Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3870/2024 21.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı X5 nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı X5 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X9 cavabdeh X2 qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onunla cavabdeh X4 arasında 72 saylı nikah aktı, xx.xx.2018-ci il tarixdə bağlanmış nikahın pozulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o - X9 cavabdeh X4 ilə xx.xx.2018-ci il tarixdə rəsmi nikah bağlayaraq, ailə qurmuşdur. Birgə niakhdan övladları yoxdur. X1 ilə qısa bir müddət mehriban yaşasalar da, sonradan aralarında müəyyən mübahisələr yaranmağa başladı. Buna da səbəb cavabdehlə xasiyyətinin uyğun gəlməməsi və sairə idi. Onların aralarındakı ailə münasbətləri tamamilə pozulub. Aralarındakı nikah formal xarakter daşıyır. Cavabdehlə barışmağı bir ailədə yaşamağı artıq mümkün deyil. O aralarında olan nikahın ləğvi barədə Qeydiyyat orqanına ərizə ilə müraciət etmişdir, lakin cavabdeh ərizə ilə müraciət etmədiyindən ona imtina məktubu verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 nümayəndəsi və vəkili X7 iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfi dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 058664 nömrəli nikah haqqında şəhadətnaməsidən görünür ki, X4 ilə X9 xx.xx.2018-ci il tarixdə 72 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Bakı şəhəri Suraxanı Rayonu Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixdə verdiyi imtina məktubundan görünür ki, X4 nikahın pozulmasının dövlət qeydiyyatı üçün gəlmədiyindən məhkəmə qaydasında pozulmalı olduğu bildirilmişdir. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, X9 50 (əlli) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 19.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması və uşağın ananın yanında qalması haqqında qarşılıqlı razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulması və uşağın ananın yanında qalmasını təkid etdikdə nikah pozulur. Məhkəmə hesab edir ki, məhkəmə tərəfindən tərəflərə barışığ üçün 3 ay vaxt verilsə də tərəflər arasında barışıq olmadığından, iddiaçı isə nikahn pozulmasını israrla təkid etdiyindən tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Yuxarıdakilara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı X9 ilə cavabdeh X4 arasında Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 72 nömrəli akt qeydi ilə tərtib olunmuş xx.xx.2018-ci il tarixli nikah pozulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3870/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3870/2024
21.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver