Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4011/2021 03.08.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ X3 Sahib qızının sədrliyi, Məmmədova Sevil Vahid qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və kredit müqaviləsinin ləğvi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və kredit müqaviləsinin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 10.07.2019-cu il tarixli kredit müqaviləsi üzrə 1786,12 manat əsas borc, 25,71 manat faiz borcu olmaqla, cəmi 1811,83 manat məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli, 18-19-23-091993 saylı kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 48 ay müddətinə qaytarılmaq şərti ilə 2567 ABŞ dolları məbləğində kredit verilməsinə dair onunla İddiaçı ASC arasında 27.02.2015-ci il tarixli, 18-15-11-007198 saylı kredit müqaviləsi bağlanmışdır. Sonradan həmin kredit müqaviləsi üzrə yaranmış qalıq borc “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşmüş, bunun əsasında borc restrukturizasiya olunaraq X1 ilə İddiaçı ASC arasında 1786,12 manat həcmində 60 ay (12 ay güzəşt müddəti olmaqla) müddətinə illik 1 faiz dərəcəsi ilə 10.07.2019-cu il tarixli, 18-19-23-091993 saylı kredit müqaviləsi bağlanmışdır. Lakin cavabdeh götürdüyü öhdəliyi yerinə yetirmir, xəbərdarlıq edilməsinə baxmayaraq, borcunu ödəməkdən boyun qaçırır. İddiaçı ASC-nin İdarə heyətinin sədri E.Ə.Həsənov məhkəməyə ünvanladığı 09.07.2021-ci il tarixli ərizəsində iddiaçı tərəfin məhkəmə baxışında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş, mülki işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim olunmuş sübutları, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il Fərmanına və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 27.03.2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”na uyğun olaraq İddiaçı ASC ilə X1 arasında bağlanmış 10.07.2019-cu il tarixli, 18-19-23-091993 saylı kredit müqaviləsinə əsasən, kreditor borcalana illik 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 1786,12 manat məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2-ci maddəsinə əsasən, ayrılmış kredit məbləğinin istifadə təyinatı cavabdehin resrukturizasiya olunmuş kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün nəzərdə tutulmuş, cavabdehin əvvəlki kredit müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan 10.07.2019-cu il tarixli, 18-19-23-091993 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh 10.07.2019-cu il tarixdən 10.07.2024cü il tarixədək cəmi 1840,72 manat banka ödəniş etməlidir. İş materiallarında olan Cavabdeh İddiaçı ASC-yə ünvanlanmış 10.07.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, cavabdeh restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi üçün ona 60 ay müddətinə 1786,12 manat məbləğində kredit verilməsini xahiş etmişdir. İş materiallarında olan AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, Cavabdeh xx.xx.1946-cı il tarixdə Bakı şəhərində anadan olmuş və Bakı şəhəri, Bilgəh qəsəbəsi, Ü.Hacıbəyov küçəsi, ev 22-də qeydiyyatdadır. İş materiallarında olan 14.01.2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, borclu Cavabdeh müqavilə üzrə yaranmış borcun İddiaçı ASC-nin xeyrinə tam ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan 04.02.2021-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli, 18-19-23-011993 saylı kredit müqaviləsinə əsasən illik 1 faiz dərəcəsi ilə sonuncuya 60 ay müddətinə 1786,12 manat məbləğində kredit verilmişdir. Cavabdeh həmin borcdan 2019-cu ilin iyul-dekabr ayları ərzində cəmi 7,01 manat ödəniş etmişdir ki, onun hamısı faiz borcuna hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda o kredit müqaviləsi adlandırılır (739.2-ci maddə). Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 424.2-ci maddəsinə əsasən, müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını rəhbər tutaraq və iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmaqla, Mülki Məcəllənin 386-cı maddəsinə əsasən, həmin müqavilədən irəli gələn öhdəliklər yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin cavabdeh müqavilə üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq, əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirmədiyindən, iddia təmin edilərək, cavabdeh Cavabdeh 10.07.2019-cu il tarixli, 18-19-23-091993 saylı kredit müqaviləsi üzrə 1786,12 manat əsas borc və 25,71 manat faiz borcu olmaqla, cəmi 1811,83 manat məbləğində borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, tərəflər arasında bağlanmış 10.07.2019-cu il tarixli 18-19-23- 091993 saylı kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən, məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-5, 284-6, 357, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 10.07.2019-cu il tarixli, 18-19-23-091993 saylı kredit müqaviləsi üzrə 1786,12 (min yeddi yüz səksən altı manat on iki qəpik) manat əsas borc, 25,71 (iyirmi beş manat yetmiş bir qəpik) manat faiz borcu olmaqla, cəmi 1811,83 (min səkkiz yüz on bir manat səksən üç qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti İddiaçı ASC-nin xeyrinə tutulsun. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2019-cu il tarixli, 18-19-23- 091993 saylı kredit müqaviləsi ləğv edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-4011/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4011/2021
03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver