Məhkəmə qərarları › İş №2(008)-406/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-406/2023

16.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-406/2023 16.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh X2 (eyni zamanda Cavabdeh nümayəndəsi) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh və X4 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi və tələbin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, M.Əmirov küçəsi, 26 saylı evin 21 saylı mənzilinə vurulmuş maddi zərərə görə 1000 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh və X1 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, ünvan 1 ünvanında yerləşən mənzilin nasaz vəziyyətdə olan kanalizasiya xətləri və su borusunun təmir etdirilərək saz vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini artırılmış həcmdə müdafiə edərək onunla əsaslandırmışdır ki, iddiaçı ünvan 2 ünvanında yaşayır. Həmin ünvanı təzəliklə təmir etdirib öz məişət şəraitini yaxşılaşdırmış, mənzilin təmirinə böyük məbləğdə vəsait xərcləmişdir. Hətta mənzili təmir etdirməsinə səbəb də məhz cavabdehlərin onun mənzilinə su axıtması olmuşdur. Belə ki, cavabdehlərin yaşadıqları mənzilin kanalizasiya xətləri və su borusu köhnəlmiş, bu səbəbdən həmin borulardan axan su iddiaçının mənzilinə axıb onu bərbad hala salmışdır. Cavabdehlər həmin mənzili müxtəlif kirayəşinlərə kirayə verir, lakin vanna otağının su kanlizasuiya xətlərini təmir etdirmir. Dəfələrlə iddiaçının mənzilini su basmış, mənzili bərbad hala düşmüşdür. İddiaçı hər dəfə bu barədə cavabdehə irad tutanda, sonuncu, onu və ailəsini təhqir edir. 2020-ci ildə də mənzilinə su axıtmış, bu barədə mənzil-kommunal istismar sahəsində müvafiq akt tərtib edilmişdir. İddiaçı cavabdehə məhkəməyə müraciət edəcəyini bildirdikdə, cavabdeh ona şikayət etməməsini, dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, cavabdeh sonra da heç bir təmir işləri aparmamışdır. İddiaçı, bu barədə cavabdehə xəbərdarlıq etmiş, sonra isə ondan ona dəymiş zərəri tələb etmədən o, öz vəsaiti hesabına öz mənzilini təmir etdirmişdir. Buna baxmayaraq, 2022-ci ilin mart ayında cavabdeh yenə də mənzilə su axıtmış, mənzilin vanna otağı və mətbəxi yaşayış üçün yararsız hala düşmüşdür. Cavabdehə yenidən müraciət etdikdə, cavabdeh ona heç bir məhəl qoymamışdır. Mənzildə yaşamaq artıq mümkünsüz hala düşmüşdür. Nəticədə hamamın tavanı kif çəkmiş, hamamın tavanından su axması nəticəsində bir həftə hamam otağına daxil olmaq mümkün olmamışdır. Suyun axması nəticəsində, divarların nəm çəkməsi səbəbindən mənzilin təmiri bərbad hala düşmüş, mənzilin ab-havası korlanaraq, nəmişlik və rütubət yaranmışdır. Rütubət nəticəsində mətbəx mebeli çürümüş, vanna otağında olan kafellər, tavan yararsız, mənzilin təmiri isə tanınmaz hala düşmüşdür. Göstərilənlərə əsasən, nümayəndə iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X5 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, sözügedən mənzildə yaşamır. Həmin mənzildə dostu ailəsi ilə birlikdə qalır. İddiaçı və onun məzilində yaşayanlar da təsdiq edərlər ki, 5-ci mərtəbədən su axıntısı var. Bütün mənzillər belə vəziyyətdədir. Hesab edir ki, o, cavabdeh qismində cəlb edilməməli idi. Göstərilənlərə əsasən, cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qəbul etməyərək, ona məxsus mənzildən su axıntısı halı baş vermədiyini bildirmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, onun izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə tərəfindən məcmu halında qiymətləndirilmiş: -Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 4 ünvanında yerləşən 26 saylı evin 21 saylı mənzili İddiaçı adına xüsusi mülkiyyət hüququ kimi hüquqi qeydiyyatdan keçirilmişdir. - Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 13-09/35 saylı arayışına əsasən, X5 xx.xx.2012-ci il tarixdən etibarən ünvan 5 ünvanında qeydiyyatsız yaşayır. -Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Sabunçu rayon Mənzil-Kommunal Təsərüfat Birliyinin 86 saylı Mənzil-Kommunal İstismar Sahəsinin əməkdaşları tərəfindən xx.xx.2020 və xx.xx.2022-ci il tarixlərdə tərtib edilmiş aktlardan görünür ki, Cavabdeh məxsus ünvan 4 ünvanında yerləşən 26 saylı evin 23 saylı mənzilindən 21 saylı mənzilin mətbəxinə və hamam otağına su axıntısı baş vermişdir. Nəticədə, mətbəx mebelinin bəzi yerlərində qabarmalar və ləkələr əmələ gəlmiş, hamam otağının tavanı yararsız hala düşmüş, kafellər boşalmışdır. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/5056 nömrəli ekspert rəyindən görünür ki, ünvan 7 ünvanında yerləşən 23 saylı mənzilin mətbəxində və sanitar qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasilboru xətləri (malalatı) şəkildə olduğundan, onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmamış, eyni zamanda, cavabdehin mənzilinin sanitar-texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərkən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Bu səbəbdən 21 saylı mənzilə su sızmasının səbəbini texniki cəhətdən dəqiqliklə müəyyən etmək mümkün olmadı. Lakin ünvan 8 ünvanında yerləşən 21 saylı mənzilin divarlarındakı su sızma ləkələrini, eləcə də, mülki iş materiallarında olan 86 saylı MKİS-in əməkdaşları tərəfindən 21 saylı mənzilə baxış keçirmiş və aktın məlumatlarını nəzərə alaraq, ünvan 8 ünvanında yerləşən 23 saylı mənzildən suyun sızması müəyyən olunur. Sabunçu rayonu, Bakıxanov qəsəbəsi M.Əmirov küçəsi, ev 26 ünvanında yerləşən 21 saylı mənzildə su sızma nəticəsində əmələ gəlmiş qüsurların aradan qaldırılması üçün görülməli təmir-bərpa işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 915 manat məbləğində müəyyən edilir. Məhkəmə iclasında izahatı alınmış ekspert Elmar Səidov bildirmişdir ki, ünvan 8 ünvanında yerləşən 23 saylı mənzilində keçirilmiş yerli baxış zamanı həmin mənzilin mətbəx və sanitar qovşağında su, kanalizasiya xətləri gizli yerləşdiyindən, həmçinin aparılmış kiçik eksperiment nəticəsində hazırkı vəziyyətdə 23 saylı mənzildən su sızıntısı halının baş verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, ünvan 8 ünvanında yerləşən 23 saylı mənzilin mülkiyyətçisi Cavabdehdur. Qeyd olunan mənzildən su axıntısı nəticəsində həmin evin 21 saylı mənzilində qüsurlar meydana çıxmışdır. Həmin qüsurların aradan qaldırılması ilə əlaqədar, yerinə yetirilməli olan təmir işlərinin dəyərinin cavabdehdən alınaraq, ödənilməsi barədə iddia tələbi ilə iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iş üzrə araşdırma aparılaraq, məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. xx.xx.2023-cü il tarixli, 10/5056 nömrəli ekspert rəyi ilə ünvan 8 ünvanında yerləşən 21 saylı mənzilin üst mərtəbəsində yerləşən 23 saylı mənzildən su sızması müəyyən edilmiş və yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan bərpa işlərinin təqribən 915 manat məbləğində dəyərləndirildiyi müəyyən olunmuşdur. Məhkəmə, eyni zamanda qeyd edir ki, Şünasif Məmmədovun ünvan 8 ünvanında yaşamaması müvafiq inzibati ərazi dairəsi üzrə nümayəndəliyin arayışı ilə təsdiq edildiyindən, həmin şəxsin hazırkı iddiaya cavab verməli olması üçün əsaslar mövcud deyil. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 101.7-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Qeyd olunanlara əsasən, məhkəmə bu qənaətə gəlir ki, iddia qismən təmin edilməli, iş üzrə mübahisə predmeti olan mənzilin mülkiyyətçisi Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 915 manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilməlidir. İddia tələbinin digər - nasaz vəziyyətdə olan kanalizasiya xətləri və su borusunun təmir etdirilərək saz vəziyyətinə gətirilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması hissəsi ilə bağlı qeyd edir ki, həm iş üzrə ekspert rəyindən, həmçinin ekspert Elmar Səidovun məhkəmə iclasında verdiyi izahatından görünür ki, Cavabdeh məxsus mənzilin mətbəx və sanitar qovşağında su, kanalizasiya xətlərinin gizlin – malaaltı yerləşməsi, habelə həmin ünvanda yerli baxış zamanı su sızıntısının aşağıdakı 21 saylı mənzilə axıdılmasının müəyyən edilməsi məqsədilə aparılmış ekspertiment zamanı su axıdılmasının baş verməməsi ona dəlalət edir ki, hal-hazırda sözügedən mənzildən iddiaçıya məxsus mənzilə su axmır. Buna görə də, iddia göstərilən hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq, iddiaçıya verilməlidir. Həmçinin iş materiallarına əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir 1000 manat məbləğində dəymiş zərərin əvəzinin öənilməsi hissəsində 915 manat həcmində təmin edildiyindən, ekspertiza xərci Cavabdeh aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə MPM-in 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyanın əvəzi olan 915 (doqquz yüz on beş) manat və ödənilmiş dövlət rüsmumun əvəzi olan 30 (otuz) manat məbləğində pul vəsaiti alınaraq, İddiaçı verilsin. İş üzrə keçirilmiş keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar