Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-3884/2024 29.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi Əsədova Tahirə Əlif qızı, İddiaçı pulun qaytarılması barədə ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı verdiyi pulun qaytarılması barədə ona köməklik göstərilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edirəm ki, ərizə icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, ərizənin məzmunundan və işə əlavə edilmiş qəbzdən görünür ki, tərəflər arasında mübahisə pulun qaytarılması ilə əlaqədardır. Göründüyü kimi, İddiaçı hazırkı tələblə bağlı iddia icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, yalnız ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia icraatında isə tərəflər iddiaçı, cavabdeh və üçüncü şəxslər ola bilər. Azərbaycan Respublikası MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Lakin, İddiaçı ərizədə tələbin kimə qarşı və yönələn tələbi konkret olaraq göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir; Lakin, ərizəyə İddiaçı tərəfindən ərizənin verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-in tələblərinə uyğun olaraq tərtib edilməmişdir. Azərbaycan Respublikası MPM-nin: 152.1, 152.1.1-cı maddəsinə əsasən iddia ərizəsini bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş forma və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini geri qaytarır. 152.1.5-ci madəsinmə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və əlavə edilmiş sənənləri geri qaytarır. 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 263.1-ci maddəsinə əsasən iş mahiyyəti üzrə həll edilmədikdə, məhkəmə aktları qərardad formasında çıxarılır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Belə olan halda hesab edirəm ki, ərizə Azərbaycan Respublikası MPM-in 149-cu maddəsinə riayət edilməməklə verildiyinə görə geri qaytarılmalı, İddiaçı özünü iddiaçı, X1 isə cavabdeh kimi və yönələn tələbi konkret olaraq göstərmək, iddia ərizəsinin verilməsi üçün müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməklə yenidən məhkəməyə müraciət etmək hüququnun olması izah edilməldir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçı ərizəsi icraata qəbul edilmədən geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3884/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-3884/2024
29.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver