Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3945/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5000 (beş min) manat pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, iddiaçı Qasımov X1 rayon Zilanlı kənd sakini (məcburi köçkün) 2023-cü ilin avqust ayında bir tanışı vasitəsi ilə tanış olduğu Cavabdeh ilə söhbət zamanı o (yəni Cavabdeh) yüksək vəzifədə tanışlarının olduğunu və istənilən işi düzəltmək gücündə olduğunu bildirdi. O, ona bir işi olduğunu demiş və o ona bu işi 5000 manat (beş min) manat pul məbləğində düzəldəcəyinə söz verdi. Onlar razılaşmışlar. xx.xx.2023-cü ildə (5-10 gün yuxarı aşağı) o, Cavabdeh 5000 (beş min) manat pul vermiş və günləri saymağa başlamışlar. Günlər keçir, hər dəfə zəng edəndə bu gün sabah deyə - deyə vaxtı uzatmağa başlamışdır. O, Cavabdeh əgər işi düzəldə bilmirsənsə pulu qaytar demişdir. O da pulu ondan alıb başqasına verdiyini və qaytaranda verəcəyini dedi. Guya həmin adamı Yasamal Rayon Polis idarəsində işləyən müstəntiq işi aparır. X2. O, onun pulu vermək fikri olmadığını başa düşərək və ona ailə vəziyyətini təkrar söyləmişdir. O ona demişdir ki, o pulu o başqasından almış və o pulu 10 il əlil arabasına məhkum olan qızının pensiyası ilə ödəyir. Bu müddət ərzində qızı müalicə ala bilmir. O, özü şəkər xəstəsidir. İşləyə bilmir. Ancaq bütün bu sözlərə baxmayaraq o yenə də bu gün sabah edir və qaytaracağını deyir. Bütün bunlara baxmayaraq o onu polis orqanlarına şikayət etməmişdir. Onun şəxsiyyətinə zərər gəlməsini istəməmişdir. Ona görə də pulunun qaytarılması üçün məhkəmə oraqanlarına müraciət etmək qərarına gəlmişdir. Cavabdeh öz imzası ilə təsdiq etdiyi ərizədə axırıncı müddət 10 aprel 2024-cü ildə 5000 (beş min) manat pulu qaytaracığna söz versə də yenə də qaytarmadı. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmiş, eyni zamanda məhkəməyə iddia ərizəsi verdikdən sonra cavabdeh tərəfindən 500 manat ödəniş edildiyini hazırda cavabdehin ona 4500 manat məbləğində borcunun qaldığını bildirmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixdə keçirlən məhkəmə iclası zamanı cavabdehin istifadəsində olan +**********09 nömrə vaistəsi ilə əlaqə yaradılmış, cavabdeh telefon vaistəsi ilə yaradılmış əlaqəya cavab verərək, məhkəmə iclasına səhəti ilə əlaqədar gələ bilmədiyini, iclasın təxiri salandığı təqdirdə məhkəməyə gələcəyini, iddaçıya olan 5000 manat məbləğində borcdan 500 manat olan hissəsini ödədiyini bildirmişdir. Cavabdeh tərəfindən icra edilmiş əlyazmadan görünür ki, o Cavabdeh bu ərizə ilə yazaraq xx.xx.2023-cü ildə Qubadlı rayonu sakini İddiaçı aldığı 5000 manat (beş min) xx.xx.2024-cü ildə qaytarmağa söz verdiyini, heç bir təzyiq altında olmadan əlyazmanı yazdığını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmə ilk öncə onu qeyd etməyi zərurui hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh iddiaçıya 5000 manat məbləğində borcu qaldığını etiraf etmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdehin ona olan borcundan 500 manat olan hissəsini ödədiyini bildirmişdir. Cavabdeh isə məhkəmə iclasına çağırılmasını baxmayaraq məhkəməyə gəlməmiş, yalnız telefon əlaqəsi zamanı iddiaçıya olan borcundan 500 manat borc məbləğində ödəniş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1 və 529.3-cü maddələrinə əsasən borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissəhissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh oğundan 4500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübutetməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Məcəllənin 217.4-cü maddəsi). Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3945/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3945/2024
22.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver