Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3964/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində alimentin artırılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(009)- 3226/2014 nömrəli qətnaməsi ilə müəyyən olunmuş alimentin həcminidəyişərək 01 avqust 2014-cü il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh oölundan 250 (iki yüz əlli) manat məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Cavabdeh ilə nikahları xx.xx.2013cü il tarixdə rəsmi olaraq qeyd etdirməklə ailə qurmuşlar. Həmin nigahdan xx.xx.2014-cü il tarixdə X8 anadan olmuşdur. Cavabdeh bir oğlu ilə ailə qurduqları ilk vaxtlar münasibətləri normal olmuş, sonradan aralarında münasibətlər pozulmuşdur. O, uşağın xatirinə ailənin dağılmaması üçün hər şeyə səbr edib dözsə də, cavabdeh düzəlməmiş və o, nigahın pozulması üçün Bakı şəhər Xəzər Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(003)-161/2016 nömrəli qətnaməsi ilə iddia tələbi təmin olunmuş, Cavabdeh ilə xx.xx.2013-cü ildə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində nigahın bağlanması haqqında akt qeydləri kitabında 389 sayla qeydə alınmış nigah pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X8 onun yanında saxlanılmışdır. Cavabdeh ilə nikahları pozulan vaxt cavabdehdən uşağın saxlanması üçün aliment tələb etməmişdir. Lakin isləmədiyi üçün uşağın maddi ehtiyaclarını lazımı qaydada təmin edə bilmədiyindən, cavabdehin qeydiyyatda olduğu yaşayış yeri üzrə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh birgə nigahdan doğulmuş oğlu X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay sabit pul məbləğinbdə aliment təyin edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 oktyabr 2014-cü il tarixli 2(009)-3226/2014 qətnaməsi ilə iddia tələbim qismən təmin edilərək, 01 avqust 2013-cü il tarixdə anadan olmuş oğlu X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh 16 sentyabr 2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 103 manat aliment alınaraq ona verilməsi qət edilmişdir. CavabdehTahir oğlundan məhkəmə qətnaməsi ilə 2014-cü ildən sonrakı illər ərzində hər il uşağın aylıq dolanmaq xərci çoxalsa da, o, 10 il ərzində cavabdeh alimentin həcminin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Uşağa valideyninin köməyi ilə maddi təminatlarını təmin etmişdir. Lakin bu illər ərzində cavabdeh uşağa heç bir əlavə yardım etməmişdir. Cavabdeh aliment öhdəliyini çox halda yubatmaqla icra edir. Hazırda infilyasiya və qiymətlərin, uşaqlara məxsus yemək və geyim şeylərinin qiymətinin artması və uşağın digər xərclərinin çoxalması nəticəsində, o, uşağı maddi cəhətdən təmin edə bilmir. Cavabdeh isə, uşağa biganə münasibət bəsləyir. Eyni zamanda, 2024cü il üçün ölkədə bir uşağın aylıq dolanma xərci 235 (iki yüz otuz beş) manat təyin olunmuşdur. Hər il uşağın saxlanma xərclərinin artmasına baxmayaraq, o, alimentin həcminin artırılması barədə məhkəməyə müraciət etməmişdir. Cavabdeh isə məhkəmənin müəyyən etdiyi alimentdən artıq köməklik göstərmir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili X5 iddianı müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı 376987 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş X6 atası Cavabdeh, anası X1r. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3226/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş X8 yetkinlik yaşına çatanadək onun saxlanması üçün Cavabdeh xx.xx.2014-cü il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 103 (bir yüz üç) manat aliment alınaraq X2 verilsin. Bakı Şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İ seriyalı, 277959 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X4 arasında nikah xx.xx.2017-ci il tarixdə xitam verilmişdir. Nikah pozulduqdan sonra qadına Quliyeva soyadı verilmişdir. Bakı 8 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, 50 manat mediasiya xərci, 10 manat (kargüzarlıq və poçt xərci) İMS xərcini ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən, hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirlər görməyi, sağlam və təhlükəsizlik mühit yaratmağı öz öhdəsinə götürür. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minumum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq Hüquqları haqqında” Konvensiyanın müddəalarında qeyd olunur ki, yetkinlik yaşına çatmayanlarla bağlı məsələlər məhkəmə tərəfindən həll edilərkən ilk növbədə uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi təmin edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə uyğun olaraq valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsədə məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsi tələblərinin qanuni əsasını Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir və hazırkı işdə həmin maddənin dispozitiv şərtləri mövcuddur. Azərbaycan Respublikası Konstitusiyasının 17.2-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 103 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqlarını pozduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı, lakin alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki,“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə yuxarıda sadalanan qanunvericilik aktlarına nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilərək, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3226/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, xx.xx.2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3226/2014 nömrəli, xx.xx.2014-cü il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. xx.xx.2014-cü il tarixdə doğulmuş X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3964/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3964/2024
22.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver