Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4061/2022 15.07.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 193 (yüz doxsan üç) manat, cəmi 579 (beş yüz yetmiş doqquz) manat miqdarında aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahları Sabunçu rayon Məhkəməsinin qətnaməsi ilə pozulubdur. Sabunçu rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması və iddiaçının xeyrinə cavabdehdən hər bir uşaq üçün ayda 154 manat olmaqla hər ay 462 manat sabit pul məbləğində aliment alınıb ona ödənilməsini qət etmişdir. Hazırki ərizəni verməkdə məqsədi alimentin miqdarını artırmaqdan ibarətdir. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunmasına baxmayaraq, cavabdeh məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh X5 xx.xx.2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirib ki, cavabdeh kasıb bir ailədə anadan olub. Onun kiçik yaşında atası vəfat edib, anası cavabdehi çox çətinliklə boya-başa çatdırmışdır. Hərbi xidməti başa vurduqdan sonra 2008-ci ildə Şuşa şəhər sakini İddiaçı ilə ailə həyatı qurmuşdur. Rəsmi nikahda bağlamışıq. Həmin nikahdan aşağıda adlarını qeyd etdiyim övladlarımız olub. xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X6. Bildirir ki, onlar bir müddət mehriban yaşayıblar. Sonra aralarında olan mehribançılıq pozuldu. Əvvəlki mehribançılığı bərpa edə bilməyiblər. 2016-ci ildə nikahlarını məhkəmə qaydasında pozdular. Uşaqlar kiçik yaşlı olduğu üçün məhkəmə uşaqları İddiaçı verdi. Həmdə məhkəmə uşaqlara 351 manat aliment təyin eləmişdir. Qeyd edir ki, o uşaqlara kəsilən alimenti vaxtı-vaxtında verib. Keçmiş həyat yoldaşı İddiaçı gözü bu məbləğən doymamışdır. Alimentin artırılması barədə cavabdehi məhkəməyə verdi. Sabunçu rayon Məhkəməsi işə baxıb alimentin miqdarını 462 manata qaldırmışdır. Deməli üç uşağa o hər ay 462 manat aliment verir. 462 manat alimenti çox çətinliklə verir. Bildirir ki, o orta təhsillidir.Heç bir ixtisası yoxdur. Ancaq fəhləlik etməklə dolanır. Özünün evidə yoxdur. Anasının evində yaşayır. Ayrıayrı evlərdə fəhləlik etməklə dolanır. Hər gün 15-20 manat qazancı olur. Elə gün olur o da olmur. O çox çətinliklə yaşayır. Əyninə paltar almağa pulu olmur. 462 manat aliment ödəmək üçün gah qardaşları kömək edir. Gah anası öz pensiyası ilə ona kömək edir. Onlarında imkanı olmayanda cavabdeh məcbur olub dost- tanışdan borc pul alıb 462 manat alimenti ödəyir. Sonra həmin borcu qaytarmaq üçün gecə-gündüz yatmır, borcu qaytarıb verir. Növbəti alimenti vermək üçün az qalır dilənçiliyə düşsün. Cavabdeh 462 manat alimenti ödəmək üçün Bakıda iş tapa bilməyəndə Cəlilabada qaçır. Cəlilabadda iş tapa bilməyəndə qayıdıb Bakıya qaçır. Alimenti ödəyə bilmədikdə hətta gecələrdə iş tapıb işləyir, 462 manat alimenti ödəyir. Keçmiş həyat yoldaşı İddiaçı gözü 462 manatla doymur. Yenədə çalışır ki, ailmenti artırıb 579 (beş yüz doqquz) manata qaldırsın. Cavabdeh 462 manat alimenti ödəyə bilmədikdə ayrı-ayrı şəxslərdən borc pul almaqla ayrı-ayrı şəxslərin köməkliyi ilə ödədikdə, 579 (beş yüz doqquz) manatı necə ödəyə bilər. Cavabdehin heç cür imkanı yoxdur 579 (beş yüz doqquz) manat alimenti ödəsin. Məhkəmə 579 (beş yüz doqquz) manat alimenti ona kəsdikdə onun alimenti ödəməyə heç cür imkanı olmayacaq. Deməli cavabdeh bu başdan dövlətə ərizə yazıb xahiş etməlidir ki, onun haqqında cinayət işi qaldırıb, cavabdehi həbsə alsın. Onun başqa çıxış yolu yoxdur. O səbəbdən də İddiaçı alimentin artırılması barədə iddia ərizəsini rədd etsin. İş materiallarında olan, Şuşa rayon qeyydiyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ saylı 110372 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X4 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Şuşa rayon qeyydiyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİ saylı 781800 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Şuşa rayon qeyydiyat Şöbəsi tərəfindən verilmiş, AZ-İİİ saylı 541087 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. - Sabunçu Rayon Məhkəməsinin 2(008)-2028/2018 saylı, 19 aprel 2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Sabunçu Rayon Məhkəməsinin 21 noyabr 2016-cı il tarixli, 2(008)-9273/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa 154 manat olmaqla, cəmi 462 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş məbləğ hazırki dövrdə uşaqlar üçün müəyyən edilmiş 193 manat yaşayış minimumundan da azdır və uşağın tələbatını ödəyə bilməz. Bununla da uşağın maraqları pozulduğundan, onun maddi tələbatının ödənilməsinə kifayət etmədiyindən, iddiaçı maddi cəhətdən çətinlik çəkdiyindən, uşağın saxlanılması üçün sabit pul məbləğində aliment tələb etdiyindən məhkəmə hesab edir ki, uşağın saxlanılması üçün cavabdehdən hər ay tutulacaq alimentin miqdarı artırılmalı və alimentin artırılmış məbləği bu qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanaraq tutulmalıdır. Lakin məhkəmə artırılmalı olan alimentin məbləğinə diqqət yetirərək qeyd edir ki, cavabdeh ilə iddiaçının birgə nikahından doğulmuş 3 azyaşlı uşağın saxlanması üçün ödənilməli alimentin miqdarı elə həddə müəyyən edilməlidir ki, cavabdehi həddən artıq maddi çətinliyə salmamalı, qətnamənin icrası mümkün olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(008)-2028 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılaraq, Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində manat aliment ödənilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 nömrəli qərarına əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası MPM-in 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli, 2(008)- 2028/2018 nömrəli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2015ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı xeyrinə hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 540 (beş yüz qırx) manat sabit pul məbləğində manat aliment tutulsun. Alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-4061/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4061/2022
15.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver