Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-395/2024 06.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyilə, Məhkəmə iclas katibi X2, İddiaçı2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq cavabdehdən “OPEL ASTRA” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 4486 manat və 65 manat dövlət rüsumunun, cəmi 4551 manat pulun cavabdehdən alınıb onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “OPEL ASTRA” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi İddiaçı1dur, etibarnamə əsasında həmin avtomobili İddiaçı2 idarə etmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində etibarnamə əsasında İddiaçı2 idarə etdiyi “OPEL ASTRA” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Mercedes Benz” C 180 markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili yolun əks istiqamətili hərəkət zolağına çıxmadan manevr edərkən hadisə törətmişdir. Hadisə yerinə Sabunçu RPİ DYPŞ-nin inispektoru polis leytenantı X3 gəlmiş, müəyyən olunmuşdur ki, hadisə zamanı Cavabdeh nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr qaydasını pozmuş hadisəni törətmişdir. Bu faktla bağlı Cavabdeh təksirli bilinmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə NsİXP ******* saylı X5 Protokol tərtib olunmuşdir. Eyni zamanda hadisəni törətmiş Cavabdeh idarə etdiyi “Mercedes Benz” C 180 markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobilli icbari sığorta etdirmədən idarə etmişdir. Hadisə zamanı Cavabdeh tərəfindən iddaçının avtomobilinə "xxxx" MMC-nin xx.xx.2023-cü tarixli AAM374 nömrəli aktına əsasən dəymiş ziyan 4486 manat təşkil etmişdir. İddiaçı1 məhkəməyə ərizə verərək baxış iclasını onun iştirakı olmadana keçirilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Qeyd olunanlara əsasən məhkəmə İddiaçı1 və cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda qeyd etdi ki, avtomobilin təmir edilməsini İddiaçı2 öz üzərinə götürmüş, İddiaçı1 hər-hansı məbləğ sərfə etməmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır. “OPEL ASTRA” markalı ** CN *** dövlət nömrə nişanlı avtomobil İddiaçı1 sahibliyində olmaqla, İddiaçı2 tərəfindən etibarnamə əsasında idarə edilir (AD seriyalı 450859 №-li nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, Bakı şəhəri 6 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən verilmiş və reyestrdə 7E-49086 № ilə qeyd edilib elektron informasiya sisteminə daxil edilmiş etibarnamə). xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində etibarnamə əsasında İddiaçı2 idarə etdiyi “OPEL ASTRA” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabunçu rayonu, Zabrat qəsəbəsi, Zabrat dairəsi istiqamətində hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan Cavabdeh idarə etdiyi “Mercedes Benz” C 180 markalı ** NK *** dövlət qeydiyyat nişanlı avtomobili yolun əks istiqamətili hərəkət zolağına çıxmadan manevr edərkən hadisə törətmiş, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci maddəsi ilə təqsirli bilinmiş və 40 manat inzibati qaydada cərimə edilmişdir (Sabunçu RPİ DYPŞ-nin TR ******* №-li qərarı). İddiaçılar tərəfindən “OPEL ASTRA” markalı ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin qəzaya qədər və qəzadan sonrakı fotoşəkilləri və "xxxx" MMC-nin xx.xx.2023cü tarixli AAM374 nömrəli aktı təqdim edilmişdir. Həmin akta əsasən avtomobilə 4486 manat məbləğində zərər dəymişdir. Hazırda iddiaçılar 4486 manat məbləğində pulun cavabdehdən tutulmasını iəstəyirlər. Azərbycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli 9/4510 №-li ekspert rəyinə əsasən də "Opel Astra" markalı avtomobilə dəymiş ziyan 3671 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı1 hazırlıq iclasında məhkəmə tərəfindən müəyyən edilən zərərin İddiaçı2 xeyrinə tutulmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qismən qanuni və əsaslı olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Lakin, məhkəmə hesab edir ki, cavabdehdən İddiaçı2 xeyrinə 3671 manat məbləğində pul tutulmalı (ekspert rəyinə əsasən), iddia qalan hissədə və İddiaçı1 iddiası rədd edilməlidir. Belə ki, qeyd edildiyi kimi, avtomobilin faktiki sahibi məhz İddiaçı2dur və təmir xərclərini məhz o, çəkir. Digər iddiaçı buna etiraz etmir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Eyni zamanda iddiaçı məhkəmə dövlət rüsumunun da tutulmasını istəyir. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçılar 65 manat məbləğində dövlət rüsumu ödəmişdir. 3671 manat tutulduğundan iddiaçı tərəfindən ödənilmiş 56,71 manat Cavabdeh tutularaq iddiaçıya ödənilməli, 8,29 manat iddiaçıya aid edilməlidir. Eyni zamanda, 50 manat ekspertizanın dəyəri hər iki tərəfdən Məhkəmə Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır (məhkəmənin təşəbbüsü ilə təyin edildiyindən). Belə ki, Azərbaycan Respublikası MPM-in 101-1.2-cü maddəsinə əsasən işdə iştirak edən şəxsin sifarişi ilə ekspertiza həmin şəxslə məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə eksperti arasında bağlanan müqavilə əsasında ekspertizanı sifariş edən şəxsin hesabına həyata keçirilir. Azərbaycan Respublikası MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3671 manat vurulmuş zərərin əvəzi və 56,71 manat məbləğində dövlət rüsumu tutulub İddiaçı2 xeyrinə ödənilsin. İddia qalan hissədə və İddiaçı1 iddiası rədd edilsin. 8,29 manat ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. 25 manat ekspertizanın dəyəri Cavabdeh, 25 manat isə İddiaçı2 tutulub X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-395/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-395/2024
06.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver