Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-3990/2021 09.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı «xxxx» MMC-nin nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» MMC-nin Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 164 (bir yüz altmış dörd) manat dəbbə pulu, 10.05.2019-cu il tarixli müqaviləyə əsasən 1328 (bir min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 390 (üç yüz doxsan) manat dəbbə pulu olmaqla, cəmi 2523 (iki min beş yüz iyirmi üç) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxx” MMC ilə 03.05.2019-cu il, 03.05.2019-cu il və 10.05.2019-cu il tarixli müqaviləsinə əsasən, Panasonic üz qırxan, İMEİ Kodu **********79404 olan X8 7 markalı telefon, aksesuar, Samsung LED televizor almış və nəticədə 2523 (iki min beş yüz iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 03.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 156 (yüz əlli altı) manat (12 ay x 13 manat + 0 manat ilkin ödəniş) Panasonic Üz qırxan üçün ümumilikdə, 95 (doxsan beş) manat olmaqla ondan, 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə, 03.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 732 (yeddi yüz otuz iki) manat (12 ay x 61 manat + 0 manat ilkin ödəniş) İMEİ Kodu **********79404 olan X8 7 markalı telefon, aksesuar üçün ümumilikdə, 710 (yeddi yüz on) manat olmaqla ondan, 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 164 (yüz altmış dörd) manat dəbbə, 10.05.2019-cu il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1674 (min altı yüz yetmiş dörd) manat (18 ay x 93 manat + 0 manat ilkin ödəniş) Samsung LED televizor üçün ümumilikdə, 1718 (min yeddi yüz on səkkiz,) manat olmaqla ondan, 1328 (min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 390 (üç yüz doxsan) manat dəbbə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 616 manat təşkil edir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini, məhkəmə qərarından sonra ödənişlər edəcəyini bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. -Belə ki, iş materiallarında olan «xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 03.05.2019-cu il tarixli 00642329 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Üz qırxan Panasonic almışdır. -03.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Üz qırxan Panasonic təhvil almışdır. -03.05.2019-cu il tarixli 00642329 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə aylıq ödəniş 13 manat müəyyən edilmişdir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 03.05.2019-cu il tarixli 00642108 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh X8 7 markalı telefon, aksessuar almışdır. -03.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh X8 7 markalı telefon, aksessuar təhvil almışdır. - 03.05.2019-cu il tarixli 00642108 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqavilə üzrə ödəniş 61 manat müəyyən edilmişdir. -«xxxx» MMC ilə Cavabdeh arasında bağlanmış 10.05.2019-cu il tarixli 00654602 saylı alqı-satqı müqaviləsinə əsasən, Cavabdeh Samsung LED televizor almışdır. -10.05.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Samsung LED televizoru təhvil almışdır. -10.05.2019-cu il tarixli 00654602 saylı alqı-satqı müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, müqqavilə üzrə aylıq ödəniş 93 manat təşkil edir. -İş materiallarına əlave edilmiş pretenziya məktubundan görünür ki, сavabdeh 03.05.2019-cu il tarixli və 10.05.2019-cu il tarixli krediti müqavilələri üzrə qanunla müəyyən edilmiş müddət ərzində öhdəliklərini yerinə yetirmədiyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsi barədə məlumatlandırılmışdır. - 09 aprel 2021-ci il tarixli maliyyə arayışından görünür ki, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 23 (iyirmi üç) manat dəbbə pulu, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 164 (bir yüz altmış dörd) manat dəbbə pulu, 10.05.2019-cu il tarixli müqaviləyə əsasən 1328 (bir min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 390 (üç yüz doxsan) manat dəbbə pulu olmaqla, cəmi 2523 (iki min beş yüz iyirmi üç) manat borc hesablanmışdır. - İş materiallarına əlavə edilmiş qəbzin sürətindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisəyə nisyə alqı-satqı müqaviləsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin, 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, həmin Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə iddiaçı tərəfindən hesablanan cərimələrin cavabdeh borcuna görə tənasübsüz surətdə yüksək hesablanması qənaətinə gələrək qeyd edir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidirlər. Əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. (MM-nin 458.1-ci mad.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə cəriməyə görə cavabdehdən 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 3 (üç) manat dəbbə pulu, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 10 (on) manat dəbbə pulu, 10.05.2019-cu il tarixli müqaviləyə əsasən isə 13 (on üç) manat tutulmalı, iddia tələbi cərimə ilə bağlı qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin dövlət rüsumunun ödənilməsi hissədində də qismən təmin edilərək 20 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan hissədə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, iddiaçıya olan borcunu sazişlə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. Bununla da sazişin şərtlərini pozmuşdur Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 10.05.2019-cu il tarixli müqaviləyə əsasən 1328 (bir min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu olmaqla, cəmi 1972 (bir min doqquz yüz yetmiş iki) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 72 (yetmiş iki) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, 03.05.2019-cu il tarixli müqaviləyə əsasən 546 (beş yüz qırx altı) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, 10.05.2019cu il tarixli müqaviləyə əsasən 1328 (bir min üç yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, 13 (on üç) manat dəbbə pulu olmaqla, cəmi 1972 (bir min doqquz yüz yetmiş iki) manat borcun və 20 (iyirmi) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-3990/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-3990/2021
09.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver