Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3850/2020 24.07.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Paşayeva Adilə Adil qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı «pul tələbi» barədə iddia ərizəsi üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı «pul tələbinə» dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı tozsoran üçün 71 manat ödənilməmiş hissə, 7 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********25641 Samsung J3 markalı telefon üçün 140 manat ödənilməmiş hissə , 14 manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********17416 Xiaomi Redmi 7 markalı telefon üçün 430 manat ödənilməmiş hissə, 43 manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********51009 Samsung J3 markalı telefon üçün 123 manat ödənilməmiş hissə, 12 manat cərimə pulu olmaqla, ümumilikdə 840 manat məbləğində pulun və 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı X1-yətinə ödə-nilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı MMC arasında xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu ilvə xx.xx.2018-ci il tarixdə bağlanmış müqavilələrə əsasən, cavabdeh Hoffmann markalı tozsoran, İMEİ kod **********25641 Samsung J3, İMEİ kod **********17416 Xiaomi Redmi 7 və İMEİ kod **********51009 Samsung J3 markalı telefonu almış, nəticədə onun 840 manat borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 772 manat təşkil edir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2019-cu il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2018-ci il tarixli müqavilələrin surətindən müəyyən olunur ki, Cavabdeh «xxxxxxxxxxx» MMC-dən Hoffmann markalı tozsoran, İMEİ kod **********25641 Samsung J3, İMEİ kod **********17416 Xiaomi Redmi 7 və İMEİ kod **********51009 Samsung J3 markalı telefonu almış, onların dəyərini ödəməyi barədə üzərinə öhdəlik götürmüşdür. -İddiaçı MMC tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli maliyyə cədvəlindən müəyyən edilir ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən alqı-satqı qiyməti 187 manat olan Hoffmann tozsoran üçün cəmi ödədiyi məbləğ 116 manat, ödənilməmiş əsas borcu 71 manat, cərimə borcu 7 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 366 manat olan İMEİ kod **********25641 Samsung J3 markalı telefon üçün cəmi ödədiyi məbləğ 196 manat, ödənilməmiş əsas borc 140 manat, cərimə borcu 14 manat; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 516 manat olan İMEİ kod **********17416 Xiaomi Redmi 7 markalı telefon üçün cəmi ödədiyi məbləğ 86 manat, ödənilməmiş əsas borc 430 manat, cərimə borcu 43 manat; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 497 manat olan İMEİ kod **********51009 Samsung J3 markalı telefon üçün cəmi ödədiyi məbləğ 374 manat, ödənilməmiş əsas borc 123 manat, cərimə borcu 12 manat olmaqla, ümumi ödənilməmiş borcu cəmi 840 manat təşkil edir; -xx.xx.2019-cu il tarixli ödəniş cədvəlindən görünür ki, Hoffmann markalı tozsoranın aylıq ödəniş məbləği 17 manat ; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən İMEİ kod **********25641 Samsung J3 markalı telefonun aylıq ödəniş məbləği 28 manat; xx.xx.2019cu il tarixli ödəniş cədvəlinə əsasən İMEİ kod **********17416 Xiaomi Redmi 7 markalı telefonun aylıq ödəniş məbləği 43 manat; xx.xx.2018-ci il tarixli ödəniş cədvəlinə əsasən İMEİ kod **********51009 Samsung J3 markalı telefonun aylıq ödəniş məbləği 41 manat təşkil edir. -«xxxxxxxxxxx» MMC-dən tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, cavabdeh, müqavilənin şərtlərini pozaraq, müqavilədə göstərilən vaxt və qaydaya əməl etmədiyi üçün tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq əlavə peniya hesablanmışdır. Hesblanmış peniya məbləğini qısa zamanda ödəmədiyi halda aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı barədə xəbərdar edilmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2- 600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata kecirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; Göründüyü kimi, Cavabdeh xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur. Buna görə də cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli, bu səbəbdən onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, yaranan əsas borcu və cərimə borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinəgörə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119, 284-5 və 284.6-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən Hoffmann markalı tozsoran üçün 71 (yetmiş bir) manat ödənilməmiş hissə, 7 (yeddi) manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********25641 Samsung J3 markalı telefon üçün 140 (yüz qırx) manat ödənilməmiş hissə, 14 (on dörd) manat cərimə pulu; xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********17416 Xiaomi Redmi 7 markalı telefon üçün 430 (dörd yüz otuz) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə pulu; xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********51009 Samsung J3 markalı telefon üçün 123 (yüz iyirmi üç) manat ödənilməmiş hissə, 12 (on iki) manat cərimə pulu olmaqla, ümumilikdə 840 (səkkiz yüz qırx) manat məbləğində pulun və 30 (otuz) manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada alındığı gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3850/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3850/2020
24.07.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver