat əlli səkkiz qəpik) manat məbləğində pul müşətərək qaydada Cavabdeh və İddiaçı tutularaq, "xxxx" ASC-yə ödənilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 9 (doqquz) manat məbləğində pul müştərək qaydada Cavabdeh və İddiaçı tutularaq, "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,38 (qırx manat otuz səkkiz qəpik) manat məbləğində pul müştərək qaydada Cavabdeh və İddiaçı tutularaq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı məhkəmə qətnaməsinə əsasən xx.xx.2024-cü il tarixində 2022 (iki min iyirmi iki) manat məbləğində pulu tam ödəmişdir. O, həmin məbləği xx.xx.2024-cü il tarixində kredit olaraq 14.9 faiz dərəcəsi ilə, "xxxx" ASC-dən götürmüşdür. 1 (bir) ilə orta hesabla 2022 manat pul məbləğinin 14.9 faiz dərəcəsi və komission pulu olmaqla 190 manat, əlavə olaraq "xxxx" ASC-dən zaminlik öhdəliklərinin olmaması haqqında arayışa əsasən 20 manat ödəmişdir. Ümumilikdə 2232 manat puldan 300 manatını Cavabdeh tərəfindən ona aytarılmışdır. Cavabdehin ona olan borcu 1932 manat təşkil edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, cavabdehlə 20-25 ilə yaxın tanışlığının olduğunu, Cavabdeh Əgər oğlunun "xxxx" ASC-dən kredit götürə bilməsi üçün zamin durduğunu, pensiya aldığını, cavabdeh kreditin bir qismini ödədiyini, lakin 1400-1500 manat borcu qalan zaman maddi imkanı ilə bağlı ödənişləri dayandırdığını, cavabdeh götürdüyü krediti vaxtında ödəmədiyinə görə "xxxx" ASC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etdiyini, Bakı Kommersiya Məhkəməsinin qətnaməsinə əsasən pul hər ikisindən müştərək qaydada tutulduğunu, övladlarının xarici ölkədə təhsil aldıqlarını, onların xərclərini qarşılamaq üçün kredit götürmək məcburiyyətində qaldıdığını, məhkəmə qətnaməsinin icrası onlardan tələb edildiyini, o da 2022 manat məbləğində pul, 190 manat komission məbləği və zaminlik öhdəliyini icra etməyi ilə əlaqədar arayış üçün 20 manat rüsum ödədiyini, həmin pulun 300 manatını cavabdehin geri qaytardığını bildirdi və qalan 1932 manat pulun cavabdehdən tutulmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli cavabdehin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 02 iyun 2025-ci il tarixində keçirilən məhkmə iclasında iştirak edən Cavabdeh izahatında 2040 manat borcu İddiaçı tərəfindən ödənildiyini, maddi imkanı olmadığına görə iddiaçıya borcu ödəyə bilmədiyini və iddianı qəbul etdiyini bildirmişdir. Mülki iş materiallarına əlavə olunan Bakı Kommersiya Məhkməsinin e-2-2(113)- 3120/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli SMS-LOAN kredit verilməsinə dair razılaşma üzrə əsas borc üzrə 1649,39 (bir min altı yüz qırx doqquz manat otuz doqquz qəpik) manat, faiz borcu üzrə 242,19 (iki yüz qırx iki manat on doqquz qəpik) manat, cərimə borcu üzrə 90 (doxsan) manat olmaqla, cəmi 1981,58 (bir min doqquz yüz səksən bir manat əlli səkkiz qəpik) manat məbləğində pul müşətərək qaydada Cavabdeh və İddiaçı tutularaq, "xxxx" ASC-yə ödənilməsi, əsas borca illik 5 faiz hesablanmaqla 9 (doqquz) manat məbləğində pul müştərək qaydada Cavabdeh və İddiaçı tutularaq, "xxxx" ASC-yə ödənilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40,38 (qırx manat otuz səkkiz qəpik) manat məbləğində pul müştərək qaydada Cavabdeh və İddiaçı tutularaq, "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarına əlavə olunan "xxxx" ASC-nin 15 aprel 2025-ci il tarixli KBO-2175 nömrəli məktubundan görünür ki, SMS-LOAN-********** nömrəli zaminlik müqaviləsi ilə təmin edilən kredit öhdəliyi icra edilmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC ilə İddiaçı arasında xx.xx.2024-cü il tarixində nağd kredit verilməsinə dair razılaşma bağlanmışdır. İş materiallarına əlavə olunan "xxxx" ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, xx.xx.2024-cü il tarixində İddiaçı 2022 manat ödəniş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3-cü maddəsinə əsasən bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. 477.0.1-ci maddəsinə əsasən zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda zaminliyə xitam verilir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" Bank ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşma imzalanmış və həmin razılaşma üzrə "xxxx" ASC-nin 4 saylı filialından 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2021-ci il tarixli Kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-cü il tarixdə İddiaçı ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra, "xxxx" Bank ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli SMS-LOAN kredit verilməsinə dair razılaşma imzalanmış, razılaşmaya əsasən Cavabdeh "xxxx" ASC-dən illik 24 faiz olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit götürülmüşdür. Götürülən krediti vaxtında ödəmədiyinə görə "xxxx" ASC iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkməsinin e-2- 2(113)-3120/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddia qismən təmin edilmişdir. İddiaçı "xxxx" Bank ASC-dən nağd kredit götürərək, xx.xx.2024-cü il tarixdə 2022 (iki min iyirmi iki) manat məbləğində borcu tam ödəmişdir. Hal-hazırda İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun tərəfindən ödənilmiş borcun cavabdehdən tutularaq, ona ödənilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul edərək, iddiaçıya olan borcunu etiraf etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə qanunvericiliyin tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 1932 (bir min doqquz yüz otuz iki) manat məbləğində pul Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İş materiallarından göründüyü kimi İddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yəni o dövlət rüsumu ödəməkdən azad olduğundan qanunvericiliyin tələbinə uyğun olaraq 39.32 manat dövlət rüsumu cavabdehdən tutularaq, dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1932 (bir min doqquz yüz otuz iki) manat məbləğində pul tutularaq, İddiaçı ödənilsin. 39.32 (otuz doqquz manat otuz iki qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq, iddiaçıya geri qaytarılsın. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən və ya “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə alındığı gündən 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-3830/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3830/2025
03.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver