Məhkəmə qərarları › İş №2(008)-4043/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4043/2024

07.11.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4043/2024 07.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əmlakına dəyən 1900 manat zərərin əvəzinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, BA187330 №-li 14 iyun 2022-ci il tarixli texniki pasporta əsasən **-CU-*** dövlət nömrə nişanlı KİA PRİDE markalı avtomaşın ona məxsusdur. 2 mart 2024-cü ildə təxminən saat 20:30 radələrində Sabunçu rayonu Pirşağı qəsəbəsi Hüseynbala Əliyev küçəsi 52 (Oba və Al marketlərin tam qarşısında) ünvanında yuxarıda qeyd olunan avtomaşını idarə edərkən yol-nəqliyyat hadisəsi baş vermişdir. Belə ki, Pirşağı qəsəbəsinin mərkəzindən Hüseynbala Əliyev küçəsi 52 istiqamətində hərəkət edərkən Al və Oba marketlərinin önünə çatırdı, sürəti 30-40km/saat olardı. Anidən yolun sol tərəfindən Vaz 21063 markalı tünd bej rəngli üzərində (şahmat) taksi olan avtomobilin yolun hərəkət hissəsinə çıxdığını və 1.1 nişanının tələbini yozaraq onun hərəkət etdiyi zolaqla üzərinə sürdüyünü gördü. Qarşısına çıxan avtomobilin yerindən tərpənmə sürəti yüksək olduğundan, idarəetməni itirdi və onun avtomobilinin ön sol hissəsindən toxunaraq qəza törətdi. Qəza zamanı xəsarət alan olmadı və hər ikisinin avtomobilində sərnişin yox idi. Avtobus dayanacağında duran şəxslər hadisənin şahidi oldu. Hadisə baş verən kimi 102 xidmətinə zəns vurub hadisə barədə xəbər verdilər. Bmw markalı avtomobillə özünü təqdim etməyən polis əməkdaşı gəildi və avtomobilə dair sənədlərini onlardan alıb Sabunçu rayon DYPŞ-nə dəvət etdi. Göstərilən yol-nəqliyyat hadisəsi VAZ 21063 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomaşının sahibi X3 məxsus AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xəta törətməsi nəticəsində baş vermişdir. Qeyd olunan inzibati xəta ilə yol-nəqliyyat hadisəsi arasında əlaqənin olması hadisə xəritəsi, baş vermə vəziyyəti haqqında protokol və təhlükəsizlik kameralarından alınmış görüntülərlə təsdiq olunur. Yolhərəkəti hadisəsinə səbəb olan inzibati xətanı törədən Cavabdeh təqsiri Sabunçu rayon DYPŞ polis baş leytenantı X8 tərəfindən tanınmışdır. Cavabdeh inzibati xəta haqqında iş üzrə inzibati tənbeh edilməsinə dair TP5702564 №-li 18 mart 2024-cü il tarixli qərar qanuni qüvvəyə minmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində onun avtomaşınına qabaq sol sol hissənin əzilməsi şəklində ziyan dəymişdir. Müstəqil ekspert X1 tərtib etdiyi kalkulyasiyaya (malın maya və satış qiymətinin hesablanması) uyğun olaraq onun avtomaşınının təmir işləri 1800 manata başa gələcək. Ekspertizanın keçirilməsinə və ekspert rəyinin hazırlanmasına tərəfindən 100 manat vəsait ödənilmişdir. VAZ 21063 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnaməsiz idarə edən Cavabdeh təqsiri üzündən baş vermiş inzibati xəta nəticəsində onun əmlakına bu şəkildə zərər vurlmuşdur: avtomaşında təmir işlərinin aparılmasının dəyəri 450 manat; dəyişməyə aid olan təmir üçün ehtiyat hissələrinin və detalların dəyəri 1350 manat; ekspertizanın və ekspert rəyinin hazırlanmasının dəyəri 100 manat. Vurulmuş ziyanın ümumi miqdarı 1900 manat təşkil edir. Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi üçün cavabdehə 29 mart 2024-cü il tarixdə tərəfindən sifarişli məktub göndərilmişdir. Həmin məktub bugünkü günə qədər cavabsız qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 39 manat dövlət rüsumu ödənilmişdir. -Müstəqil ekspert X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli 707 nömrəli arayışdan görünür ki, “Kia Rio” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər usta xərci ilə birlikdə 1800 manat (450 manat zəhmət haqqı+1350 manat ehtiyat hissələri) məbləğində müəyyən edilmişdir. -İXP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolun surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:30-da “VAZ 21063” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. -TP ******* nömrəli xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə saat 22:30-da Cavabdeh “VAZ 21063” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, “Kia Pride” minik markalı **-CU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6957-8/2389 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, müstəqil ekspert “X5 VÖEN **********” tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 707 nömrəli arayışda 2007-ci il buraxılışlı “Kia Pride” markalı ** CU *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1680,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti – 980,00 manat; təmir-bərpa işlərinin qiyməti – 700,00 manat. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, mütəxəssis rəyinin alınması üçün 100 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, xx.xx.2024-cü il tarixdə saat 22:30-da “VAZ 21063” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş, nəticədə İddiaçı idarə etdiyi “KİA PRİDE” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulmasına səbəb olmuşdur. Qeyd olunan inzibati xəta hadisəsi nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. “KİA PRİDE” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan xx.xx.2024-cü il tarixli arayışa əsasən 1800 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, tərəflərin idarə etdikləri müvafiq olaraq “VAZ 21063” markalı **-BL-*** və “KİA PRİDE” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verdiyi, bu zaman iddiaçıya məxsus avtomobilin əzilməsi nəticəsində ona maddi zərər yetirildiyi, cavabdehin yol-nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsi, iddiaçı tərəfindən həmin qərarın mübahisələndirilmədiyi işin mübahisəsiz hallarıdır, məhkəmə tədqiqi zamanı bu hallar öz təsdiqini tapmışdır. İşin mübahisəli halı dəymiş maddi ziyanın həcmi ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Məhkəmə iclasında işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulan qaydada mülki qanunvericliyin normalarını pozan hərəkəti nəticəsində İddiaçı maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan iddiaçıya ödəməlidir. Məhkəmə, qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətdiyindən, vurduğı maddi ziyanı və iş üzrə digər xərcləri ödəməlidir. Dəymiş maddi ziyanın həcmi ilə bağlı qeyd edilməlidir ki, xx.xx.2024-cü il tarixli arayışa əsasən “KİA PRİDE” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1800 manat məbləğində ziyan dəyməsi müəyyən edilmişdir. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, verilmiş ekspert rəyi ilə 2007-ci il buraxılışlı “KİA PRİDE” markalı **-CU-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1680,00 manat müəyyən edilmişdir. Məhkəmə, məhkəmə tədqiqi zamanı toplanmış və tədqiq edilmiş sübutları qiymətləndirərək, o cümlədən cavabdeh tərəfin etirazlarının əsasını təşkil edən hər hansı sübutlarını təqdim etməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, cavabdehdən avtomobilə vurulmuş maddi ziyana görə 1680 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 100 manat, cəmi 1780 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1680 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 100 manat, cəmi 1780 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Bundan başqa, məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulmalı və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərərə görə 1680 manat, mütəxəssis rəyinin alınmasına görə ödənilmiş 100 manat, cəmi 1780 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri olan 50 manat məbləğində pul İddiaçı və Cavabdeh müştərək qaydada tutulsun və X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar