Məhkəmə qərarları › İş №2(008)-3934/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3934/2025

19.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3934/2025 19.06.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən evin alqı-satqısına görə ilkin ödəniş qismində alınmış 4000 (dörd min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rusumunun, cəmi 4060 (dörd min altmış) manat məbləğin Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, Cavabdeh 2024-cü ilin sonlarında Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində yerləşən ümumi sahəsi 45 kvadrat olan evi 77500 manata almağa razılaşmış, ilkin olaraq 4000 manat ödəniş etmişdir. Qalan 73500 manat pulu isə 10 gün müddətinə öz evini sataraq ödəmək məqsədində olduğunu bildirmişdir. Pulu düzəldə bilmədiyindən evi ala bilməmiş və Cavabdeh ödədiyi ilkin ödəniş məbləğini geri qaytarmasını tələb etmişdir. Lakin Cavabdeh ödənilən məbləğin beh olduğunu və pulu geri qaytarmayacağını bildirmişdir.Cavabdehin ona qarşı dələduzluq etdiyini düşündüyündən hüquq mühafizə orqanlarına müraciət etmiş, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsi işin mülki xarakterli olduğunu və bu səbəbdən HK1-639 nömrəli material üzrə Cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd etmişdir. Cavabdeh istintaq orqanında izahat verərəkən, aralarında daşınmaz əmlaka dair yazılı müqavilənin olduğunu və verilən pulun beh olduğunu göstərmişdir. İddiaçı hüquqi savadsızlıqdan və ev almaq sevincindən yazılan kağızın verilən pulun qəbzi olduğunu düşünmüş, digər bir tərəfdən qanunvericiliyə əsasən daşınmaz əmlaka dair müqavilələr notariusda rəsmiləşdirilməli, həmçinin müvafiq reyestrdə qeydiyyata alınmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə ederək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində 45 kv.m olan evi almaq üçün 4.000 manat ilkin ödəniş etdiyini, evin dəyərinin 77.500 manata razılaşdıqlarını, qalan 73500 manat pulu isə öz evini sataraq ödəmək məqsədində olduğunu, lakin pulu düzəldə bilmədiyindən, razılaşmalarının pozulduğunu və ödədiyi 4.000 manat pulun geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq Pəri küçəsində 45 kv.m olan evi satmaq üçün elan verdiyini, 2024-cü ilin dekabr ayında iddiaçı ona zəng vuraraq evi almaq istədiyini, evi 80.000 manata satışa qoysa da, endirim edərək 77.500 manata razılaşdıqlarını, 1 ay müddətində alqı-satqı edə bilcəyini dediyindən, o da 4.000 manat beh verilməsini tələb etdiyini, Cavid adlı şəxs həmin evdə beh razılaşmasını tərtb etdiyini, iddiaçı satılacaq evi olduğunu, satışdan əldə edəcəyi pulu isə 1 aya qayatarcağını bildirmişdir. Hazırki iddiaçıya 1 aydan çox əlavə vaxt verməsinə baxmayaraq, qalan məbləği verə bilmədiyini, 4000 manat pulun beh olduğu üçün qaytarılmasının tələb edilməsinin əsassız olduğunu bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyərək, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sübutları qiymətləndirirək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunan yazılı qaydada tərtib olunmuş 26 dekabr 2021-ci il tarixli beh müqaviləsindən görünür ki, İddiaçı, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Aşıq pəri küçəsi, 8 mərtəbəli yaşayış binası 1-ci blok, 6-cı mərtəbə ümumi sahəsi 45 kv olan 16 A nömrəli mənzili almaq istədiyinə görə Cavabdeh 4000 manat beh vermişdir. İş materiallarına əlavə olunan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il Qərardan görünür ki, HK1-639 nömrəli material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. İddiaçı mülki mühakimə qaydasında məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir. Beləliklə də, iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491 və 492-ci maddələri təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 491.1-ci maddəsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir. 491.2-ci maddəsinə əsasən behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq edilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 491.3-cü maddəsinə əsasən müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır. 492.1-ci maddəsinə əsasən öhdəliyin icrasına başlanana qədər ona tərəflərin razılaşması üzrə və ya icranın mümkün olmaması nəticəsində xitam verildikdə beh qaytarılmalıdır. 492.2-ci maddəsinə əsasən əgər müqavilənin icra edilməməsi üçün beh vermiş tərəf məsuliyyət daşıyırsa, beh digər tərəfdə qalır. Əgər müqavilənin icra edilməməsi üçün beh almış tərəf məsuliyyət daşıyırsa, o, digər tərəfə behin iki mislini ödəməlidir. Bundan əlavə, müqavilənin icra edilməməsi üçün məsuliyyət daşıyan tərəf, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, beh məbləği hesaba alınmaqla, zərərin əvəzini digər tərəfə ödəməyə borcludur. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı) Məhkəmə tərəfindən iş materiallarının araşdırlması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında beh haqqında razılaşma yazılı formada bağlansa da, notariat qaydasında təsdiq edilməmişdir. Məhkəmə qeyd edir ki, beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduğundan, notariat qaydasında təsdiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, 4000 (dörd min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rusumu, cəmi 4060 (dörd min altmış) manat Cavabdeh tutularaq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə görə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanları və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 4000 (dörd min) manat və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 60 (altmış) manat dövlət rusumu, cəmi 4060 (dörd min altmış) manat tutularaq, İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar