Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3969/2022 01.08.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən məhkəməyə təqdim edildiyi gündən aliment məbləğinin həcminin artırılaraq yetkinlik yaşma çatmayan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün onlar yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında, əlavə hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə əkiz iki uşaqları var. 2020-ci ilin may ayından etibarən əri xəyanət edərək başqa bir qadınla yaşayır. İddiaçı uşaqlarını atasız böyütmək istəmədimə görə boşanmaq üçün müraciət etməmişdir. Ümid edir ki, bəlkə səhvini başa düşüb evinə qayıdar. Cavabdeh iddiaçını hamilə vəziyyətdə qoyub getmiş, o vaxtdan onlarla maraqlanmamışdır. Cavabdeh bütün qazancını birlikdə yaşadığı qadına xərcləməkdədir, uşaqların heç bir ehtiyacını ödəmir. Buna görə 2020-ci ilin iyun ayında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3944/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında, əlavə hər ay 150 manat sabit pul məbləğində aliment və 1504 manat pul tutularaq məbləğinin tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Həmin vaxtdan başlayaraq cavabdeh 500 manat məbləğində ödəniş etmişdir. Cavabdeh 2020-ci ildə əmək haqqısı 568 manat 46 qəpik təşkil edirdi. Bundan əlavə o, Novruz, Ramazan və Qurban bayramlarında 220 manat, ildə bir dəfə 320 manat aylıq əmək haqqından əlavə pul alırdı. Eyni zamanda, Cavabdeh növbəli iş rejimində işlədiyindən boş vaxtlarında usta kimi işləyir və əlavə gəlir əldə edir. Uşaqlar balaca olduqlarına görə bütün günü onlara baxır, işləməyə vaxtı qalmır. Hal-hazırda Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsi tərəfindən çıxarılmış 2(008)- 3944/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnamədə qeyd olunmuş aliment məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2022-ci ildə hər uşaq üçün 193 manat müəyyən edilmişdir. Cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmır. Hətta məhkəmə qətnaməsi ilə müəyyən edilən alimenti belə vaxtlı-vaxtında ödəmir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbinin «hər ay cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında» hissəsinə dair iş üzrə icraata xitam verilmişdir. Hazırda məhkəmə «əlavə hər ay 193 manat sabit pul məbləğinin Cavabdeh tutularaq İddiaçı xeyrinə tutulması» hissəsinə baxır. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək qeyd etdi ki, məhkəmə qətnaməsi çıxarılmasından bu günə kimi uşaqlarının saxlanılması üçün hər ay 350 manata yaxın aliment ödəyir. Hazırda başqa nikaha girib, bank krediti ödəyir, əmək haqqı 568 manat təşkil edir. Xahiş edir, iddia rədd edilsin. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd olunmalıdır. Hazırkı işin faktiki halları iş materiallarına əlavə olunmuş sənədlərdə əks olunan aşağıdakılardan ibarətdir. İddiaçı ilə cavabdehin yetkinlik yaşına çatmamış iki uşaqları var - xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2020-ci il təvəllüdlü X5 (467191 və 467190 №-li doğum haqqında şəhadətnamələr). Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3944/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında, əlavə hər ay 150 manat sabit pul məbləğində aliment və 1504 manat pul tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Cavabdeh və X8 xx.xx.2022-ci il tarixdə nikahlarını bağlamışdılar (488055 №-li nikah haqqında şəhadətnamə). Cavabdeh xx.xx.2024-cü il tarixədək ayda 176.3 manat məbləğində Azərbaycan Beynəlxalq Bankına kredit ödəyir. Hazırda iddiaçı alimentin miqdarını hər uşağa görə 150 manatdan 193 manata artırılmasını istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin rədd olunmalı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. xx.xx.2021-ci il tarixdə qəbul edilmiş və xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Lakin, qeyd edildiyi kimi, cavabdehdən 150 manat məbləğində aliment əlavə olaraq tutulmuşdur. O, aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimenti ödədikdən sonra, əlavə olaraq 150 manat məbləğində aliment ödəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edildiyi kimi, cavabdehin ikinci ailəsi var, o, bank krediti ödəyir. Ondan tutulan alimentin məbləği 350 manata yaxındır. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-3969/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3969/2022
01.08.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver