Məhkəmə qərarları › İş №2(008)-387/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-387/2022

28.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-387/2022 28.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə avtomobilə dəymiş zərərin əvəzi olaraq 14940 manat pulun və onun tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21 aprel 2021-ci il tarixdə, saat 07:30 radələrində mülkiyyətimdə olan “Mercedes-Benz-E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobillə sürmək üçün etibarnamə verdiyi X1 rayonu, B.Bunyatov küçəsi ilə hərəkət edən zaman Cavabdeh idarə etdiyi “Mercedes-Benz-C2OO” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə əks itiqamətə çıxaraq onun avtomobilini vurmuşdur. Rəsmi servisdən aldığı arayış əsasından onun avtomobilinə 14940 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda avtomobili təmirsiz vəziyyətdədir. Onun tərəfindən sürücü Cavabdeh dəymiş ziyanın ödənilməsi barədə müraciət edilməsinə baxmayaraq ödəniş etməkdən qəti imtina etmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə polis əməkdaşları gəlmiş, protokol tərtib edilmişdir. Cavabdeh tərəfindən ona dəymiş 14940 manat maddi ziyan könüllü olaraq ödənilmədiyindən məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, rəylə razı olmadığını, rəydə qeyd edilmiş məbləğinin çox az olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh rəylə razı olduğunu, iddia tələbində göstərilən məbləğin şişirdilmiş olduğunu bildirdi. İddia tələbinin rəyə əsasən qismən təmin edilməsinə etiraz etmədi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili X6 iddia tələbini qismən qəbul edərək bildirdi ki, siğorta ödənişi zamanı qüsur aktındə dəymiş ziyan 6370 manat hesablanmış və iddiaçı isə bu məbləğlə razılıaşaraq siğorta ödənişi kimi 5000 manat hissəsini qəbul etmişdir. Cavabdeh tərəfdə həmçinin dəymiş ziyan kimi qüsur aktında qeyd edilən məbləğ ilə razı olduğundan iddia tələbinin qismən təmin edilməsinin siğorta ödənişi çıxılmaqla yerdə qalan 1370 manat hissəni iddiaçı ödəməyə etiraz etmədiyini məhkəmənin diqqətinə çatdırdı. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə 02.06.2021-ci ilin arayışın surətindən görünür ki, 24.04.2021-ci ildə, saat 07:30-da yol-nəqliyyat hadisəsi baş verən zaman təqsirli sürücü “Mercedes-Benz-C2OO” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahib olan Cavabdeh olmuşdur. AD seriyalı, 628232 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz C 200” minik markalı, ** TZ *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Cavabdehdur. 18.05.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd qərarından görünür ki, 24.04.2021-ci ildə, saat 07:30-da yol-nəqliyyat hadisəsi baş verən zaman təqsirli sürücü “Mercedes-Benz-C2OO” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahib olan Cavabdeh əməlində cinayətin əməlinin tərkibi olmadığından matrial üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində İXM-327.8-ci maddəsinə əsasən inzibati tədbirlər görülməsi üçün taplanmış matriallar Sabunçu RPİ DYPŞ-na göndərilməsi qərara alınmışdır. AvtoServis 555 MMC tərəfindən tərtib edilmiş 21.05.2021-ci il tarixli qüsur aktından görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz-E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə çəkilməli olan xərclərin məbləği 14940 manat olduğu müəyyən etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş Azsiğorta tərəfindən tərtib edilmiş 04.05.2021 qüsur aktından görünür ki, İddiaçı mülkiyyətində olan “Mercedes-Benz-E220” markalı, **- UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ehtiyyat hissələri və işçiliyə çəkilməli xərc ilə birlikdə cəmi 6370 manat olduğu müəyyən edilmişdir. Azsiğorta DSKŞ-nın siğorta ödənişi ilə bağlı 5326 saylı 05.07.2021*-ci il tarixli aktından görünür ki, 24.04.2021-ci ildə, saat 07:30-da yol-nəqliyyat hadisəsi baş verən zamanı İddiaçı mülkiyyətində olan “Mercedes-Benz-E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş olan 6370 manat məbləğində zərərin 5000 manat hissəsi siğortaçı tərəfindən zərrəçəkmiş İddiaçı ödənilmişdir. Tərəqqi MMC tərəfindən tərtib edilmiş 20.10.2021-ci il tarixli 20 saylı rəydən görünür ki, 24.04.2021-ci il tarixli baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes-Benz- E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri 6330 manat olduğu müəyyən edilmişdir, aparılmış təqiqatın dəyəri isə 150 manat hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/479 saylı 14.03.2022 saylı rəyindən görünür ki, 24.04.2021-ci il tarixli baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Mercedes-Benz-E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın dəyəri 6180 manat olduğu müəyyən edilmiş, aparılmış təqiqatın dəyəri isə 100 manat hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısı alınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Beləliklə məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, 24.04.2021-ci ildə, saat 07:30-da yol-nəqliyyat hadisəsi baş verən zaman təqsirli sürücü “Mercedes-Benz-C200” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahib olan Bədəlov X3-Benz-E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçi olan İddiaçı maddi zərər vurmuşdur. İddiaçı dəymiş zərərin 14940 manat olduöunu iddia etsədə siğorta ödənişi zamanı siğorta şirkətinin tərtib etmiş qüsur aktındə dəymiş zərər 6370 manat olduğu müəyyən edilmiş və iddiaçıya siğorta məbləğində 5000 ödəniş edilmiş, iddiaçı isə həmin siğorta ödənişini mübahisələndirmədən qəbul etmişdir. Daha sonra iddiaçı ona dəymiş zərəin 6370 manat deyildə 14940 manat olduğunu iddia edərək həmin məbləği zərəvurandan tələb edərək məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən təyin edilmiş hər iki ekspertizaların rəyindən isə məlum olur ki, iddiaçıya dəymiş ziyanının məbləği siğorta aktında qeyd edilən məbləğlər ətrafında 6330, 6180 müəyyən edilmişdir. Beləliklə məhkəmə 24.04.2021-ci ildə, saat 07:30-da baş verən yol-nəqliyyat hadisəsi zaman Mercedes-Benz-E220” markalı, **-UH-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəymiş zərərin 6370 manat məbləğində olması ilə razılaşaraq hesab edir ki, qeyd edilən məbləğdən siğorta ödənişi çıxılmaqla yerdə qalan məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə olan halda iddiaçıya dəymiş ziyandan 6370 manat, sığorta ödənişi isə 5000 manat hesablandığından 1370 (6370-5000=1370) manat dəymiş zərər Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən iddia qaldılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu, exsperizaya ödənilməli məbləğlər iddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1370 (bir min üç yüz yetmiş) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Tərəqqi MMC-yə ödənilməli olan 150 eksperiza xərci iddiaçıya aid edilsin. 100 manat təkrar ekzperiza xərci İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar