Məhkəmə qərarları › İş №2(008)-4089/2020

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-4089/2020

22.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-4089/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı əmlakına vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 1433 manat və dövlət rüsümü kimi ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il 3 il sünaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və «X4» haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il 250-K saylı əmrlə baş satıcı, xx.xx.2018-ci il 479-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2019-cu il tarixli 359-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2019-cu il tarixdə Oba -Sabunçu 5 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdehin Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2019-cu il tarixli «İnventarizasiya nəticələrinə» dair Akta əsasən yekun ziyan məbləği 1785 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borc 1785 manat borcdan 352 manat ödənilmiş edilmiş, qalıq borcu 1433 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iş üzrə izahat verərək qeyd etmişdir ki, adı gedilən çatışmamazlıqda onun günahı yoxdur, oğupluq baş vermiş, şirkət oğruları aşkar etmək üçün heç bir tədbir görməmişdir. Odur ki, iddia tələbininin təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixdə Əmək müqaviləsi bağlanmışdır. Həmin Müqaviləyə əsasən Cavabdeh 3 il sünaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-nin xx.xx.2018-ci il 235-K saylı əmrlə satıcı-kassir vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin tərəflər arasında «X4» haqqında müqavilə imzalanmışdır. xx.xx.2018-ci il tarixli Müqavilənin 5.1-ci maddəsinə əsasən bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal, kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurursa, digər tərəf qarşısında qanunvericiliklə müəyyn olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır. 5.2-ci maddəsinə əsasən tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurursa, dəyən zərəri könüllü şəkildə digər tərəf ödəməyi öhdəsinə götürürlər. İş materiallarından görünür ki, Cavabdeh İddiaçı MMC-nin xx.xx.2018-ci il 250-K saylı əmrlə baş satıcı, xx.xx.2018-ci il 479-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. Həmçinin tərəflər arasında «X4» haqqında müqavilə imzalanmışdır. İş materiallarından görünür ki, İddiaçı MMC-nin xx.xx.2019-cu il tarixli 359-K saylı əmrilə Cavabdeh əmək müqaviləsinə xitam verilmişdir. İş materiallavrından görünür ki, tərəflər arasında xx.xx.2019-cu il tarixdə borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin müqavilədən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə Oba-Sabunçu 5 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində İddiaçı MMC-yə 1785 manat məbləğində zərər vurması müəyyən olmuş, borclu həmin məbləğdə cəmiyyətə zərər vurduğunu tam etiraf etmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh 1785 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 352 manat cəmiyyətin xəzinəsinə mədaxil edilməklə 1433 manat borcu qalmışdır. İş materiallavrında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borc barədə xəbərdar edilmiş, borcun ödənilməsi ondan tələb edilmiş, əks təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyi bildirilmişdir. İş materiallarından qalıq borcunun Cavabdeh tərəfindən ödənilməsi görünmür. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 194-cü maddəsinin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərər-çə-kənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qa-nun-vericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, iş materialları ilə təsdiq olunmuşdur ki, Cavabdeh Oba-Sabunçu 5 mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində İddiaçı MMC-yə 1785 manat məbləğində zərər vurması müəyyən edilmiş, borclu həmin məbləğdə cəmiyyətə zərər vurduğunu etiraf etmiş, həmin borc məbləğindən 352 manat ödəniş etmiş, lakin qalan 1433 manat borc məbləğini isə Cəmiyyət tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdehndən ödənilməmiş 1433 manat və dövlət rüsümü kimi ödənilmiş 30 manat tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə Cavabdeh tərəfindən ödənilməmiş 1433 manat və dövlət rüsümü kimi ödənilmiş 30 manat cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar