Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3896/2022 07.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Səyad oğluna oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Səyad oğluna qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X7 tutulan hər ay uşaq üçün 154 manat həddində müəyyən edilmiş alimentin artıqılaraq aylıq 193 manat həddində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında qeyydiyatdadır və həmin ünvanda övladları elə bir yedə yaşayır. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh Səyad oğlu ilə rəsmi qaydada xx.xx.2009-cu il tarixində nikahlarını rəsmiləşdirilməklə ailə qurublar. Birgə nikah dövründə 2 uşaqları doğulmuşdur: X8 xx.xx.2010-cu il təvəllüdlü, X10 xx.xx.2011-ci il təvəllüdlü. Cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh Səyad oğlu ilə ailə münasibətləri pozulduqdan sonra ayrı yaşayırlar. İddiaçı Bakı şəhəri Sabunçu rayon məhkəməsində ona qarşı nikahın pozulması və aliment tələbinə dair iddia qaldırmış və onun tələbi ilə bağlı Bakı şəhəri Sabunçu rayon məhkəməsi xx.xx.2016-cı il tarixli 2(008)-498/2016 saylı qətnamə qət edərək aralarında olan nikah pozulmuşdu və Cavabdeh Səyad oğlundan yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü qızı X4 və xx.xx.2011ci il təvəllüdlü oğlum X2 üçün iddiaçının xeyrinə Cavabdeh Səyad oğlundan hər ay hər uşağa görə 117 manat, cəmi 234 manat məbləğində aliment alınaraq ona verilməsi barədə qətnamə qət edilmişdir. Əlavə olaraq iddiaçı bildirir ki, hazırda xx.xx.2011-ci il təvəllüdlü X6 cavabdehin yanında qalır. Bu səbəbdən də oğluna görə ödəməli olduğu alimenti ödəmir. xx.xx.2010-cu il təvəllüdlü qızı X8 isə iddiaçının yanında qalır. Hal-hazırda övladları artıq böyüyüb, xərcləri artıb. Uşaqların təhsil xərci, geyim xərci, sağlamlığı, cəmiyyətə laiqli bir insan kimi formalaşması üçün qızına ödəməli olduğu 117 manat aliment çox azlıq eləyir. Hazırda xx.xx.2010-cu il təvəllüdlü qızı X8 onun yanında qaldığı üçün cavabdeh tərəfindən ödənilən hər ay 117 manat aliment azlıq təşkil edir. X6 cavabdehin yanında olduğu üçün artıq oğluna görə cavabdehdən aliment tələb etmirəm. Artıq bir neçə aydır ki cavabdeh qızına görə ödəməli olduğu alimenti də ödəmir. Qızının saxlanılması xərclərini ödəməkdə çox çətinlik çəkir. Cavabdehin isə imkanı çatır ki, alimenti artıq miqdarda ödəsin. İndi həmin miqdarda olan pula övladını saxlamaq və onun tələbatını ödəmək çox çətindir. Ona görə də, alimentin artırılması üçün məhkəməyə müraciət etməli oldu. İddiaçı əlavə olaraq bildirir ki, cavabdeh olan keçmiş həyat yoldaşı Cavabdeh Səyad oğlu kifayət qədər imkanlıdır və özünün obyektləri var. İş materiallarında olan, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli iddianın dəqiqləşdirməsinə dair ərizədən görünür ki, iddia ərizəsində mexaniki səhv olaraq cavabdehin adını “X10” yazıb. İddianı dəqiqləşdirərək, Cavabdeh Səyad oğlundan iddiaçının yanında qalan yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü qızı X1 üçün onuna xeyrinə tutulan alimetin miqdarını artıraraq hər ay üçün 193 manat sabit pul məbləğində aliment tutlması barədə qətnaməni qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş elədi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ saylı 418681 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh Səyad oğlu, anası İddiaçıdır. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-498/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, X3 Cavabdeh Səyad oğlu ilə xx.xx.2009-cu il tarixdə bağlanmış nikahları pozulması, xx.xx.2010-cu il təvəllüdlü qızı X8 və xx.xx.2011-ci il təvəllüdlü oğlum X10 anası X3 yanında qalması, xx.xx.2010-cu il təvəllüdlü qızı X8 xx.xx.2011-ci il təvəllüdlü oğlum X9 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq Cavabdeh Səyad oğlundan X5 xeyrinə hər ay 234 manat aliment alınması və qalan hissədə rədd edilməsinə dai qət edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-4865/2017 saylı, xx.xx.2017-cı il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X10 anası X3 himayəsindən alınaraq atası Cavabdeh Səyad oğlunun himayəsinə verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-498/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh Səyad oğlundan hər ay bir uşağın saxlanması üçün 117 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçına verilməsi qət edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 117 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(008)-498/2016 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2010-cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Səyad oğlundan qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3896/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3896/2022
07.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver