Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3927/2023 03.07.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə tutulan alimentin artırılaraq birgə nikahlarından doğulmuş xx.xx.2013 cü il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün mediasiyaya müraciət etdiyi tarixdən etibarən hər ay 220 (iki yüz iyirmi) manat olmaqla sabit pul məbləğində alimentin və 50 manat məbləğində mediasiya xərcinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Məhkəməsinin 03 iyul 2017ci il tarixli, 2(008)-3051/2017 saylı qətnaməsinə əsasən tərəflər arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və 1347 № ilə qeyd edilmiş nikahın pozulmsı, onların birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X3 nikahın pozulmasıdan sonra onun yanında saxlanılması, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulması müddətinin xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir. Daha sonra yenidən müraciəti əsasında Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)1873/2018 saylı qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat olmaqla sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Lakin həyat səviyyəsinin dəyişilməsi ilə əlaqədar olaraq o, uşağın maddi tələbatlarını ödəməkdə çətinlik çəkir. Bu səbəbdən alimentin artırılması üçün zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianı müdafiə edib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirmiş, iddiaya etirazını onunla əsaslandırmışdır ki, hazırda yeni ailə qurmuşdur. Yeni nikahından xx.xx.2019-cu il təvəllüdlü İnci və xx.xx.2023-cü il təvəllüdlü Səid adlı iki övladı var. Maddi durumu həddindən artıq ağırdır, işləmir, təsadüfü qazancla ailəsini dolandırır, gündəlik zəruri ərzaqla belə ailəsini təmin edə bilmir. Buna görə də məhkəmədən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İİİ seriyalı 274721 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır; - Sabunçu Rayon Məhkəməsinin 2(008)-3051/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Xətai rayonu Qeydiyyat şöbəsində xx.xx.2012-ci il tarixdə bağlanmış və 1347 № ilə qeyd edilmiş nikah pozulmuş, İddiaçı ilə Cavabdeh birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X7 nikahın pozulmasıdan sonra anası İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilməsi, alimentin tutulması müddətinin xx.xx.2017-ci il tarixdən hesablanması qət edilmişdir; - Sabunçu Rayon Məhkəməsinin 2(008)1873/2018 saylı qətnaməsinin surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3051/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşma çatanadək saxlanılması üçün, Cavabdeh hər ay 154 (yüz əlli dörd) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir; - Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ seriyalı 230439 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 xx.xx.2018-ci il tarixdə nikahlarını bağlamışlar. Bakı şəhəri Xətai Rayon Qeydiyyat Şöbəsində həmin tarixdə bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 33 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Zaidov, arvada Zaidova soyadı verilmişdir; - 2 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 248644 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X1r; -5 saylı Bakı ASAN xidmət mərkəzi qeydiyyat şöbəsi tərəfindən verilmiş, AZ-İV seriyalı 847065 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası Cavabdeh, anası X1r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdır. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, tərəflərin birgə nikahından xx.xx.2013-cü il təvəllüdlü X7 doğulmuşdur. Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3051/2017 saylı, 03 iyul 2017-ci il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, xx.xx.2013-cü il təvəllüdlü Uğur nikahın pozulmasından sonra anasının yanında saxlanılmış, cavabdehdən Uğurun saxlanılması üçün hər ay 137 manat sabit pul məbləğində aliment alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 2(008)1873/2018 saylı qətnaməsi ilə Uğurun saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq, 154 manat müəyyən edilmişdir. Məhkəmə, alimentin müəyyən olunduqdan sonra, böyüməsi ilə əlaqədar təlabatı artmış uşağın saxlanılması xərclərinin çoxaldığı barədə iddiaçının dəlillərini inandırıcı sayır, bununla da onun maddi vəziyyətində pisləşməyə doğru dəyişiklik olduğu nəticəsinə gəlir. Cavabdeh iddiaya etirazını yeni nikaha daxil olması, həmin nikahdan iki uşağının olması, heç yerdə işləməməsi ilə əsaslandırmışdır. Məhkəmə, onu da qeyd etməyi zəruri sayır ki, həmin hallar iddianın rədd edilməsinə əsas ola bilməz. Belə ki, cavabdeh hazırda işləməməsinin onun iradəsindən asılı olmayan səbəbdən olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla cavabdehin vaxtı ilə rəsmi iş yerinə malik olması, həmin işini itirməsi, iş axtarması, bunun üçün müvafiq orqana müraciət etməsi, lakin işlə təmin olunmaması, işsiz statusuna malik olması və işsizliyinin onun iradəsindən asılı olmayan səbəbdən yaranması halı təsdiq edilməmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, cavabdeh istənilən halda yeni nikaha daxil olarkən, minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olan Uğurun maddi təlabatını ödəmək öhdəliyinin olduğunu bilirdi. O, yeni nikahdan olan uşaqları kimi, iddiaçı ilə birgə nikahından olan uşağını da saxlamağa borcludur və Uğurun hər ay ən azından 220 manat maddi təminat almaq hüququ var. Odur ki, cavabdehin yeni nikahdan iki uşağının olması, onu iddiaçı ilə birgə nikahından olan Uğurun hər ay ən azından 220 manat maddi təminat almaq hüququnu təmin etmək vəzifəsindən azad etmir və iddianın rədd edilməsinə əsas sayılmır. Cavabdeh, bilavasitə qulluq və qayğı göstərmədiyi, hər ay ən azından 2019-cu ildə 160 manat, 2020-ci ildə 170 manat, 2021-ci ildə 175 manat, 2022-ci ildə 193 manat, 2023cü ildə isə 220 manat maddi təminat almaq hüququ olan Uğur üçün hər ay yalnız 154 manat aliment ödəməklə kifayətlənir, 5 ildir ki, uşağın maddi təminatının qalan hissəsi isə iddiaçı tərəfindən təmin olunur. Eyni zamanda uşağa qulluq və qayğı da bilavasitə iddiaçı tərəfindən həyata keçirilir. Məhkəmə iddia tələbi üzrə belə nəticəyə gəlir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra böyüməsi ilə əlaqədar təlabatı və minimum dolanacaq xərcləri artmış uşağın saxlanmasına xərcləri çoxalmış iddiaçının maddi vəziyyətində pisləşməyə doğru dəyişiklik olduğundan, Sabunçu Rayon Məhkəməsinin 2(008)1873/2018 saylı, qətnaməsi ilə müəyyən olunmuş, alimentin miqdarı artırılmalı, uşaqlar üçün yaşayış minimumu həddində 220 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə bununla yanaşı hesab edir ki, alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalı olduğundan, iddia tələbi alimentin artırılmış məbləğinin mediasiyaya müraciət etdiyi tarixdən etibarən tutulması hissəsində rədd edilməlidir. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Məhkəmə eyni zamanda hesab edir ki, ilkin mediasiya sessiyası üçün ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutulmalıdır. Belə ki, MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-nin 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. MPM-in 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə eyni zamanda, hər ay üçün 66 manat olmaqla ödəmənin artırılmış illik məbləğinin 792 (12 ay X 66 manat) manat təşkil etdiyi üçün dövlət rüsumunun 30 manat miqdarında ödənilməli olduğu nəticəsinə gəlir və iddiaçının dövlət rüsumu ödəməkdən azad olunduğunu nəzərə alaraq hesab edir ki, 30 manat rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. MPM-in 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. MPM-in 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1873/2018 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh mediasiya xərcinin əvəzi üzrə 50 manat tutularaq, İddiaçı ödənilsin. Cavabdeh dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-3927/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3927/2023
03.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver