Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4041/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün 07 sentyabr 2011-ci il tarixli 2(008)-2847/2011 saylı qətnaməsi ilə tutulan 76 manat aliment miqdarı artırılaraq hər ay 193 manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 2009-cu ildə qanuni nigaha girmiş və həmin nigah Sabunçu rayon Məhkəməsinin 2(008)-2847/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə yaşayış dövründə xx.xx.2010-cu ildə anadan olmuş X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76 manat miqdarında aliment tutulmasını təyin etmişdir. İcra vərəqəsi Bakı Şəhəri Sabunçu Rayon İcra Şöbəsinnin icraatındadır. Hal-hazırda “Yaşayış minimumu haqqında” qanuna əsasən uşaqlar üçün yaşayış minimumu hər bir uşağa 193 (yüz doxsan üç) manat müəyyən edilmişdir. Cavabdehin ödədiyi 76 manat aliment az miqdarda olduğundan məhkəməyə müraciət etməyi qərara almışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirir ki, iddiaçı X14 “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və onun iddia ərizəsi baxılması üçün icraata verilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, onun rəsmi iş yeri yoxdur. İş olanda gündəlik günə muzd 10 manat pula fəhləlik edir, başqa yerdən gəliri də yoxdur və ikinci dəfə ailə qurub. İkinci evliliyindən iki uşağı - xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu i təvəllüdlü X17 doğulmuşlar. X18 anadangəlmə ürək qüsurludur və 2 dəfə açıq ürək əməliyyatı olunub, daima həkim nəzarətində olmalıdır. Bunun üçündə müəyyən həkim xərcləri lazımdır. Buna baxmayaraq uşağı - xx.xx.2010- cu il təvəllüdlü X2 üçün hər ay aliment ödənişi edir. Qalan pul vəsaitini isə ikinci ailəsinin ehtiyaclarına və öz maddi tələbatlarının ödənilməsinə xərcləyir. Əlavə olaraq qeyd edir ki, ailədə işləyən evə gəlir gətirən təkcə odur. Qanunvericiliyin tələbinə görə aliment məbləğinin artırılması üçün aliment ödəməli olan şəxsin maddi vəziyyətinin yaxşılaşması, gəlirlərinin artması halı olmalıdır. Lakin cavabdehin maddi vəziyyətinin yaxşılaşması, gəlirlərinin artması halı olmamış və cavabdeh bu halı sübut edə biləcək heç bir sənəd iddia ərizəsinə əlavə etməmişdir. Qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, iddia ərizəsi rədd edilməli, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2847 nömrəli xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan aliment məbləği olduğu kimi saxlanılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmədən İddiaçı X4 “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qət etməyini xahiş edir. İş materiallarında olan, Sabunçu rayon X15 qəsəbə bölməsi tərəfindən verilmiş, AZ-İİ saylı 567148 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 qızı xx.xx.2010-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası X11r. - Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh və X19 arasında olan nikah xx.xx.2013-cü il tarixdə ləğv edilmişdir. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-2847/2011 saylı, 07 sentyabr 2011-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 76 manat sabit pul məbləğində alimentin və X1 üçün hər ay 30 manat tutularaq iddiaçı X12 verilməsi qət edilmişdir. 4 saylı Bakı Asan Xidmət X16 bağlanmış nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X13 xx.xx.2017-ci il tarixdə birgə nikaha girmişlər. 3 saylı Bakı Asan Xidmət X21 tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası X7r. 5 saylı Bakı Asan Xidmət X21 tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il təvəllüdlü X8 atası Cavabdeh, anası X7r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, Sabunçu Rayon Məhkəməsinin 2(008)-2847/2011 saylı, 07 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə Cavabdeh hər ay 76 manat sabit pul məbləğində alimentin və X1 üçün hər ay 30 manat tutularaq X12 verilməsi qət edilmişdir. Hazırda onun ödədiyi aliment məbləği hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan azdır və uşağın tələbatını ödəmir. Bu səbəbdən uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Belə ki, Ali Məhkəmənin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 №-li Qərarına görə, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 sentyabr 2011-ci il tarixli, 2(008)- 2847/2011 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində manat aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4041/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4041/2022
15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver